Qarabağ qazisinin övladı təhsil haqqını ödəyə bilmir- Millətdən kömək umur FOTO

21-11-2017, 12:21           
Qarabağ qazisinin övladı təhsil haqqını ödəyə bilmir- Millətdən kömək umur FOTO
Qarabağ qazisinin övladı təhsil haqqını ödəyə bilmir-FOTO
Bu gün BakuPress Milli İnformasiya Agentliyinə bir valideyin Qarabağ qazisinin həyat yoldaşı müraciət edərək, bildirdi ki,ailə axrıncı son ildə maddi cəhətdən əziiyət çəkir.Qəbələdə yaşayan Qarabağ qazisi ZeynalovTərlan Rafiq oğlunun həyat yoldaşı bildirdi ki,"övladım Türkiyədə magistr təhsilinin axrıncı kursundadır və çox savadlı bir uşaqdır.Amma təhsil haqqını ödəyə bilmirik.Özüm müəlliməyəm, işsizəm yoldaşım isə son illər işsiz qaldığına görə bu vəziyyətə düşmüşük.Universitet20.11.2017-ci il tarixə qədər vaxt qoymuşdu birtəhər xahiş edib 1 həftədə vaxt aldıq.Döymədiyimiz qapı qalmayıb.Millət vəkillərinə müraciət etmişik,Kəmaləddin Heydərova müraciət etmişik amma köməkçisi Ramin adlı şəxs bu gün sabah deyib, bizi sanki başından edir.Oktyabr ayında Heydər Əliyev fonduna və 1ci vitse prezident ,dəyərli xanım Mehriban xanım Əliyevaya məktub göndərmişik ümidimiz oradır bəlkə dəstək oldular.Amma zaman az olduğu üçün artıq ümidsiz qalmışıq.Ziyalı ailə olduğumuz üçün ailəmizdə təhsil və savad bizim üçün vacib amil sayılır.Uşağımın təhsil haqqı ödənməsə 6 illik əziyyəti hədər olacaq.2000 dollar təhsil haqqıdır.Kömək edən olsa oda işləyib gələcəkdə dövlətinə xeyir verən savadlı gənc kadr olar və borcundan çıxar.Artıq əlacım kəsilib övladımın təhsil haqqına kömək üçün xalqımızın imkanlı şəxslərindən kömək istəyirəm."Qeyd edək ki,tələbənin atası Zeynalov Tərlan Rafiq oglu. 1992ci il may ayında Agdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə Milli Qəhrəman Asif Məhərrəmovun başcılıq etdiyi 859 saylı batalyonda döyüşmüş, iyul ayında agır yaralanaraq hospitala yerləşdirilmişdir.


Bizdə media olaraq üzümüzü tuturuq Heydər Əliyev fonduna ,1 vitse prezident Mehriban xanım Əliyevaya xalqımızın dəyərli oğullarından,imkanlı şəxslərdən xahiş edirik vQarabağ uğrunda döyüşüb sağlamlığını itirən bir atanın övladına dəstək olaq .Savadlı olan hər bir gənc bizim işıqlı gələcəyimiz deməkdir...Tələbənin unversitedəki hesab nömrəsini təqdim edirik.İmkanö çatanlar pulu bu hesaba köçürə bilərlər...

P.S 2000 dollar böyükləri demirəm hələ,kiçik "çinovniklərimizin" "abed" puludur.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.