BDU ilahiyyat fakultəsidə FƏTO-nun badına getdi

15-06-2017, 23:05           
BDU ilahiyyat fakultəsidə FƏTO-nun badına getdi
Redaksiyamıza daxil olan bir məlumata görə BDU İlahiyyat fakültəsinə 2017-2018-ci tədris ili üzrə tələbə qəbulu planında mühüm bir yenilik tətbiq olunub. Belə ki, Təhsil Nazirliyi tərəfindən BDU İlahiyyat fakültəsinə "dinşünaslıq" ixtisası üzrə qəbul planı verilməyib. Adı çəkilən fakültə bu gün “Dinşünaslıq”, “Tərcümə-ərəb” və “Tərcümə-fars” olmaq üzrə üç ixtisas bölməsinə ayrılsa da məhz "Dinşünaslıq" ixtisasına əsasən İlahiyyat fakültəsi adını daşıyır. Qaynağımız onu da qeyd edir ki, BDU İlahiyyat fakültəsinin “Tərcümə-ərəb” və “Tərcümə-fars” ixtisaslarına qəbul olan tələbələrin çoxu fakültəyə sənədlərini təqdim edənə qədər İlahiyyat fakültəsinə qəbul olduqlarından xəbərsiz olur. Belə ki, əslində abituryentlər ixtisas seçimi zamanı “Tərcümə-ərəb” və “Tərcümə-fars” ixtisaslarını seçərkən İlahiyyat fakültəsinin adı qeyd olunmadığı üçün adı çəkilən fakültənin tərkibində olan bir ixtisası seçdiklərindən xəbərsiz olurlar, hətta bəzən Regionşünaslıq -Şərqşünaslıq fakultəsini qazandıqlarını düşünənlər də olur. Qəbul planında İlahiyyat fakültəsi "Dinşünaslıq" ixtisası ilə təmsil olunduğuna görə də yalnız bu ixtisasa qəbul olan tələbələr hansı fakültəni seçdiklərini əvvəlcədən bilirlər. Onu da qeyd edək ki, bu günə qədər dinşünaslıq ixtisası üzrə məzun olanların ölkədə iş tapmaqda çətinlik çəkmələrinə baxmayaraq İlahiyyat fakültəsi həmin ixtisas üzrə tələbə qəbulunu davam etdirirdi. İndi isə İlahiyyat fakültəsində başlıca ixtisas sayılan “Dinşünaslıq” ixtisası qəbul planından çıxarıldığı təqdirdə BDU İlahiyyat fakültəsinin yalnız tərcüməçi hazırlamaqla “İlahiyyat fakültəsi” adını özündə necə saxlayacağı çox maraqlıdır.
Bu qərarın BDU İlahiyyat fakultəsinin bağlanması kimi dəyərləndirib mətbuata çıxaran Yeniçağ.az. saytı məlum qərarın Azərbaycan-Türkiyə qardaşlığını nəzərə alınmadan verildiyini vurğulamışdı.
teref.az yazır ki, İlahiyyatçı araşdırmaçı Zaur Şüküroğlu isə facebook statusunda "Türkiyənin Azərbaycanda qurdurduğu fakultə bağlanır" başlıqlı yazıya fikrini belə bildirib:
"Bir hefte bundan evvel yenicag.az saytında derc edilmiş bu xeberi adı çekilen sayta ötürenler BDU İlahiyyat fakültesi ile bağlı hemişe Türkiye adının arxasına sığınıblar. Yəni öz mezhebçi ve camaatçı planları üçün Azerbaycan ve Türkiye qardaşlığını mütemadi olaraq istismar edibler. Halbuki ne qardaşlığımız, ne de türklüyümüz o mezhebçi güruhun heç vaxt vecine olmayıb. Ancaq her defe quyruqları qapı arasında qalanda qardaşlıq tellallığına el atıblar. Ele FETÖ de eyni metodla sarmaşıq kimi sarmırdı mı Azerbaycanı?! Hem de dünyanın istenilen ölkesindeki fealiyyetlerinde Türkiye adını, Türk bayrağını ve Türk dilini istismar etmirdiler mi? Axırda da onların bu müqeddesatla elaqelerinin olmadığı ortaya çıxmadı mı? İndi BDU İlahiyyat fakültesinin qurucularından olan Türkiye Diyanet Veqfinin (TDV) xüsusile günümüzde mezhebçi, camaatçı ve gizli FETÖ-çü qruplar terefinden idare olunduğu ve adı çekilen fakültenin de TDV terefden eyni qrupların hökmü altında olduğu