Hikmət Osmanovla Vaqif Abdullayevin sövdələşməsi Beyləqanda aranı qatdı
8-06-2017, 11:15
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov Beyləqan RİH-in başçısı Vaqif Abdullayevlə əlbir olub Beyləqan rayon komitəsinə saxta sədr seçiblər
Beyləqandan şikayətçilərdən aldığımız məlumata görə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr Hikmət Osmanov Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə sövdəşəlrək təşkilatın Beyləqan Rayon Komitəsinin sədri Şamil Babuşovu yaşının 75-i keçməsi ilə əlaqədar ondan tutduğu vəzifədən azad olunmaq üçün ərizə alaraq, onun yerinə Beyləqan rayon Təhsil şöbəsinin sabiq müdiri, işlədiyi dövrdə ölkə mətbuatında adı daim qırmızı xətlə keçmiş 68(!) yaşlı Tofiq Sadıqovu DİİXİHİ Beyləqan Rayon Komitəsinə sədr təyin(!) etmişlər.
Məlumatı verən mənbənin bildirdiyinə görə, Tofiq Sadıqovun DİİXİHİ Beyləqan rayon Komitəsinə sədr seçilməsi prosesi “ Həmkarlar təşkilatlatı haqqında” Azərbaycan respublikası qanunun tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib.Tofiq Sadıqovun komitəyə sədr seçilməsi üçün ilk nizamnamə tələbi onun həmin təşkilatda üzv olmasıdır. Tofiq Sadıqov isə məlum olduğu kimi, Təhsil İşçiləri Beyləqan rayon komitəsinin üzvü olub. Deməli, bu məsələ sübut edir ki, sədr seçkisi prosesində təşkilatın nizamnaməsinin təməl prinsipi pozulub. Bundan əlavə, Tofiq Sadıqov təşkilatda üzv olmuş olsa da belə, onun sədr seçilmsi üçün təşkilatın konfransı keçirilməli və həmin konfransda o, plenuma və idarə heyətinə üzvü seçiləndən sonra idarə heyətinin iclasında sədr seçilməlidir.
Göründüyü kimi, həm Dövlət İdarələri və İctimai Xidmət Həmkarlar İttifaqı respublika Komitəsinin sədri Hikmət Osmanov, həm də Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini kobudcasına pozaraq sabiq Beyləqan Rayon təhsil şöbəsinin müdiri, təqaüdə çıxmış 68 yaşlı Sadıqov Tofiq Musa oğlunu DİİXİHİ Beyləqan Rayon komitəsinə sədr təyin edərək, həmin komitənin plenum və idarə heyətinin üzvlərinə qarşı hörmətsizlik etməkdən çəkinməmişlər!
DİİXİHİ Beyləqan Rayon Komitəsinin Plenum və İdarə heyətinin üzvləri ümidlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından və həmin təşkilatın çox hörmətli sədri, Millət vəkili Səttar Mehbalıyevdən ədalətin bərpa olunmasını gözləyirlər.
Nia.az