13 saylı Yol İstismarı İdarəsinin rəhbərliyi milyonlarla dövlət vəsaitini necə mənimsəyir?
6-07-2017, 00:28
“Azəravtoyol” ASC-nin 13 saylı Yol İstismarı İdarəsinin rəhbərliyi tərəfindən milyonlarla dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı infoAZ.org-a ilginc məlumatlar daxil olub. Bu barədə Cəbrayıl rayon, C.Mərcanlı kənd sakini Haqverdiyev Kənan İsmayıl oğlu tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktubunda qeyd edilir ki, sözü gedən idarənin rəhbər şəxsləri olan Hüseynov Xaləddin və baş mühasibi Hüseynov Saməddin uzun illərdir yolların istismarına ayrılan külli miqdarda vəsaiti müxtəlif vasitələrlə mənimsəyirlər. Hazırda isə pu prosses davam etməkdədir. Yeri gəlmişkən qeyd edək ki, Hüseynovlar doğma qardaşdırlar.
Şikayətçinin sözlərinə görə, o 2010-cu ildən 2015-ci ilə qədər Hüseynov Xaləddin tərəfindən təsis edilən “İHM” MMC-də sürücü vəzifəsində çalışıb. Çalışdığı bu müddət ərzində “İHM” MMC-də Haqverdiyev Kənanın adına 700 manat civarında aylıq məvacib yazılsa da ona hər ay ərzində 250 manatdan artıq maaş verilməyib. Bu isə yalnız bir il davam edib. Sonrakı illərdə isə K.Haqverdiyevə ümumiyyətlə aylıq məvacib verilməyib. Müxtəlif bəhanələrlə rəhbərlik ona vəd verərərək pullarını bir sözlə mənimsəyib. K.Haqverdiyev iddia edir ki, “İHM” MMC-də bu tək onun başına gələn hadisə deyil. Hazırda orda çalışan bir çox işçilər var ki, aylarla maaşlarını ala bilmirlər.
K.Haqverdiyev daha maraqlı məsələlərə toxunaraq bildirir ki, Hüseynov Xaləddin və Hüseynov Saməddin onun doğma dayılarıdı və onlar uzun illər dövlət büdcəsindən mənimsənilən milyonlarla vəsaitlər hesabına dəbdəbəli malikənələrə, müxtəlif ticarət obyektlərinə və min hektarlarla torpaqlara sahib olublar. Maraqlısı isə odur ki, hazırda “Azəravtoyol” ASC-nin 13 saylı Yol İstismarı İdarəsinin rəisi olan Hüseynov Xaləddin sahibi olduğu “İHM” MMC vasitəsilə özünü rəhbərlik etdiyi qurumla müqavilələr imzalayıb dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Bu sahədə isə ona elə idarənin mühasibi olan, doğma qardaşı Hüseynov Saməddin “peşəkarlıqla” öz köməkliyini əsirgəmir.
Məsələ ilə Hüseynovlar qardaşları ilə əlaqə yaratmaq istəsək də telefonlara cavab verilmədiyindən münasibət öyrənmək cəhdimiz baş tutmadı.
Buna baxmayaraq qarşı tərəfi dinləməyə hazırıq.
teref.az