Xaləddin İsgəndərovun adamı vətədaşdan niyə pul tələb edir? ŞİKAYƏT

25-06-2015, 20:15           
Xaləddin İsgəndərovun adamı vətədaşdan niyə pul tələb edir? ŞİKAYƏT
Şikayətçi: “Özünü Binəqədi icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən Mirpaşa adlı şəxs məndən 5 min manat tələb edir”
Özünü Binəqədi rayon İcra Hakimiyyətinin Sulutəpə qəsəbəsi üzrə nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxs sakinlərdən qəsəbə ərazisində ev tikməyə icazə verməsi üçün 5 min manat tələb edir. Əks halda tikilən evlər sökülür və yaxud da tikintisinə icazə verilmir.


Bu barədə Qafqaz Xəbər Agentliyinə şikayətçi Elçin Əliyev məlumat verib. O, deyib ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icra hakimiyyətindən icazə ala bilmir.
Sulutəpə ərazisində torpaq sahibi olan vətəndaşların heç birinin fərdi torpaq sahəsini təsdiq edən sənədi yoxdur. Bələdiyyə rəhbərliyindən alınan 1000-dən çox pay torpaq sahələrində tikinti aparmaq istəyənlər bələdiyyə daxilində özünü icra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxsə 5 min manat civarında pul ödəyərək inşa ediblər.

Elçin Əliyev deyib ki, Sulutəpə bələdiyyəsindən ona verilən torpaq sahəsində ev tikmək istəsə də, özünü Mirpaşa kimi təqdim edən şəxs ona 5 min manat ödəmədən tikintiyə başlaya bilməyəcəyini bildirib. Söylənilən məbləği ödəyə bilməyən ailə çarəsiz qalıb. Dəfələrlə birinci xanım Mehriban Əliyevaya məktub yazan ailənin müraciətinə isə baxılması üçün hər dəfə Binəqədi İcra Hakimiyyətinə göstəriş verilsə də, ailəyə məktub göndərilərək “sənədləri düzəlt, gəl, icazə verək” cavabı verilib.

İcazəni isə icra nümayəndəliyi 5 min manata verir. Kirayə mənzildə yaşayan ailənin övladlarının biri serebral iflic xəstəsidir. Xəstə övlad, bir yandan da kirayə mənzildə yaşamaq ailə üçün çətin olduğu üçün öz fərdi mənzilinin bircə otağını da olsa tikib istifadəyə verib yaşamaq istəyir.

Ölkənin birinci xanımı Mehriban Əliyevaya, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərdən sonra icra nümayəndəliyi “2500 manat gətirin, evinizi tikin” deyib. Lakin ailənin xəstə övladı olduğu üçün bu məbləğə də gücü çatmır. Sayt yazır ki, Mirpaşa Binəqədi rayon İcra Hakimiyyətinin işçisi deyil, amma o, sakinlərdən təyin olunmuş məbləği toplayaraq ünvana çatdırır. Binəqədi rayon İH-nin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.