“Özəlləşdirilən rayon” Abşeronun özəl problemləri

3-03-2017, 21:03           
“Özəlləşdirilən rayon” Abşeronun özəl problemləri
İradə Gülməmmədova və yaxınları rayonu problemlər içərisində boğur

Paytaxta yaxın olmasına baxmayaraq qanunlardan uzaq düşən, məmur özbaşnalıqlarından əziyyət çəkən Abşeron rayonunda problemlər tükənmək bilmir. Dəfələrlə ciddi tənqid olunmasına baxmayaraq rayon rəhbərliyi nəinki vəziyyəti düzəltmir, əksinə gündən-günə Abşeronda sosial-iqtisadi vəziyyət ağırlaşır. 2015-ci ilin 2 sentyabrında bu vəzifədə Zakir Fərəcovu əvəzləyən İradə Gülməmmədovanı rayona yad kadr hesab etmək olmaz. Əmək fəaliyyətinin böyük qismi bu rayona bağlı olan İ. Gülməmmədova icra başçısı təyin ediləndən sonra Abşeronun problemləri nəinki azaldı, hətta daha da artdı desək yanılmarıq. Hər halda rayondan daxil olan çoxsaylı şikayətlər belə düşünməyə əsas verir. “Gündəm Xəbər”ə daxil olan məlumatlara əsasən İ. Gülməmmədova rayonda irili-xırdalı çoxsaylı obyektlərin sahibidir.

Bunlardan ən məşhurları Xırdlan şəhərindəki “Titanik” adlı restoranın alt hissəsindəki şərab evi, Mehdiabad-Fatmayi yolunun üstündəki “Palma” supermarketi, eyni adlı restoran və digərləridir. Həmçinin Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, həmçinin “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikasnın yaxınlığındakı şərab evinin də İ. Gülməmmədovaya məxsus olduğu bildirilir. İcra başçısını Abşeronda ən böyük torpaq mülkiyyətçisi də hesab etmək olar. Rayonda müxtəlif ərazilərdə böyük ölçülərdə torpaq sahələri başçının qohumlarının adına özəlləşdirilib. Xırdalanda, Fatmayıda, Nnovxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində belə torpaq sahələri daha çoxdur.

“Özəlləşdirilən rayon” Abşeronun özəl problemləri Goradildə dəniz sahili ərazilər ələ keçirilərək özününküləşdirilib. Redaksiyamıza daxil olan məlumatlara görə İ. Gülməmmədovanın başçı təyin olunmasından sonra abşeronda tikinti işlərinə görə alınan “haqq” dəfələrlə artıb. Şikayətçilər bildirir ki, hazırda rayonun Saray, Mehdiabad, Qobu, Hökməli, Güzdək, Ceyranbatan, Digah, Aşağı Güzdək qəsəbələrində və Masazır, Məmmədli, Novxanı, Fatmayı, Görədil kəndlərində ev tikmək istəyənlər lazım olan qədər vəsaiti ödədikdən sonra istədikləri evi tikə bilirlər.Məbləğ isə tikilinin mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Bildirilir ki, “tikinti biznesinə” rəhbərlik icra başçısının bacısı oğlu Babək Zalıyevin əlində cəmlənib. Onun razılığı olmadan rayonda daşı daş üstə qoymaq mümkün deyil. Ümumiyyətlə rayonda əksər sahələrdə həlledici mövqelər icra başçısının qohumlarının əlindədir. Rəsmi və ya qeyri-rəsmi mövqelərindən istifadə edərək bütün sahələrdə nəzarəti ələ keçirən başçının qohumları iş adamlarını, sahibkarları sxışdırır, onların normal fəaliyyətinə maneçilik törədirlər.

Daha bir məlumata görə icra başçısının qardaşının adı bir sıra qalmaqallarda çəkilir. İradə Gülməmmədovanın qardaşı İlhamın vətəndaşlardan müxtəlif adlar altında böyük məbləğdə pul aldığı da söylənilir. Belə ki, "Titanik" adlı böyük bir obyektin sahibi olan İlham guya icra başçısının əli ilə kimlərəsə iş düzəltmək adı ilə əhalidən küllü miqdarda pul alır, əvəzində isə heç bir işlə təmin eləmir. Həmçinin onun H. Əliyev prospektində fəaliyyət göstərən tikinti obyektində işçilərə əmək haqqının vermədiyi də bildirilir. İcra başçısının qardaşının torpaq sahələrini satmaq adı ilə vətəndaşlardan külli miqdarda pul aldığı da verilən xəbərlər sırasındadır. Bu səbəbdən də aldadılan vətəndaşlar günlərlə Abşeron icra hakimiyyətinə get-gələ düşüblər.

Xırdalanın kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Bildirilir ki, şəhərin mərkəzi küçələrində yol kənarlarına tramplinlərin hündür qoyulması ilə çirkab suların kənar küçələrə axmasının qarşısı alınır. Bu yolla da şəhərin kanalizasiya problemi “tramplin üsulu” ilə “həll edilib. Göründüyü kimi, Abşeron rayonunda həllini gözləyən problemlər istənilən qədərdir. Ancaq, bunların qısa müddətdə həll olunacağına ümid yoxdur. Hər halda mövcud vəziyyət bunu sübut edir. gundemxeber//
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.