Əlacsız qalan 2 uşaq anası 1-ci vitse prezident Mehriban Əliyevaya müraciət etdi:" Qalmışam Bərdə məhkəmə icra şöbələrində...."

25-05-2017, 11:08           
Əlacsız qalan 2 uşaq anası 1-ci vitse prezident Mehriban Əliyevaya müraciət etdi:" Qalmışam Bərdə məhkəmə icra şöbələrində...."
Azərbaycanın 1 ci vitse prezidenti Mehriban Əliyevaya yazılan və 1 surəti teref.az-nun poçtuna gələn şikayət ərizsini sizə təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.
HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

Azərbaycan Respublikası Ədliyyə Naziri.
Cənab Fikrət Məmmədova.

Azərbaycan Respublikası Baş Prokuroru.
Cənab Zakir Qaralova.

Azərbaycan Respublikası Ali Məhkəmənin Sədri.
Cənab Ramiz Rzayevə.

Bərdə rayon, 32-lər kəndində yaşayan Ağayeva Xanım Hafiz qızı tərəfindən.

Ə r i z ə

Bildirmək istəyirəm ki, 4 ildən çoxdur müraciətimə diqqətlə baxan yoxdur, qalmlşam məhkəmə icra şöbələrində, sağ olsun ədalətli məhkəmə hakimləri ki, mənim müraciətimə baxıblar və köməkdarlıq ediblər, hal-hazırda bir çox məhkəmə orqanlarının mənim xeyrimə Azərbaycan Respublikası adından çıxardığı və qanuni qüvvəsini almış qətnamələri Bərdə rayon icra şöbəsi cavabdehlə əlbir olub icra etmək istəmir, belə ki, qeyd etmək istəyirəm ki, 2014-cü ildə mənim ailə münasibətlərim pozulmuşdur, mən iki uşaqla kirayələrdə qalmılşam, cavabdeh mənim 11000 manata yaxın cehiz, qızıl zinyət əşyalarımı vermir, hətda bir uşaq üçün aylıq 80 manat alimenti vaxtlı vaxtında ödəmir, bu ədalətsizliyə Bərdə rayon icra şöbəsi göz yumur və hər dəfə məni çağırıb kömək etmək əvəzinə bezdirirlər, hədə qorxu gəlirlər ki, mənə aidiyatı olmayan köhnə yararsız əşyaları verib, akta imza etdirib məni başlarından etsinlər, mən isə bu ədalətsizliklə razı deyiləm.
Qeyd etmək istəyirəm ki, himayəmdə olan birgə nigah dövründə olan uşağımda əlilldir.
Bu gün mən çox çıxılmaz vəziyyətdə qalmışam, mənə kömək edəcək bir dövlət orqanı yoxdur, məcbur qalıb AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA müraciət edirəm, Siz bir anasınız, çıxılmaz qalan bir gənc anaya köməkdarlığınızı əsirgəməyin, bir ümüd yerim Sizsiniz.

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alasınız, Azərbaycan Respublikası Adından çıxarılan və qanuni qüvvəsini almış qətnamələrin icra edilməsində mənə köməkdarlığınızı əsirgəməyəsiniz və mənim cehizlik, qızıl əşyalarımın alınıb verilməsində və alimentin vaxtlı vaxtlında ödəniməsində köməkdarlıq edəsiniz.

Diqqətinizə görə Sizə öz minətdarlığımı bildirirəm.


24.05.2017-ci il. İmza: Ağayeva Xanım Hafiz qızı.
teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.