Süleyman Mikayılov HƏMİN MAŞINI satdırıb... - İDDİA
9-06-2017, 18:16
Hələ illər əvvəl 90 DO 777 dövlət nömrə nişanlı “Porshce” markalı avtomaşını ilə gündəmə gələn və ictimai qınağa səbəb olan Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub.
DİA.AZ xatırladır ki, hələ 5 il əvvəl Muzey Mərkəzinin qarşısında Süleyman Mikayılovun qızının idarə etdiyi qeyd olunan avtomobil qanunsuz və kobud parkovka hərəkəti ilə diqqətə gəlmişdi. Həmin ərəfədə bu olay böyük səs-küyə nədən oldu və hətta Süleyman Mikayılov bütün internet portallarından məlum görüntülərin yığışdırılması üçün böyük çaba sərf etdi. Amma indi bu msələ yenidən gündəmə daşınır.
Belə ki, Dia.az-ın elektron ünvanına bu mövzu ilə bağlı məlumat yollayan mənbə iddia edir ki, HƏMİN MAŞIN həmin olaydan sonra satışa çıxarılıb və artıq Mikayılovların ixtiyarında deyil.
Onu da bildirək ki, zaman-zaman məmur övladlarının davranışlarına xüsusi diqqət yetirmələrinin vacibliyi "yuxarıların" da diqqətini cəlb edən, "Yuxarıların" da reaksiya verdiyi mövzulardan hesab olunur. Yəqin buna görədir ki, əlavə olaraq hədəfə çevrilmək istəməyən Süleyman Mikayılov həmin "bəlalı maşın"dan da yaxasını qurtarmağı qəsd edib.
Mövzu ilə bağlı danışmaq istəyənləri dinləməyə hazırıq...