"Araz" marketdən alınan “Best Beef” firmasının koçlbasasının içindən nələr çıxdı FOTO/VİDEO

9-06-2017, 09:41           

Azərbaycanda ət məmulatları istehsal edən “Best Beef” firması vətəndaşlara saqqallı kolbasalar satır.

Bu məlumatı Qafqaznews.az-la jurnalist Rüfət Əhmədzadə bölüşüb.

O, ötən gün “Araz Market”in “Masazır 2” filialından alınan “Best Beef”in servelat kolbasasından qalın tüklərin çıxdığını bildirib.

Jurnalist Qafqaznews.az-a deyib ki, kolbasanın içindən çıxan tüklər o qədər qalındır ki, simə də bənzəyir: “Sadəcə əməkdaşlıq etdikləri şirkətin nəzərinə çatdırsınlar deyə marketə apardım, qalan çəkinin məbləğini hesablayıb 1 manat 60 qəpiyi özümə qaytardılar”.

Bildirildi ki, “Araz Market” yalnız məhsulun tarixinə görə məsuliyyət daşıyır, lakin müvafiq tədbirlər görüləcək.

Prinsipcə, market işçilərindən hər hansı narazılığım yoxdur. Bu məhsulu istehsal edən şirkətin rəhbərliyi isə utanmalıdır. Yerli sahibkarlıq inkişaf edir deyə ümidlənirik, onlar isə bizə saqqallı kolbasa satırlar”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru