Gәncә Lokomotiv Deposunda müәmmalı oğurluq hadisәlәri

6-02-2017, 00:18           
Gәncә Lokomotiv Deposunda müәmmalı oğurluq hadisәlәri
Dövlәt әmlakını dәdә malı kimi satan mәmurlar kimlәrdir? “Azәrbaycan Dәmir Yolları” Qapalı Sәhmdar Cәmiyyәtinә sәdr tәyin olunan Cavid Qurbanovdan sonra dәmir yollarına yeni nәfәs gәldi deyә bilәrik. Artıq ölkә iqtisadiyyatında , nәqliyyat sistemindә unudulmuş sahәyә çevrilәn dәmir yolunda hәrәkәt başladı. Yenidәnqurma işlәri ilk öncә özünü Bakı¬Sumqayıt istiqamәtindә bәrpa olunaraq yeni bir görkәmdә istismara verilәn elektrik qatarlarında özünü göstәrdi. Daha sonra Azәrbaycan Dәmir Yolları" QSC¬nin sәdri Cavid Qurbanov Azәrbaycan Dәmir Yolunda yeni keçirilәcәk islahatlara start verdi, bir sözlә , Azәrbaycan iqtisadiyyatının bütün sahәlәrindә, o cümlәdәn nәqliyyat sektoruna aid olan dәmir yolunda yeni dönәm başladı. Azәrbaycan Dәmir Yolları" QSC¬nin investisiya layihәlәrindә aktiv iştirakı, gәlәcәkdә dәmir yolu infrastrukturunun, texniki vasitәlәrin müasirlәşdirilmәsinә imkan yaradılması çәrçivәsindә C.Qurbanovun әmәyi hazırda danılmazdır. Hazırda әsas xidmәtlәrin keyfiyyәtinin yüksәldilmәsi, dәmir yolu sektoruna qoyulan investisiyaların rentabelliyinin artırılması, dәyişәn cәrәyanlı dartı sistemi ilә işlәyәn 50¬yә qәdәr yük lokomotivinin vaxtında tәchiz edilmәsi vә onlar üçün yeni depoların tikilmәsi vә digәr mәsәlәlәr müzakirә olunmaqdadır. Bu "Azәrbaycan Dәmir Yolları" QSC-nin hazırkı rәhbәrliyi tәrәfindәn qarşıya qoyulan vә hәlli istiqamәtindә tәdbilәr görülәn işlәrdir. Bәs, görәk Cavid Qurbanovun yerlәrdә tәyin etdiyi kadrlar öz növbәsindә qarşıda duran yeni işlәri, dәmir yollarının müasir standartlara uyğun şәkildә qurulması vәzifәsini necә yerinә yetirirlәr. Uzun illәrdәn bәri, daha dәqiqi, 90¬cı illәrdәn etibarәn unudulan, dağılmış dәmir yollarının yenidәn qurulması tәbii ki, ölkә iqtisadiyyatı üçün önәmli mәsәlәdir. Son 25 ildә yalnız bir qrup mәmurun maraq dairәsindә olan "unudulan" dәmir yollarının yeni layihәlәr çәrçivәsindә canlanması, beynәlxalq standartlara uyğun bәrpası yenә dә köhnә qalıqlardan olan hansısa әllәr tәrәfindәn qırmızı "stop kran"ı çәkmәklә axsadılır. Buna sәbәb nәdir? "Azәrbaycan Dәmir yolları" QSC¬nin bağlı qapıları arxasında nәlәr baş verdiyindәn hәlәlik mәlumatımız olmasa da ,hazırda Gәncә istiqamәtindә nәlәr baş verdiyini anlamaq üçün müşahidәlәrimizin nәticәlәrini paylaşa bilәrik. Demәk olar ki, bütün zamanlarda olduğu kimi hazırda da "Azәrbaycan Dәmir Yolları" QSC¬nin Gәncә istiqamәtindә fәaliyyәtinin әsas yaralı yeri, eyni zamanda hamıya mәlum gәlirli sahәsi Gәncә lokomotiv deposudur . Sanırıq ki, "Azәrbaycan Dәmir Yolları" QSC¬nin sәdri Cavid Qurbanovun başı müasir sistemdә qurulacaq dәmir yoluna qarışdığından onun köhnә dәmir yolunun Gәncә lokomotiv deposunun kimlәr tәrәfindәn talanaraq daşınmasından xәbәri yoxdur. Belә ki, hazırda müasir elektrik qatarlarının alınması ilә әlaqәdar olaraq depolarda köhnә elektrovazlar doğranaraq müqavilә әsasında metal şәklindә doğranılaraq tәhvil verilir. Aldığımız mәlumatda deyilir ki, bu proses hal¬hazırda Gәncә lokomiv deposunun rәhbәrliyi tәrәfindәn yerinә yetirilir. Daha doğrusu, depoya yeni tәyin olunan İslam Әsgәrov depodakı rәhbәr vәzifәlәri "әmәliyyatçılar"ı cәlb edәrәk bölüb. Buna sәbәb nә ola bilәr? Özünü gah Әlirza Süleymanovun, gah da Cavid Qurbanovun kadrı adlandıran rәisin isә dәmiryolçularla son zamanlar dil tapmaması elә tәyinatların uğursuzluğu ilә xarakterizә olunur. Hәlә 90¬cl illәrdәn üzü bu yana Gәncә lokomotiv deposunun dәmir yolunda әn yeyintili sahә kimi gündәmә gәlmәsindә әsas rolu oynayanlardan bir qrupun "işbazlıq" fәaliyyәti bu gün dә davam edir. Artıq hüquq¬mühafizә orqanlarının belә durdura bilmәyәcәyi hadisәlәr öz mәcrasından çoxdan çıxsa da, "stop kran"ını çәkәn tapılmır ki, tapılmır. Dövlәtin malı isә lokomotiv deposunda göz görә¬görә demәk olar ki, hәr gün talanır. Artıq bir ildәn artıq olar ki, Gәncә Lokomotiv Deposuna yeni rәis tәyin olunan İslam Әsgәrovun depoya tәyinatından dәrhal sonra aparılan kadr siyasәti ilk öncә dәmiryolçuları sevindirdi. Belә ki, uzun müddәt İslam Әsgәrova qәdәr hәr gәlәn müdirin özbaşınalıqlarından zara gәlәnlәr ixtisarlaşma xәbәrini eşitsәlәr dә, gözlәmә mövqeyindә durdular. Tәәsüflәr olsun ki, bu hal uzun çәkmәdi. Çox keçmәdi ki, Gәncә lokomotiv deposuna mәxsus idarә binasının pәncәrәlәri sındırıldı...Vә mәlum hadisәlәr bundan sonra cәrayan etdi. Daha sonra mәmur özbaşınalığı, mütamadi dava¬dalaş, kütlәvi oğurluqlar baş alıb getdi. Baş vermiş hadisә ilә bağlı dәrhal rәis İslam Әsgәrovla әlaqә saxladıqda onun bu hadısәdәn sonra depressiya yaşaması açıq¬aydın görünürdü. Burada haşiyәyә çıxaraq Süleyman Rәhimovun qәlәmә aldığı "Qanun naminә" әsәrindәki prokurar Mehmanı xatırlatmaq istәrdim. Deyәsәn, elә prokuror Mehmanın da pәncәrәsinә daş arılarkәn әvvәl qorxması sonra isә әksinqilabçılara qarşı mübarizәsinin sonunda öldürülmәsini mәnim kimi deponun rәisi dә xatırlamışdı. Lokomotiv deposunun idarә binasındakı pәncәrәlәrin sındırılmasının tәbii ki, rәhbәrliyә, әsasәn dә kadrlar şöbәsinin rәisinә ultimatum xarakterli ismarıc olmasını adi fәhlәdәn tutmuş dәmir yoluna aidiyyatı olan istәnilәn mәmura , hәtta polisә kimi hәr kәsә belә bәlli idi. Ancaq bu günә qәdәr hamı susur. Hәmin zaman aldığımız mәlumatda bildirilirdi ki, kadrlar şöbәsinin rәisi Sәbuhi Hәsәncanovun әlindә çox sayda adı işdә, özü isә Allah bilir harada olan dәmiryolçuların bank kartları depo rәisi tәrәfindәn aşkar olunub. Buna görә o, işdәn azad olundu. Daha sonra aldığımız mәlumatda deyilirdi ki, bütün zamanlarda depoda qalmaqal salaraq hәr zaman sudan quru çıxan Qasımov qardaşları hadisә ilә bağlı şübhәli bilinsәlәr dә, sonda mәsәlә örtbasdır edildi. Baş vermiş hadisәnin mahiyyәtinin