“Maliyyə mafiyası”nın Bərdəyə urcah etdiyi rəisdən ağılasığmaz özbaşınalıqlar
8-06-2017, 10:29
Ölkənin “maliyyə mafiyası” Yevlax təhsilini nvə başqa idarə müəssilərinin, bağçalarının pulunu havaya sovuran Yevlax rayon maliyyə şöbəsinin rəhbəri Mehman Allahverdiyevi Bərdəyə urcah edib
teref.az media-press.org-a istinadla xəbər verir ki, M.Allahverdiyevin maliyyəçi olmadığını da nəzərə almadılar. Çünki onun işlərini aparan şəxs Yevlax rayon Maliyyə şöbəsində qaldı.
65 yaşlı Bərdə rayon sakini və Bərdə rayon Maliyyə şöbəsinin rəhbərini Rza müəllimi Yevlax rayon Maliyyə Şöbəsinə rəhbər təyin etdilər.
Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev yeni post eşqinə düşüb. Bir müddət əvvəl onun icra hakimi olmaq istədiyi haqda məlumatlar mətbuata çıxmışdı.
Yeni xəbərə görə isə Bərdənin maliyyə rəisi icra başçısı olmaq üçün perspektiv olmadığını anlayıb. Onun regional maliyyə idarəsi rəisi olmağa hazırlaşdığı bildirilir.
Rəis Gəncənin icra başçısı Elmar Vəliyevin xalası oğludur. Onun həm də Yevlaxın icra başçısı Qoca Səmədovun qohumu olduğu bildirilir.
İcra başçıları ilə qohum olan maliyyə rəisi nazir Samir Şərifovun onu regional idarə rəisi qoyacağına ümid edir. Ancaq hələ ki, struktur islahatı başlamayıb.
Məlumatlardan belə qənaətə gəlmək olur ki, Bərdə rayon Maliyyə İdarəsinin rəisi Mehman Allahverdiyev kifayət qədər etibarlı şəkildə “sığortalanmış” məmurlardandır.
Ulus.Az xəbər verir ki, hazırda Bərdə maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına divan tutur. Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir.
Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunacağı bildirilir. Büdcə təşkilatları belə bir zamanda rəisin hərəkətlərindən cana doyub və Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə şikayətlər yazırlar.
Məlumatlarda xüsusi olaraq qeyd olunur ki, Mehman Allahverdiyevin öz işində yol verdiyi bir çox ciddi nöqsanlar, hələ onun Yevlaxda işlədiyi vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı da aşkar olunub.
Lakin məlum səbəblərdən həmin nöqsanların aradan qaldırılması və qanun pozuntularına yol vermiş idarə rəisinin cəzalandırılması istiqamətində konkret addımlar atılmayıb.
Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur.
Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu isə, müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər.
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az