Mübariz Ağayevin qardaşı oğlu Göycay sakinlərinin həyatını təhlükəyə atır - ŞİKAYƏT
12-06-2017, 10:36
teref.az-nun poçtuna Göyçay rayonunda Mübariz Ağayevin qardaşı oğlunun qanunsuz əməlləri il bağlı şikayət məktubu daxil olub. Məktubu sizlərə təqdim edirik:
Göyçay rayon sakinləri tərəfindən
ŞİKAYƏY
Bu şikayət məktubunda yazıb bildiririk ki, Göyçay rayonunun sabiq icra başçıs Mübariz Ağayevin qardaşı oğlu Nicat Ağayevun kommersiya maraqlarına görə biz sakinlər təhlükə ilə üz-üzə qalmışıq. Nicat Ağayevin atası Maarif Ağayev “Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin müdiri vəzifəsində işləmiş və təxminən 1 il əvvəl dünyasını dəyişmişdi.Nicat Ağayev atası bu vəzifədə işləyən vaxtda bahalı, ağır texnika maşınları alaraq Göyçay çayından daş materiallarını qazaraq satışı ilə məşğul olmağa başlamışdır.Əmisinin və atasının himayəsi ilə Nicat Ağayevin heç bir qanunu icazə almadan apardığı bu işlər Göyçay rayonunu Potu və Cəyirli kənd sakinlərinə ciddi təhlükələr yaratmışdır.
Bizim ailəyə məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 3,45 hektar torpaq sahəsində min-bir əziyyətlə bağ salmışıq ki, hər il buradan tonlarla meyvə məhsulu götürüb əldə edilən gəlirlə ailəmizi dolandırırıq, dövlətə xeyir veririk.
Göyçay rayonunun sabiq icra başçısı Mübariz Ağayevin qardaşı oğlu Nicat Ağayev bağımızın yaxınlığından keçən Göyçay çayında qanunsuz qazıntı işləri aparmaqla çayın məcrasını dəyişdirib yolumuzu dağıtmış, suvarma sistemini məhv etmiş və çox ciddi qəza vəziyyəti yaratmışdır.
”Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin keçmiş müdiri Maarif Ağayevin oğlu Nicat Ağayev hazırkı müdir Rəşad Kərimovla əlbir olub ağır texnikalardan istifadə edərək Göyçay çayında uzun müdətdir ki, qazıntı işləri apararaq çay materiallarının satışı ilə məşğul olurlar. Başdan sovdu qanunsuz aparılan qazıntı işlərinin nəticəsində Göyçay çayının bu hissəsində məcrası dəyişmiş sakinlərin bağına gedən yol uçmuş, bağımızında məhv olması təhlükəsi ilə üz-üzə qalmışıq.Vətəndaşlara məxsus bağ sahələri hər an məhv ola bilər.Bu barədə heç bir tədbir görən yoxdur. Biz min-bir əziyyətlə bağ salıb məhsul götürüb dövlətə və ailəmizə xeyir veririk. Bu cinayətkar vəzifəli şəbəkə isə öz maraqlarına görə dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurular.
Biz bu qanunsuzluq barədə Prezident İlham Əliyevə, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırova və digər orqanlara şikayət ərizələri ilə müraciət etmişik.Şikayət ərizəmizdə göstərdiyimiz faktlar yerində araşdırılmalıdır ki, “Azəravtoyol” ASC-nin 17 №-li Yol İstismar MMC-nin müdiri Rəşad Kərimov və Nicat Ağayev hansı qanuna əsasən Göyçay çayını plandan kənarda qazıb materiallarını satırlar.Onların bu işi görmələrinə kim icazə verib və nə üçün onların bu işlərinə dövlət tərəfindən nəzarət edilmir ? Əldə olunan küllü miqdarda gəlirə görə hara vergi ödəmələri, işlədilən işçilərlə əmək müqavilələrinin bağlanılması və bu işləri hansı planla, razılıqla edilməsi faktları yerində obyektiv araşdırılmalıdır. Araşdırlmalıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göyçay Meliorasiya İdarəsi nə üçün bu qanunsuz fəlaiyyətin qarşısını almaq istəmir.Onların yaratdığı ciddi təhlükə araşdırılmalı və barələrində təcili, ciddi tədbirlər görülməlidir.Əks təqdirdə tezliklə dövlətə və vətəndaşlara daha çox ciddi ziyanlar dəyəcək, çay daşıb evləri uçurdacaq həttda insan təlafatıda olacaq. Xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində tam, hərtərəfli və obyektiv araşdırıb vəzifə səlahiyətlərindən sui-istifadə edib qanunsuz işlərlə məşğul olan şəxslər barədə təcili tədbirlər görülsün.
1.Ələsgərov Elnur Elman oğlu Göyçay rayonu Potu kəndi
2.Ağayev Elvin Əjdər oğlu Göyçay rayonu Potu kəndi
3.Feyzullayev Rahim Zülfü oğlu
4.Əliyev Arif Paşa oğlu
teref.az olaraq qarşı təfəin fikirlərini dinləməyə hazırıq!