Deputat tükünü də tərpətmir: Seçicilər Ülvi Quliyevin zühuru arzusunda - Video

13-06-2017, 09:24           
Deputat tükünü də tərpətmir: Seçicilər Ülvi Quliyevin zühuru arzusunda - Video
Paytaxtın Yasamal rayonu, 15 saylı I seçki dairəsindən deputat seçilmiş Ülvi Quliyev qeybə çəkilib

Seçiciləri millət vəkilini görmək arzusundadırlar.

Onların sözlərinə görə, Yasamalın deputatları seçkiqabağı müəyyən işlər görürlər, sonra o işlər dayanır:

“Bizimlə seçkiqabağı görüşüb, sonra görməmişik. Onu ancaq seçkidə görmüşük. Yasamal problemlərinin həlli üçün heç nə etmirlər”.

Bolgexeber.tv-nin keçirdiyi sorğuda iştirak edənlər Ü.Quliyevin üzünü görmədiklərini söyləyirlər. Həqiqətən də millət vəkili son vaxtlar mətbuatda da əvvəlki qədər aktiv fəaliyyət göstərmir.

Eyni zamanda Yasamalın digər deputatları - Aytən Mustafayeva ilə Elşad Həsənovun da səsini eşidən yoxdur. Hər üç deputatdan dəfələrlə narazılıq qeyd olunsa da, tüklərini tərpətməyiblər.

Ulus.Az xəbər verir ki, Ü.Quliyevdən narazılıq edənlər arasında Alatava sakinləri də var. 2-ci Alatavada yaşayanlar yol problemindən şikayət etməkdən yorulublar, amma deputat qulaqardı etməkdən bezməyib.

Bu massivin yolları həqiqətən də bərbaddır. Sakinlər qeyd edirlər ki, II Alatavaya gəlməklə faciənin şahidi olmaq mümkündür:

“Saytınız vasitəsi ilə dəfələrlə müraciət etsək də, onların vecinə də deyil. Bizi saymırlar. Eşitmirlər. Çünki şəxsi maşınlarının getdiyi yollar Alatavadan keçmir.
Qış da gəlib, qar qapımızı döyür. Ülvi Quliyev kabinet və komfort maşından çıxıb qəsəbəyə gəlib camaatla maraqlanmır, seçicilərin, vətəndaşların dərdinə şərik olmurlar”.

Ulus.Az xəbər verir ki, deputatın Bakıda və İsmayıllıda biznes obyektlərinin olduğu deyilir.

Bildirilir ki, deputat Bakıda böyük biznes şəbəkələri yaratmaqla məşğuldur. Ancaq o, bu obyektlərini yaxın adamlarının adına sənədləşdirilir. Özü isə demək olar ki, vaxtaşırı bu obyektlərə baş çəkir, bir obyektlərdən gələn gəlirin hesabatını aparır.

Verilən məlumatda bildirilir ki, metronun “Nərimanov” stansiyasının yaxınlığındakı “Qala” restoranı da məhz deputat Ülvi Quliyevə məxsusdur.

Onun İsmayıllı rayonunda da biznes obyektləri var. Ancaq deputatın bu obyektlərdə başqa iş adamları və vəzifəli şəxlərlə ortaq olduğu deyilir.
teref.az olaraq möhtərəm deputatın fikirlərini işıqlandırmağa hazırıq!
teref.az
[media=https://www.youtube.com/watch?v=gPOJGAezeOI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.