Deputatın şirkəti Vergilər Nazirliyini aldadırmış: "Ştutqart" mağazası cəzalandırıldı
9-06-2017, 18:22
Bu ilin 5 ayında Vergilər Nazirliyi tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin sayı bəlli olub.
teref.az yazır ki, nazirlikdən verilən məlumata görə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib.
İşəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb. Bu müddət ərzində "Ştutqart” (ehtiyat hissələri mağazaları), "Halal Tekstil”, "Arm” (MADO restoranlar şəbəkəsi), "Altrade”, "Təmiz Qida”, "Salam Şirkətlər Qrupu” (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.
Qeyd edək ki, siyahıda adı hallanan "Ştutqart” mağazası deputat Nəriman Əliyevə məxsusdur. Bu mağaza ilə bağlı mətbuatda dəfələrlə qalmaqallı məqalələr yayımlanıb.