Elsevər Ağayev haqda yeni iddialar... - İTTİHAM VAR

18-05-2017, 09:33           
Elsevər Ağayev haqda yeni iddialar... - İTTİHAM VAR
Azərbaycan Səhiyyə Nazirliyi deyəndə adamın ağlına nələr gəlmir… Doğuş vaxtı ana ölümləri, uşaq ölümləri, keyfiyyətsiz dərmanlar, hətta dövlət xəstəxanasında adi sarğının, ağrıkəsicinin pulla satılması, xəstəxana ərazilərinin biznesmenlərə bina tikmək üçün satılması və daha nələr… Amma ən dəhşətlisi bilirsiniz nədir..? Bir müddət əvvəl həkim vətəndaşın xəstə ayağının əvəzinə sağlam ayağını kəsmişdi… Bu olay ictimaiyyət arasında, sosial şəbəkələrdə çox ciddi narazılığa səbəb oldu…

Təsəvvür edirsiniz, XXI əsrdə Avropa Şurasının üzvü olan Azərbaycanda cərrah-həkim vətəndaşın xəstə ayağının əvəzinə sağlam ayağını kəsib atır-amputasiya edir… Bu dünyada analoqu olmayan bir hadisədir. Və hadisədən sonra həkim qorxusundan qaçıb günlərlə gizlənir… Və bu məqamda səhiyyə nazirinin1-ci müavini Elsevər Ağayev aşıqlama verir ki, günah xəstədə olub… Adam dəhşətə gəlir ki, bu düşüncənin sahibləri necə nazir müavini ola bilir..? Axı, sağlam ayağı kəsilən xəstənin nə günahı var..? Bəli, bu rüsvayçılığın bənzəri yoxdur. Amma nazir müavininin “Günah xəstədə olub” deməsi tam Ginnesin rekordlar siyahısına düşməlidir… Hər cürə müqayisə qüsurludur. Amma istəyirəm ki, səhiyyəmizi yüz illərdir at nallayan nalbəndliklə müqayisə edim.

Atın ayağını daşın-kəsəyin əzməməsi üçün nalbəndlər atı nallayır. Amma nalbənd atı nallayanda atdan soruşmur ki, hansı ayağın səni incidir..? Ancaq Elsevər doxtur deyir ki, gərək xəstə həkimə deyəydi ki, sağ ayağımı deyil, sol ayağımı kəs… Doğrudan da faciədir. Nalbənd qədər bacarığı olmayan birinin nazir müavini olması…

Hələ bunlar nədir ki… Bəzi məmurların səriştəsizliyi, bacarıqsızlığı bir yana…bunların tamahından da olmaz…Bunların tamahı dibsiz quyu kimidir…dolmaq bilmir. Keçmiş səhiyyə naziri, hazırda həbsxana həyatı yaşayan ( Allah məsləhət bilsə qapısını açsın ) Əli İnsanovun sevimlisi olan Elsevər Ağayev keçmiş nazirin vaxtında nazirliyin balansında olan nə qədər obyektə sahib çıxmadı..?

Təkcə birini deyək: Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 8 ünvanında yerləşən 2 hektar ərazini kim özəlləşdirib, cənab Elsevər Ağayev.? Qeyd edək ki, həmin ərazi özəlləşmədən əvvəl Səhiyyə Nazirliyinin avtomobil qarajı olub. Bütün bunlar sizə azlıq edir..? İndi də mətbuatın yazdığına görə yığdığın pulları sələmə verirsən..?

Yaxın dostun olan şəkili Hikmət Məmmədovun sələmə verdiyi milyonlar kimindir, cənab nazir müavini..? Doğrudanmı, sizlər genetik aclarsınız..? Siz pis-yaxşı ali təhsil almısınız, az-çox kitabdan-zadan oxumusunuz. Müqəddəs dinimizdə ən böyük günah sələmə pul verməkdir. Deməli, sizin tamahınızın “tormoz”u tutmur…

Cənab Elsevər Ağayev! Bir vaxtlar Əli İnsanovun da, Akif Çovdarovun da, Eldar Mahmudovun da “tormoz”u tutmurdu… Amma cənab prezident hamısına layiq olduğu yeri göstərdi. Deyəsən, bəzi məmurların tamahına “namordnik” vurmağın zamanı çatıb. Bir az səbr edək.
LEGİON.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.