“Akkord Cavid”, şoumen Murad və “CARABAO” energetik İÇKİSİ

9-06-2017, 09:56           

Bir neçə gündür ölkə mətbuatı supermarketlərdə satılan "Carabao” energetik içkisi ilə bağlı ciddi məlumatlar dərc edir.

Medianın məlumatına görə, bu içkinin üzərində Azərbycan dilində bircə kəlmə də yoxdur.

Digər tərəfdən istehsal tarixi və yararlıq müddəti də içkinin üzərində qeyd olunmayıb.

Bütün bunlardan əlavə satıcıdan içkinin gigiyena sertifikatını tələb edəndə məlum olub ki, belə bir sənəd yoxdur.

Məsələ ilə bağlı bütün ekspertlər, mütəxəssislər və dövlət məmurları birmənalı olaraq bildiriblər ki, gigiyena sertifikatı olmadan məhsulun satışı qadağandır.

Sanitar-karantin müfəttişliyinin mətbuat üzrə sözçüsü Yadulla Balışov mətbuata bildirib ki, "Carabao” içkisini Azərbaycana "Nep future” şirkəti idxal edir: "2 iyun 2017-ci ildə "Nep future” şirkəti öz məhsulunun gigiyenik qeydiyyatdan keçməsi üçün bizə rəsmi müracaiət edib.

Biz "Carabao” içkisinin gigiyenik normalara cavab verib-vermədiyini araşdıracağıq. Əgər cavab müsbət olarsa, məhsul gigiyenik qeydiyyatdan keçəcək”.

Deməli bu məhsulun sənədləri hələ də Sanitar-karantin müfəttişliyində araşdırılacaq. Cavabın necə olacağı da hələ bəlli deyil.

BƏS BU İÇKİ SUPERMARKETLƏRDƏ NECƏ SATILIR..?

Axı, bu dərəcədə qanunsuzluq olmaz.

Bəlkə bu içki insanların zəhərlənməsinə, hətta ölümünə səbəb ola bilər.

Bu içki allah qoymasa Murad Dadaşovun MAŞIN ŞOU-suna da yol tapıb.

Hər gün milyonlarla insan MAŞIN ŞOU-da "Carabao” içkisinin reklamını görür.

Murad Dadaşov da "Carabao”dan, yəni "Asiya camışı”nın südündən içib ağzını marçıldada-marçıldada bəh-bəhlə içkini tərifləyir.

Təsəvvür edirsiniz, milyonluq auditoriyası olan verilişin rəhbəri ölkədə satılmağa icazəsi olmayan məhsulu reklam edir.

Görəsən, bu içkinin hər yerə yol tapmasının, qanunsuz olaraq böyük ticarət mərkəzlərində satılmasının sirri nədir..?

Əlbəttə bu içkinin qanuni gigiyenik sertifikatı olsa, kimsə bir söz deyə bilməz.

AMMA QANUNSUZ SATIŞ, ÜSTƏLİK REKLAM VƏ S.

Deməli bu boyda qanunsuzluğun arxasında "uzun əl "var.

365info.az-a daxil olan məlumata görə, "Carabao” içkisini Azərbaycana Oman dövlətinin vətəndaşı olan ər-arvad gətirir. Xanımın adı Ranadır. Və bu biznes işində ər-arvadın Azərbaycan tərəfdən şəriki Cavid Ağayevdir.

Onu da qeyd edək ki, Cavid Ağayev həm də "AKKORD”un baş direktorunun müavinidir.

365info.az-ın məlumatına görə, ərəbəsilli ər-arvadla cənab Cavid Ağayevin arasında 5 milyon dollarlıq qalmaqal ortaya çıxıb.

Ər-arvad iddia edir ki, Cavid Ağayevin bu şərikli biznesdə 5 milyon dollarlıq "kəsiri” var və pulu AKKORD-un direktor müavinindən tələb edirlər.

Cavid Ağayev isə ər-arvada təklif edib ki, biz 3 şərikik: mən, ər və arvad. Ona görə də 5 milyonu 3 nəfərin arasında bölmək lazımdır.

İndi məlum oldumu, kimin və neçə milyonun hesabına "Carabao” içkisi qanunsuz olaraq Azərbaycan bazarına, hətta telekanallara, şou proqlamlara yol tapıb..?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.