İMİŞLİ MALİYYƏ İDARƏSİNİN RƏİSİ RƏHİM RƏHİMOV CONFLİCT.AZ-A ULTİMATUM GÖNDƏRDİ
17-02-2017, 01:40
Unudur ki, müstəqil mətbuat bəzi dövlət qurumları kimi kənd – qəsəbə icra nümayəndəliklərinə və ya müəssisələrə dövlət büdcəsindən ayrlan vəsaitdən faiz tutmur. Və biz hesabatı da Rəhim Rəhimova vermirik
Ultimatumun həm də hədə - qorxu ilə irəli sürülən tələb formasdır. Bu formatdan əsasən dövlətlərin qarşılıqlı razılığa gələ bilmədiyi məqamlarda istifadə edilir. Bir məmurun haqqında dərc edilmiş məlumata görə müstəqil media ilə ultimatum dilində danışması isə birincinin vəzifə səlahiyyətlərini aşması ilə bərabər, eyni zamanda mətbuatın fəaliyyətinə mane olmaqdır.
Azərbaycan Respublikası KİV haqqında qanunun 8-ci Maddəsində (Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) deyilir:
- Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsində (Vəzifə səlahiyyətlərini aşma) deyilir:
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda—
— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—
— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa medianın fəaliyyətinə müdaxilə Azərbaycan Konstitusiyasının 50-ci maddəsi (informasiya azadlığı) və Avropa Konvensiyasının 10-cu maddəsi (ifadə azadlığı) ilə zəmanət verilən informasiya əldə etmək hüququnun pozulmasıdır. Jurnalistin peşə fəaliyyətinə mane olmaq eyni zamanda Cinayət Məcəlləsinin 163-cü maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır. Xatırladaq ki, Conflict.az olaraq ötən ilin sonlarında İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimovun ictimai yerdə, sərxoş vəziyyətdə xuliqanlıq edərək, şəxsə müxtəlif bədən xəsarətləri yetirməsi ilə bağlı məlumat dərc etmişdik.
Məlumatda qeyd olunurdu ki, İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov rayondakı “Nərgizim” şadlıq sarayında rəhbərlik etdiyi qurumun baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda sərxoş vəziyyətdə etdiyi yersiz hərəkətlərinə, o cümlədən uzun müddət disko mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona fiziki xəsarətlər yetirmişdi. Həmin hadisədən sonra görəvindən uzaqlaşdırılan Rəhim Rəhimov ötən ayın ortalarından yenidən əvvəlki görəvinə qayıtmağı bacardı. Mənbədən əldə etdiyimiz məlumata görə rayonda ciddi rezonans doğuran bu hadisədən bir müddət sonra xuliqanlığa görə görəvindən alınmış şəxsin yenidən öz postuna qayıdışı kluarlarda bəzi mətləblərlə bağlı müzakirələrə səbəb olub. Belə ki, dəfələrlə məmura yaraşmayan hərəkətlərin müəllifi olan rayonun baş maliyyəçisinin ikinci qayıdışının müəllifinin bu dəfə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, əslən İmişlidən olan Arif Qaraşovun olduğu söylənilir.
Xatırladaq ki. bir müddət əvvəl Rəhim Rəhimov 50 illik yubileyini rayondakı restoranlardan birində geniş təmtəraqla və atəşfəşanlqla keçirməsi ilə medianın gündəminə gəlmişdi. Bu o zaman idi ki. dövlət başçısı öz 50 illik yubileyini Ağcabədidə məskunlaşmış qaçqınlarla birlikdə qeyd etmişdi. Həmin hadisədən cəmi bir neçə gün sonra isə İmişli Maliyyə idarəsinin rəisi Rəhim Rəhimov ölkə başçısının hərəkətlərinin tam əksinə olaraq yubileyini daha təmtəraqlı və rayonun maliyyə oliqarxları ilə birlikdə keçirmişdi. Conflict.az olaraq biz yalnız mənbədən əldə etdiyimiz məlumatları dərc etmişdik. Xatırladaq ki, məlumatları dəqiqləşdirmək üçün Rəhim Rəhimovla ləaqə saxlamaq cəhdimiz alınmamışdı. Lakin onun ictimai yerdə xuliqanlıq edərək şəxsə müxtəlif xəsarətlər yetirməsi məhz rəisin görəvindən alınması ilə sübut olunmuşdu. Məsələnin maraqlı tərəfi xuliqanlıq etmiş məmurun özünü qanuni cəzadan necə qurtarması idi. Və biz Conflict.az olaraq İmişli rayon İcra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyevə, rayonun hüquq – mühafizə orqanlarına bu məsələ ilə bağlı ünvanladığımız suala hələ də cavab ala bilməmişik.
Təkrarda qüsur olmaz prinsipi ilə hərəkət etsək sualımızı bir daha təkrar edirik: Rəhim Rəhimovun bir müddət öncə ictimai yerdə - şadlıq evində törətdiyi hadisəni təkrar etməyəcəyinə qarantiya verirsinizmi? Əslində ötən gün haqqında dərc edilən məlumatlardan dolayı Conflict.az-a ultimatum göndərməsi Rəhim Rəhimovun bu tip hadisələri hər an təkrar törədə biləcəynin göstəricisidir.
Xatırladaq ki, İmişli Maliyyə idarəsinin rəisi haqqında dərc edilmiş məlumatlara aydınlıq gətirmək əvəzinə “o yazıları saytdan çıxarın və yanıma gəlin” – deyə sanki tabeçiliyində olan işçiyə göstəriş verir. Unudur ki, müstəqil mətbuat bəzi dövlət qurumları kimi kənd – qəsəbə icra nümayəndəliklərinə və ya müəssisələrə dövlət büdcəsindən ayrlan vəsaitdən faiz tutmur. Və biz hesabatı da Rəhim Rəhimova vermirik. Bəlkə İmişlinin baş maliyyəçisi qarşısında bağır basıb, baş əyməyimizi gözləyir? Əgər hər dərc etdiyimz məlumata görə rəhimlərin çağırışına gedib kabinetlər gəzsəydik... Sedat Balun deyirdi ki, “Öz okeanın nə qədər dərin olursa olsun, gedib yenə də başqasının ən dayaz dənizində boğularsan. Bir müddət öncə dəyərli oxucuların diqqətinə İmişli Maliyyə idarəsinin hörmətli rəisi Rəhim Rəhimova məxsus müxtəlif təyinatlı obyektlərlə bağlı araşdırmalara start vermişik. Əslində bütün Azərbaycan vətəndaşları azaddır və hər kəs qanunla qadağan olunmayan işlə məşğul ola bilər. Lakin məmurlar üçün isitsnalar var. Rayondakı mənbədən Conflict.az-a göndərilən şəkilidə əks olunan ticarət obyektinin Rəhim Rəhimova məxsus olduğu iddia edilir. Söz yenə cənab Rəhim Rəhimovundur...
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərində mövqeyini dərc etməyə hazırıq.