QARABAĞ ƏLİLLƏRİ AMEANIN QARŞISINDA AKSİYA KEÇİRƏCƏK AMEA –NIN YEGANƏ QARABAĞ ƏLİLİNƏ İŞLƏR İDARƏSİNİN TƏZYİQİNƏ GÖRƏ
16-06-2017, 23:33

“Əlillərin sosial müdafiəsi haqqında” qanunun , 30, 31-37 maddələrinin tələbinə görə, bütün dövlət, hökumət və qeyri-hökumət təşkilatları istifadələrində olan texniki, rabitə və s. qurğulıarı , qeyri-yaşaşış otaqlarını, MƏNZİLLƏRİ əlillərin istafdasinə verməlidirlər. AMEA İşlər İdarəsi isə əksinə, döyüşdə olan şəxsin 2-3 yaşında 2 körpə uşaqlı ailəsini yataqxanadan çıxarıb ,otaqları AMEA-ya aid olmayanlara icarəyə verib .Kim nə deyər belə qeyrətə? İndi həmin yataqxananın yerində tikilən evdən də Qarabağ əlilinə mənzil düşmədiyi bildirilir. Belə qeyrətlə Qarabağa qayıtmaq mümkündürmü? 15 il qabaq əlilin işlədiyi Neft Kimya Prosesləri İnstitutunun tikdiyi evdən də söz verilsə də, AMEA üzrə yeganə Qarabağ əlilinə mənzil verilməyib ki, BŞİH həmin mənzili özünə götürüb !(??) Qanunverciliyin tələbinə görə isə hansısa qurumun tikdiyi evdən mənzil almaq hüququ ilk növbədə həmin qurumun mənzilə ehtiyacı olan əlillərinə məxsusdur.
Qanun, Konstitusiya əlillərin yanında olsa da əlillər yönlərini mənzillərdən sala bilmir . Nədən məmur özbaşınalığı və bu özbaşınalığa görə tədbir görülməməsindədir. Onu da vurğulayaq ki,ölkənin və dövlətin 1-ci şəxsləri, Arif Mircəlal oğlu və digər görkəmli elm və dövlət xadimləri , AMEA-nın 90-cı illərdən bəri gəlmiş keçmiş bütün prezidentləri AMEA üzrə yeganə Qarabağ əlili ailəsinin mənzillə təminatına yardımçı olublar. Di gəl, tərəzini əks ucunu rüşvət ağırlaşdırır .
Çıxış yolunu intiharda görən əlillərin intiharına son qoyulacaqmı? Hələ 30 iyuna iki həftə var...Yaşaya bilsək , görərik.
Qarabağ əlilləri:
1.Abbaszadə Xaliq Əvəz oğlu (ailə üzvlərilə birgə)
2.Süleymanov Güloğlan Salman oğlu (ailə üzvlərilə birgə)
3.İsmayılov Müşfiq Fərman oğlu (ailə üzvlərilə birgə)
4.Əhmədov Mirbaba Əmirxan oğlu(ailə üzvlərilə birgə)
5.Hüseynov Eldar vaqif oğlu(ailə üzvlərilə birgə)
Müraciəti ümumilikdə 32 Qarabağ əlili və şəhid ailəsi üzvləri ailələri ilə birgə imzalayıb.
teref.az