BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN “PROSESSUAL” ÖZBAŞINALIĞI HAKİMLƏRİ QANUNUN ÜSTÜNDƏN TULLANMAĞA NƏ ZORLAYIR ?
17-03-2017, 22:16
Digər yurddaşlarımız kimi ,Qarabağ əlillərinin həyatlarının ,əmlaklarının qondarma məhkəmə qərarlarından asılılığı heç kimə gizlin deyil .Fikir verin ,reabilitasiya vasitəsi kimi dövlətin verdiyi “əlil maşını” məhv edilən də Qarabağ əlili ,hələ üstəlik buna görə saxta defekt aktı ilə 10 min manat cərimə edilən də xaricdə müalicəyə ,qıraqdan yardıma ehtiyacı olan Qarabağ əlili ! Özü də heç bir iclas keçirilmədən ,bildiriş verilmədən şikayət müddəti gözlənilmədən “aidiyyat rüşvətxorluğu” qaydasında !Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ savaşı əlili Xaliq Abbaszadəyə “Nurgün Motors” , onun törəməsi olan “Rəvan sığorta” belə diqqət göstərib !(??) Sabunçu və Suraxanı məhkəmələrinin hakimləri İmran Burcayev və Ramil Həsənov da sığorta şirkətinin rüşvətilə başqa məhkəmənin eyni tərəflər arasında ,eyni predmet və əsaslar üzrə qanuni qüvvəsini almış qətnaməsi olmasına ,əlilin qarşılıqlı iddiasına ,vəsatətinə ,müalicədə olduğu qospitallardan teleqramlar göndərməsinə baxmayaraq , “Rəvan sığorta”nın rüşvət yardımından imtina edə bilməyiblər . İndi də Suraxanı icra şöbəsinin Vüsal Əliyev adlı əməkdaşı əlilin aidiyyatdan kassasiya şikayəti Ali Məhkəmədə olmasını görməzliyə vuraraq hakim Ramil Həsənovun adından icra sənədi tərtib edib .Axı hakimiyyətin mənimsənilməsi ən ağır cinayət sayılır !Bəyəm ,icra məmurunun icra vərəqi tərtib etmək hüququ var ?Axı,hələ məhkəmə qərarı qanuni qüvvəyə minməyib !Qarabağ əlilinə özünü yandırmağı təklif edən başabəla hakim Ramil Həsənov əlilin apellyasiya şikayətini də görməzliyə vurub ?Özbaşınalıq nə qədər çəkəcək ?
Qarabağ əlillərinin daşınar –daşınmaz əmlak alqı –satqısı hüququna da saxta iddiaçılar qadağa qoyub .Baxın , əlillərin 7- ci yiyələndiyi “Galenvagen” markalı maşını ələ keçirməkdən yana 1 saylı hüquq məsləhətxanasının vəkili Tofiq Aslanov 7 ildən sonra Nəsimi məhkəməsində hakim Rəşid Səmədova necə “peşəkarlıqla” vəkil yardımı edibsə ,hakim iddia müddəti keçməsinə baxmayaraq ,iddiaya əlillərin cavab verməməli olmasına baxmayaraq gözüyumulu icraatına götürüb və Qarabağ əlillərini maşınlarına həbs seçəcəyilə hədələyib .İddianın predmetində “Əmrahbank”ın iddiaçı Şahlar Abdullayevə kreditə verdiyi maşını başqasına satması durduğu halda , iddia tərəfi bankın həmin başqa şəxslə bağladığı müqavilənin etibrasız sayılmasını tələb edərək maşını 7-ci alan Qarabağ əlillərini cavabdeh kimi göstərib . Bankın başqası ilə müqaviləsinin ləğv edilərək iddiaçı ilə müqavilə bağlamasından axı əsas cavabdeh “Əmrahbank” nə itirir ? Məşədi İbad demiş , o olmasın ,bu olsun ! Bankın pulunu ,borcunu kimin ödəməsinin banka nə ziyanı ola bilər ?Aydındır ki, əsas ziyan maşını 7-ci alan Qarabağ əlillərinə dəyir .Elə buna görə də ali hakimiyyət və dövlət orqanları məsələdən agah olan kimi ,Nəsimi məhkəməsi iddianı rədd etmək zorunda qaldı .Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Vüqar Həsənov) 25 oktyabr 2016 tarixli qətnamə ilə aşağı instansiyanın qətnaməsini qüvvədə saxlayaraq iddia tərəfinin şikayətini rədd etdi .Hakim Vüqar Həsənov qətnamədən kassasiya şikayəti vermə müddətindən 5 ay keçməsinə baxmayaraq işi rayon məhkəməsinə qaytarmaq əvəzinə 14 mart 2017 tarixli qərardadla müddətin ürlü səbəbdən ötürülməsini “əsas tutaraq” bərpa edilməsini qərara alıb .Bu “əsas” da odur ki , guya Şahlar Abdullayev şəxsən özü yox ,ailə üzvü qətnamə olan sifarişli məktubu alıb !(??) Deyəsən ,apellyasiya instansiyası hakimi ya Mülki Prosessual Məcəllədən xəbərsizdir , ya da ona elə rüşvət basqısı ediblər ki , qanunun üstündən Norvuz tonqalının üstündən tullandığı kimi hoppanmalı olub . Tutaq ki , iddiaçı Şahlar Abdullayev iddiasında olduğu 200 minlik əmlakı ilə bağlı 7 ildən sonra ,indi isə 5 aydan sonra xəbər tutur ,bəs axı bu qətnamə onun vəkilinə də göndərilib axı ! Vəkil də “şəxsən özü” 5 aydan sonra qətnaməni alıb ?
Bu bahalıqda əmlakından olan adamın 7 ildən sonra dava açması və 5 aydan sonra şikayət vermə müddətini buraxmasını yada salması gerçəkdə əmlakın ona aid olmamasını ortaya qoymur ? Qarabağ əlillərinə xəbər verməməklə onların əmlaklarından asanlıqla ələ çəkəcəyini fikirləşənlər yanılırlar .Artıq əlillər prezidentə ,1-ci vitse- prezidentə , baş nazirə ,Məhkəmə Hüquq Şurasına şikayət edərək saxta qərardadın onlara verilməsinin təmin edilməsini diləyiblər .Eyni zamanda BŞİH başçısına Bakı AM-in və MHŞ-nın qarşısında 50 nəfərlik “Hakim rüşvətxorluğuna son” ,”Əlil intiharlarına son” şüarları ilə piket keçirməyi razılaşdırmağı xahiş edən əlillər əmlaklarından əl çəkmək fikrində olmadıqlarını bildiriblər .
Qanun elə alidir ,elə hündürdədir ki , onun üstündən o yan – bu yana hoppanmaqla əymək olmaz .Əyilənlər rüşvətin qarşısında , (olmayan) vicdanın qarşısında ikiqat olanlardır !
Məğrur Bədəlsoy