heç kimi, hәtta hüquq¬mühafizә orqanlarını belә o qәdәr dә narahat etmәmәsi deponun "Qaloş"ların neçә deyәrlәr hızlı hәrәkәtә keçmәsinә sәbәb oldu. Bütün zamanlarda Gәncә lokomotiv deposunda dәmiryolçuların haqlı narazıqlarına sәbәb olsalar da, Qasımovlar yenә dә hakimiyyәti әlә ala bildi vә nәinki dәmiryolçuların , elәcә dә dәmir yolunun qara günlәri başladı. Vaxtilә uzun müddәt әvvәl Gәncә lokomotiv deposunda rәis vәzifәsindә, daha sonra isә "Azәrbaycan Dәmir Yolları" QSC¬nin lokomotiv istismarı sahәsindә sabiq rәisi olan Asim Qasımovun hәtta özünün belә öhdәsindәn gәlә bilmәdiyi Sabit Qasımov rәisi idarәetmә pultunu әlә aldı. Mәlumatda bildirilir ki, hamını, hәtta polis әmәkdaşlarını belә görüntü, sәs yazmaları ilә şantaj etmәklә vahimәyә salmağı bacaran S.Qasımovun adı dәfәlәrlә "mis әmәliyyatları”nın tәşkilatçısı kimi hallandırılsa, әmәllәri sübuta yetirilsә dә, hansısa evinә yalnız çörәk pulu aparan dәmiryolçu günahlandırılaraq işdәn azad olunandan sonra Sabit Qasımov yenә dә qalib çıxmağı bacarır. Dәmir yolu sahәsinin strateji әhәmiyyәtli sahә olmasına baxmayaraq, hәqiqi hәrbi xidmәtә yararsız olan, ancaq "Azәrbaycan Dәmir Yolları" QSC¬nin Gәncәdәki xәstәxanasının işә yararlı, sağlam olması haqqında arayışını alan, ali tәhsili olmadan birbaşa rәis müavini vәzifәsinә oturdulan Sabit Qasımovun hansı nailiyyәtlәri, qabiliyyәtlәri rәhbәrlik tәrәfindәn diqqәt çәkdi? Keşmişә nәzәr salaq. Gәncә lokomotiv deposunda adı zaman¬zaman baş verәn "mis әmәliyyatları”nın baş tutmasında hallanan, lakin hәtta polisin belә sübuta yetirә bilmәdiyi, bәlkә dә nә vaxsa yetirsә dә, göz yumduğu bir hәqiqәt var ki, o da onun iz qoymadan hәrәkәt etmәsidir. 2000¬ci illәrdә özünün dediyi kimi Gәncә dәmir yolu xәtti polis idarәsi tәrәfindәn (Yarmetovun rәis olduğu dövr) xeyli miqdarda mislә tutularaq sonradan azadlıqda olmağı bacaran Sabit Qasımov nәhayәt, bu qәnaәtә gәlir ki, ya gәrәk әlin möhkәm әtәklәrdә olsun, ya da... S.Qasımovun deponun tam yaxınlığında kommunal şәraiti olmayan binanın arxa hәyәtindә evi var. Orada yaşayanlarınәksәriyyәtinin evindә normal tualeti yoxdur. S.Qasımov isә ümumi tualeti sökәrәk orada ev tikdirib. Onun evinin kirәmitinin altındakı kontaktorları görmәk kifayәtdir ki, Qasımovun neçә “mәharәtli” işçi olması ortaya qoyulsun. Hazırda Gәncә Lokomotiv Deposu әn gәrgin anlarını yaşayır desәk, yerinә düşәr. Әslindә gәrginliyi rәhbәrlik deyil, dәmiryolçular yaşayır desәk, daha dәqiq olar. Belә ki, iş yerini hәr an itirmәk qorxusunda olan dәmiryolçunu iki cür aqibәt gözlәyir. Ya alnı açıq, üzü ağ işdәn getmәk, ya da deyilәnlәrә әmәl edәrәk rәhbәrliyin "tapşırıqlar"ını müzakirәsiz yerinә yetirmәk. Elә bu sәbәbdәn dәmiryolçuların özlәri demişkәn, onlar hәr gün sәhәr açılanda hansısa oğurluqla bağlı yeni bir olayla rastlaşaçaqlarına artıq tam әmindilәr. Bundan әlavә dәmiryolçuları әn çox narahat edәn bir mәqam da var ki, o da depoda hazırda "edәnә verilir tәzә, görәnә verilir cәza" mәntiqinin hakim olmasıdır. Bu yaxınlarda baş verәn hadisәlәrdәn bezәrәk özünә qәsd etmәk istәyәn sıravi dәmiryolçunun sözlәrindәn bir sitat gәtirmәk istәyirik. O deyirdi ki, görәsәn, bu hadisәlәrdәn dövlәtin xәbәri varmı? İlk öncә xәbәri olacaq şәxs varsa, o da Cavid Qurbanovdan öncә mәslәlәrә aydınlıq gәtirәcәk şәxs ¬ "Azәrbaycan Dәmir Yolları" QSC¬nin Qәrb istiqamәtindәki kordinatoru Qurban Nәbiyevdir. Depodakı problemlәrlә bağlı Qurban Nәbiyevә dәfәlәrlә müraciәt etsәk dә, sonda onun cavabı bu oldu ki, "siz mediya nümayәndәlәri gedin, öz işinizlә mәşğul olun". Biz tәbii ki, öz işimizlә mәşğul olaraq dövlәt mülkiyyәtinin bir qrup tәrәfindәn açıq şәkildә, dәmiryolçuların gözü qarşısında demәk olar ki, talanmasına münasibәt bildirә bilәrik. Әsas işin ağırlığı isә zәnnimizçә, hüquq¬mühafizә orqanlarının çiyninә düşür. Mәlumat üçün onu da qeyd edәk ki, Gәncә Lokotiv Deposunun yerlәşdiyi әrazi iki ayrı¬ayrı qurum tәrәfindәn mühafizә olunur. Arxa qapıları "Azәrbaycan" kücәsinә açılan depodan edilәn oğurluğa necә şәrait yaradılır. Mәsәlә burasındadır ki, deponun mühafizәsi "Azәrbaycan Dәmir Yolları" QSC¬nin tәrkibindә fәaliyyәt göstәrәn mühafizә idarәsinin deyil, yerli rәhbәrliyin özünün işә qәbul etdiyi gecә növbәtçilәrinin ümidinә qalır. Müasir dövrdә strateji әhәmiyyәtli sayılan lokomotiv deposunun qorunması üçün onun әtrafında kameraların quraşdırılmaması tәәcüb doğurur. Әvvәlki illәrdә Gәncә Lokomotiv deposu "Azәrbacyan Dәmir Yolları" QSCnin mühafizә idarәsi tәrәfindәn qorunsa da, sonradan ali tәhsili olmasa daŞ pul çıxan yeri yaxşı bilәn sabiq depo rәisi Faxrәddin Mәmmәdov kiminlәsә әlbir olaraq mәslәhәtlәşib özünә xeyirli şәkildә onları gecә növbәtçilәri ilә әvәzlәdi. Ümumiyyәtlә, hazırda depoda vәziyyәt kritik nöqtәdә olduğundan gәrginlik yaşanır. Aidiyyatı qurumlar isә hәlә dә vәziyyәtә münasibәt bildirmәk istәmir. Mәlumat üçün bildiririk ki, hazırda İslam Әsgәrovun deponu idarә etmәk üçün müavinin sözü ilә әtrafına topladığı kadrlar adıgedәn müәssisәni idarә etmәk haqqında deyil, daha çox öz mәnafelәri barәdә düşünürlәr. Mehriban Әzizqızı gundemxeber.info/
P.S. Böyük bir binanın tikintisinin sonunda dәhşәtli uçqun olur, bina çökür. Araşdırma aparılaraq, sonda iş mәhkәmәyә verilir. Mәhkәmәnin sonunda kәrpicә 5 il, quma 10 il, sementә isә 15 il iş oxunur. Cәzasının digәrlәrindәn cox olduğunu görәn sement qәflәtәn dilә gәlәrәk bildirir ku, "mәnә nәyә görә bu qәdәr iş kәsilmәlidir, mәn ki heç orada olmamışam".
P.S.S. Hazırda Nәqliyyatda Baş Polis İdarәsindә vә eyni zamanda Gәncә dәmir yolu xәtti polis idarәsindә Gәncә Lokomotiv Deposunda mütamadi olaraq baş verәn oğurluq hadisәlәrinin istintaqı aparılır. Mövzunu diqqәtdә saxlayacağıq.
Yazıda adı gedәnlәrin mövqelәrini işıqlandırmağa hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.