Xocavənddəki kiçik məmura böyük İTTİHAM- Rəfail Mustafayev milyonları necə qazanıb?
16-06-2017, 09:37
Bu günlərdə Xocavənd rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Rəfail Mustafayevin var dövləti, oğlanları üçün aldığı avtomobillər haqqında məlumat vermişdik. Yazıda bir qrup Xocavənd sakini Rəfail Mustafayevin dövlətin hesabına “kiçik oliqarxa” çevrliyidiyini və öz ailəsi üçün böyük var dövlət əldə etdiyini qeyd edirdilər.
Həmin məlumatda bildirilirdi ki, rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri gündəlik vaxtını kef məclislərində keçirir və vəzifə daşıdığı işlə belə məşğul olmur. İdarə müdirinin gündəlik yeyib-içmək məclisində xərclədiyi pullar isə işçilərinin əmək haqlarından daha çoxdur: "Rəfail Mustafayev təkcə oğlanları Bəxtiyar, Yaşar Mustafayevlərin hər birinə 99 DH 066 seriyalı “Land Kruse” və 99 ZS 818 seriyalı “Nissan Sani” avtomobilləri alıb. Bundan başqa, idarə müdirinin Bakı şəhəri Nizami rayonunda 3 otaqlı evi, həmçinin həmin binanın altında 300 kv metr obyekti, Xətai rayon H.Aslanov metrosunun yanında binada 3 otaqlı mənzil, Saray qəsəbəsində isə qiyməti yarım milyona yaxın olan dəbdəbəli villası mövcuddur. Bundan başqa Rəfail Mustafayevin Beyləqan şəhər Rəşid Behbudov küçəsi 20-də dəbdəbəli imarəti var".
Xocavənd rayon sakinləri yuxarıda bildirdikləri mal-mülklərin əslində idarə müdirinin əmlklarının kiçik bir hissəsi olduğunu və bu siyahıya əlavə olaraq Xocavənd rayonunda 2 məcburi köçkün evinin yerində tikilən dəbdəbəli evi, 50 hektar torpaq sahəsi, 300 mal qara və Ağcakənddə dəbdəbəli villanı da qeyd edirlər. Həmin məlumatda vurğulanır ki, “kiçik oliqarx” Rəfail Mustafayev yaxın ətrafının yanında daim hakimiyyətin siyasətini tənqid etməklə bərabər, Xocavənd rayon icra başçısı Eyvaz Hüseynovun da arxasınca danışmaqdan çəkinmir. İdarə müdirinin arxasında isə nüfuzli bir şəxsin dayandığını və buna görədə ona heç kəsin gücünün çatmadığı qeyd edilir: "Rəfail Mustafayev işlədiyi Xocavənd rayon Kənd Təsərrüfat İdarəsinin hesabına dövlət vəsiatlərini müxtəlif adlar altında mənimsəyir. Bu mənimsəmələr əsasən dövlət tərəfindən torpaqların becərilməısi üçün verilən gübrələr, müxtəlif dərman pereparatları və yerli əhali üçün ayrılan subsidiya yardımıdır. Rəfali Mustafayev hər il idarəyə ayrılan subsidiya vəsaitini və gübrələri yaxın qohum-əqrabasının, adamlarının adına yazdırmaqla mənimsəyir".
Göndərilən siyahıda bir neçə şəxsin adı maraqlı gəldiyi üçün dərc etməli olduq. Balakişiyeva Əli Abdulla qızı –qohumu, Balakişiyev Bəhruz – işçisi, Hacıyev Tarzan – qohumu, Həsənov Xankişi – kəndlisi uzaq qohumu, Həsənova Süqra – kəndlisi, uzaq qohumu, Qurbanov Yadigar – kəndlisi yaxın adamı, Mustafayev Bərsail – qardaşı oğlu, Rəhimov Eldəniz –yaxını, Rəhmanov Hüsən – qohumu, Mirzəyev Taleh – qohumu, Həsəsnov Turan- bacısı oğlu, Mustafayev Tofiq –qardaşı. Siyahını uzatmaq da olar lakin göndərilən şəxslərin içində Rəfail Mustafayevin yaxın ətrafının adlarını ona görə dərc edirik ki, idarə müdiri hər il bu şəxslərin və digərlərinin adlarına subsidiyaı yazdıraraq cibinə qoyur. Görünür, himayədarına arxayın olan Rəfail Mustafayevin gözü heç nəyi görmür. Bildirək ki, saytımız agöndərilən digər məlumatlarla bağlı araşdırmalarını davam etdirit.(cumhuriyyet.az)