ehtimal ki, Azerbaycan dövletine məlum olub ve dövletimizin bu barede gördüyü tedbir hemin qrupları ciddi şekilde narahat edib. Ona göre de qerara gelibler ki, Azerbaycan metbuatındakı dostlarından kömek istesinler. Ancaq qeyd etmeliyem ki, bu niyyetleri üçün mehz yenicag.az saytından istifade etmeleri teessüf doğurur. Çünki bu saytın ve onun rehberliyinin keçmiş illerden beri FETÖ-ye qarşı apardığı mübarize ictimaiyyete yaxşı me’lumdur. Buna baxmayaraq BDU İlahiyyat fakültesinde mezhebçi, camaatçı ve FETÖ-çü ünsürlerin varlığının adı çekilen sayta me’lum olmaması ise teessüf doğurmaqdadır. Hele keçen illerden etibaren bu ünsürlerin metbuatda ifşa edilmesini saytın “fakülte etrafında meqsedli olaraq möhtekirlik yaratmaq” kimi qeleme vermesi daha çox teessüf doğurmaqdadır. Halbuki yenicag.az ve saytın rehberliyi bilmelidirler ki, BDU İlahiyyat fakültesindeki mezhebçi, camaatçı ve gizli FETÖ-çü ünsürlere qarşı mübarize aparanların onurlu duruşları, adı çekilen sayt rehberliyinin FETÖ-ye qarşı apardığı mübarizeden heç de geri qalmır ve eyni derecede milli maraqlarımıza xidmet edir. Ancaq teessüf ki, yenicag.az saytının rehberliyi bu heqiqetin ferqinde deyil. İlahiyyat fakültesini bağlamaq elbette mescid bağlamaq qeder yanlışdır. Ancaq bilinmelidir ki, dövletimizin me’lum sebeblerden ilahiyyat fakültesinin fealiyyetine (belke de müveqqeti) mehdudiyyet qoyan tedbirlerini fakülteni bağlamaq kimi qeleme verib ortalığı qarışdırmaq cehdi möhtekirliyin ta özüdür ki var!!! Ve bele bir yanaşma sayğın bir metbuat orqanına qetiyyen yaraşmamaqdadır. Son olaraq, eger yenicag.az saytı TDV-nin Azerbaycana qarşı semimiyyetinden emindirse, onda lütf edib adı çekilen veqfin neşr etdirdiyi İslam Ensiklopediyasında (DİA) Azerbaycan xeritesinin defelerle tehrif edilmesinin ve bendenizin mövzuya dair yazılarına reğmen bu tehriflere hele de laqeyd qalmalarının TDV-nin “semimiyyeti”ne yaraşmadığını adı çekilen veqfin rehberliyinin diqqetine çatdırsalardı! http://hocalihaber.com/tdv-islam-ansiklopedisinde-skandal-bir-azerbaycan-haritasi-daha/ Ancaq teessüf ki, biz indiye qeder yenicag.az saytında bu önemli milli meseleye diqqet ayrıldığına şahid olmadıq. Evezinde bu gün saytda TDV-nin elinden çıxmasından qorxduğu Azerbaycandakı “ilahiyyat bazarı”nın bağlanma tehlükesinden heraretle behs edildiyini gördük. Çox teessüf…

http://yenicag.az/turkiyenin-azerbaycanda-qurdurdugu-fakulte-baglanir-ilahiyyata-qebul-dayandirildi-yenicag/
Xatırladaq ki, yaxın zamanda TGRT Haber-də yayımlanan "Günaydın Türkiyə" pragramına qatılan Prof.Dr. Ahmet Şimşirgil, BDU İlahiyyat fakultəsinin qurucusu olan Türkiye Diyanet vəqfinin (TDV) başçısı Mehmet Görməzin Gülənlə əlaqələrinin olduğunu iddia edərək Görməzin FETÖ lideri Gülənə yazdığı mektubu açıqladı.
BDU İlahiyyat fakultəsinə qəbulun dayandırılmasının məhz Mehmet Görməz və Gülən əlaqələrinin səbəb olduğunu ehtimal edənlər də var.
Prof. Dr. Ahmet Şimşirgilin TGRT -də yayımlanan çıxışının videosunu oxucularımıza təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=HjrpQSLWgFo&app=desktop]
Qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.