“Nurgün Motors”dan növbəti şikayət

22-11-2017, 10:46           
“Nurgün Motors”dan növbəti şikayət
Azərbaycanda "Nurgün Motors"un satdığı bir sıra avtomobillərin keyfiyyəti və şirkətin təklif etdiyi xidmətlərin keyfiyyəti ilə bağlı şikayətlərin sayı artmaqdadır. Vətəndaşların ən çox şikayəti isə "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərindəndir. Daxil olan növbəti şikayət də məhz "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərindəndir.

Belə ki, müştəri idarə etdiyi "Ford Mustang" markalı avtomobilinin sıradan çıxan detalı üçün servisə müraciət edib. Avtomobilə lazım olan hissənin 1 ay müddətində gələcəyini söz verən servis rəhbərliyi bu vədinə əməl etməyib. Ötən gün verilən müddətin başa çatdığını görən müştəri, servislə əlaqə saxlayıb. Ancaq onun bütün zəngləri cavabsız qalıb. Bu problemin aradan qaldırılması üçün yenidən "Nurgün Motors"a üz tutan müştəri, orada maraqlı cavablarla qarşılaşıb: "1 aydan sonra gələcək. Ama o da dəqiq deyil".

Buradan belə nəticəyə gəlmək olar ki, "Nurgün Motors" dəfələrlə haqqında edilən şikayətlərdən sonra mətbuatda gedən dəluduzluq xəbərlərindən hələ də nəticə çıxarmayaraq müştərilərinin şikayətinə məhəl qoymur.

"İstehlakçıların Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, bu cür şikayətlərin ardı-arası kəsilmir. Hər gün yeni şikayətlər daxil olur ki, bunlardan bir çoxu da məhz "Nurgün Motors"dandır: "Azərbaycanda bu sahədə ciddi problemlər yaranıb. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanunun tələbinə görə, məhz bu cür hallar yaşandıqda, avtomobilə lazım olan ehtiyyat hissənin gec tapıldığı halda, müəsissə həmin şəxsi avtomobillə təmin etməlidir. Bununla yanaşı, gecikdirilən hər gün üçün, danışılan məbləğin 1%-i ödənilməlidir".

Bu cür problemlərin aradan qaldırılmasının ən yaxşı və hüquqi tərəfdən üsulunun şikayətçinin məhkəməyə müraciət etmək olduğunu bildirən Eyyub Hüseynov, lazım olan təzminatın geri ödənilməsinin tələb edilməsinin mütləq olduğunu da əlavə edib: "Bu ən başlıca amildir. Əgər qarşı tərəf hansısa bir yolnan bu sadalanan hallardan birindən yayınarsa, o cinayət məsuliyyəti daşımış olacaq. Şikayətçi ona vurulan zərərin ödənilməsini tam olaraq tələb etmək hüququna malikdir".

Qeyd edək ki, bundan öncə də "Nurgün Motors"la bağlı onlarla şikayət edilmiş və bir sıra faktlar aşkar olunaraq ictimaiyyətin diqqətinə çatdırılmışdı. Hansı ki, "Nurgün Motors"dan alınan avtomobillərə şirkətin verdiyi 3 illik və ya 100 min kilometrlik yürüş zəmanətinin qüvvədə qalması üçün maşın yalnız "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərində təmir edilməlidir. Burada qiymətlər isə həddindən artıq bahadır. Qəza baş verdiyi halda "Nurgün Qrupa" daxil olan sığorta şirkəti tərəfindən sığortalanmış "Ford" avtomobillərinin də məhz "Nurgün Motors"un tərkibində olan "Ford Azərbaycan" servis mərkəzlərində təmir edilməsi tələb olunur. Bu isə avtomatik olaraq təmirin qiymətinin bir neçə dəfə artması və onun müddətinin uzanmasına gətirib çıxarır.

Belə neqativ halların "Nurgün Motors" servislərində tez-tez baş verməsi artıq onun müştərilərini təngə gətirib.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.