Tərtər RMX-sına kim rəhbərlik edir - Tərtər icra başçısının həkim yaxını..... VİDEO
4-03-2017, 02:04

teref.az-nun poçtuna Tərtər Rayon Mərkəzi Xəstəxanası ilə bağlı maraqlı məlumat daxil olub. Müraciət edən Tərtər sakini rayonla bağlı tənqidi yazılarımızı təqdir etdiyini bildirir, lakin nədən RMX-ndan yazmadığımızı və oda baş verən qanunsuzluqlardan söz açır. Məktubun nöqtə və vergülünə əl dəymdn sizə təqdim edirik:
Salam. Terter rayon icra bashcisi haqqda meqalenizi oxudum ve her sheyi dogru durust yazmisiz.
"Lakin rayon icra bashcisinin rmx poliknikasinda yaratdigi rushvet ve ozbashnaliqdan yazmamisiz çox tessuf.
Savadsiz düzgün eqideye qulluq etmeyen birisin getirib qoyub sobe mudiresi ve bas hekim bele bu sone mudiresinden qorxur. Sobe mudiresi Gulare aciq askar rushvet alir elilden, suruculer üçün saglamqliq arayisindan, pensiya cixandan. Yeqinki arashdirsaz gorersiz ki, her ay icraya nə qədər hesab verir. Defelerle gizli videolari qalmaqalari cixsada çox tessuf yenə is bashindadi. Cunki nə sehiyye maraqlanmir bunlarla icrada arxasinda durub at oynadir rushvetle."
Bu məktubu çapa hazırlayarkən media üstündən axtarış verdik və Tərtər RMX-nda baş verən özbaşınalıqlarla bağlı apardığımız araşdırma uğurla nəticələndi.Araşdıramnın nəticəsini sizə təqdim edirik:
Bu dəfə isə rayonun səhiyyə sistemi barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bildirilir ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova səhiyyə ocağına faktiki olaraq rəhbərlik edir. Əldə etdiyimiz məlumata görə, G.Əhmədova icra başçısı M.Məmmədova yaxın adam olduğundan, hətta baş həkim Yaşar Hüseynov də ondan çəkinir. Məhz buna görə Hüseynov Əhmədovadan yol verdiyi nöqsanlara görə hesab sora bilmir. Mənbəmizin dediklərindən:
"Kimsə pensiyaya çıxanda, yaxud əlillik veriləndə yeni qərara əsasən həmin şəxs altı ay bülletenə çıxarılmalıdır. Bundan sonra "forma 88" adlanan sənəd yazılır. Altı aylıq xəstəlik vərəqəsi isə yalnız işləyənlərə aiddir. Gülarə Əhmədova isə ucdantutma hamını altı ay saxlayır və onlar ambulator qeydiyyata alınırlar. Səbəb odur ki, kefi belə istəyir. Buna görə də xəstəxanada tez-tez davalar düşür". (Ölkə.az)
Mənbə redaksiyamıza sözügedən xəstəxanada pasiyentlərlə G.Əhmədova arasında düşən bir davanın videosunu da göndərib. Görüntülərdə bir kişi ondan hansısa sənəd üçün 20 manat tələb olunduğunu və bu səbəbdən "süründürüldüyünü" söyləyir.
Mövzunu diqqətdə saxlayacağıq.
[media=https://www.youtube.com/watch?v=NoTtecVBGzI]
TEREF.İNFO olıaraq Tərtər RMX-nı arasaqda bizə cavab verən tapılmadı.Hər halda adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az