Xocalı soyqırımının ildönümündə görəsən gülməli nə var? - Deputatların gülüşü FOTOFAKT

28-02-2017, 21:43           
Xocalı soyqırımının ildönümündə görəsən gülməli nə var? - Deputatların gülüşü FOTOFAKT
İki gün əvvəl xalqımız 26 Fefral Xocalı faciəsini yad etdi. Prezident İlham Əliyev və 1-ci vitse prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi.

teref.az Bizimyol.info saytına istinadən xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat (Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun) faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə etdikləri hörmətsizlik kameralara tuş gəlib. Sayt yazır ki, deputatların bu hərəkəti - hər kəsin kədərə büründüyü bir gündə qəh-qəhə çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.

Həmin görüntünü təqdim edirik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru