Nazirlər Mübariz Mənsimovu niyə axtarır?
19-06-2017, 22:54

“Palmali”nin Əhməd Mahmudov adlı gəmisinin aqibəti necə oldu ?
365info.az saytının redaksiyasına “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla bağlı ilginc məlumat daxil olub.
Belə ki, etibarlı mənbənin verdiyi məlumata görə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın dostluq əlaqələri olan Mübariz Mənsimov, ölkəmizin bəzi nazirlərini də öz biznesinə şərik edib.
Hətta Mübarizə görə həmin nazirlərin yanında qarant duran da elə MTN-nin keçmiş şefi Eldar Mahmudov olub.
İndi də Eldar Mahmudov söz sahibi olmadığı üçün nazirlər məcbur olub Mübariz Mənsimovla əlaqə yaratmağa çalışırlar. Ancaq neçə dəfə cəhd olunsa da heç cür Mübarizi tapa bilmirlər.
Sonuncu dəfə Mübarizi Azərbaycanda Rövşən Lənkaranskinin hüzür mərasimində görüblər.
Hətta onu burda olduğunu eşidən nazirlər fürsətdən istifadə edib onunla görüşmək istəyiblər.
Ancaq Mübariz onlara Rövşənin ölümündən kədərli olduğunu söyləyərək ölkəyə hüzür mərasimində iştirak etməyə gəldiyini və heç bir biznes işindən danışmayacağını söyləyib.
Bundan sonra Azərbaycanda Mübarizi bir daha görən olduğunu söyləyən olmayıb.
Onun biznesinə öz pullarını yatıran nazirlərin də gözünü yolda qoyan Mübariz çıxış yolu axtarmağa başlayır.
365info.az saytına daxil olan məlumata görə Mübariz Mənsimov özü Azərbaycana gəlməsə də, ancaq nazirlər tərəfindən axtarıldığını bilərək ölkə də özü üçün media dəstək qrupu yaratmaq fikirinə düşüb.
Çünki, Mübariz yaxşı bilir ki, ona pul verən nazirlərin hərəsinin bir neçə media qrupları var və pul qayıtmasa nazirlərin media qrupları Mübarizi öz qəzetlərində “vurmağa” məcbur olacaqlar.
Ona görə də Mübariz də əvvəlcədən özü üçün Azərbaycanda media qrup yaradaraq heç olmasa müdafiə taktikasını seçmək qərarına gəlib. Həmin nazirlərin adları bizə bəlli olsa da hələ ki, adlarını açıqlamırıq.
Əldə etdiyimiz məlumata görə Mübariz Mənsimovun adamları ölkə də tanınmış “Qafqaz Xəbər Agentliyi” media qrupu ilə də danışıqlar aparıblar. Ancaq agentlikdən cavab olaraq bildiriblər ki, onlar müstəqil media qrupu olaraq siyasətə qarışmaq fikirləri yoxdur.
teref.az olaraq adları çəkilən şəxslərin fikirlə\rini dərc etməyə hazırıq!
teref.az