Gigiyena Mərkəzinin baş mühasibi maaş kartlarını özündə saxlayır - Dosye

13-06-2017, 09:21           
Gigiyena Mərkəzinin baş mühasibi maaş kartlarını özündə saxlayır - Dosye
Bərdə Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Fəxrəddin Şadlinskinin baş mühasibi olan Qiymət adlı xanım 30-dan çox işçinin maaş kartını özündə saxlayır

Bu barədə redaksiyamıza daxil olan xəbərə görə, baş mühasib ya işçilərin maaş kartını onların əlindən məcburi şəkildə alaraq özündə saxlayır, ya da “ölü can”lara yaradaraq onların adına açılan ştatların maaş kartını üstündə gəzdirir.

Məlumata görə, baş mühasib maaş vaxtı gələndə rayonun müxtəlif banklarında bankomatlara yaxınlaşaraq həmin işçilərin maaş kartından pul çıxarır.
Bu qanunsuzluq faktına dair bildirilir ki, Hicran, Ulduzə və başqa işçilərin maaşını Qiymət xanım götürür.

Mənbə deyir ki, hüquq-mühafizə orqanları, prokurorluq əməkdaşları onun bankomatlardan pul çıxarmasının şahidi olmaq üçün müşahidə kameralarının yaddaşına baxa bilər. F.Şadlinski baş mühasibinin hesabına hər ay işçilərin maaşlarını mənimsəyir və özü məsuliyyətdən azad olur.

Mənbədən verilən məlumata görə, Bərdə Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Fəxrəddin Şadlinskaya və qohum-əqrəbası Bərdədə vəzifələri bölüşdürüblər.

Bu yaxınlarda onun oğlu Toğrul Şadlinski öz toyunda atası tərəfindən vəzifə ilə mükafatlandırılıb.

Mərkəzin direktoru oğluna toy günü Bərdənin baş memarı postunu hədiyyə edib. T.Şadlinski hazırda Bərdənin baş memarı vəzifəsini icra etməyə başlayıb.

F.Şadlinskinin qardaşının həyat yoldaşı Fəqət Şadlinskaya YAP-ın yerli təşkilatının sədridir. Daha bir qohumu - Şadlinski Bilman Bərdə Məşğulluq Mərkəzinin direktorudur. Beləcə, Şadlinsklər Bərdədə bir çox vəzifələri zəbt ediblər.

Ulus.Az-a daxil olan xəbərə görə, baş mühasibin əməlləri barədə prokurorluğa dosye göndərilib. Mərkəzdən nələrin baş verdiyi araşdırıla bilər.

Sonuncu dəfə 306 manat bankomatdan götürüb. Bildirilir ki, Şadlinski ümumiyyətlə, bazarlara nəzarəti əldən verib. Yalnız yığılan pullara diqqət yetirməklə kifayətlənir.

Əgər araşdırmalar təsdiqini taparsa, Mərkəzdə bu işə görə kimlərinsə məsuliyyətə cəlb olunacağı istisna deyil.

Onun yanına şikayətə gələn vətəndaşlar isə cavabsız şəkildə geri qaytarılır. Çünki iş yerində olmayan GEM direktoru nə vətəndaşları qəbul etmək fikrindədir, nə də o halda olur.

Bildirirlər ki, son dövrlər bazarlara ayaq açmış mənşəyi məlum olmayan məhsullardan dolayı uşaqlarına və özlərinə yemək üçün nələr hazırlayacaqlarını bilmirlər. ulus.az/
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.