Xaləddin İsgəndərov YAP-ın binasını satdı- 750 MİN MANATA (FOTOLAR)

23-11-2017, 09:04           
Xaləddin İsgəndərov YAP-ın binasını satdı- 750 MİN MANATA (FOTOLAR)
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2000-ci ildə 8-ci mikrorayon ərazisində tikilmiş inzibati binasını satıb.

Bu barədə Gununsesi.info-ya Binəqədi Rayon İcra Hakimiyyətindəki mənbə məlumat verib.

Əldə etdiyimiz informasiyada qeyd olunur ki, YAP Binəqədi rayon təşkilatının köhnə binasında yerləşən Binəqədi rayon Ağsaqqallar Şurası və Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura artıq rayonun Mədəniyyət və İstirahət parkının ərazisində inşa olunmuş YAP Binəqədi rayon təşkilatının yeni inzibati binasına köçürülüb.

Nəzərinizə çatdıraq ki, YAP Binəqədi rayon təşkilatının 8-ci mikrorayon ərazisində tikilmiş inzibati binası adəçəkilən partiyanın ilk qərargahlarındandır. Binanın açılış mərasimində Milli Məclisin mərhum spikeri Murtuz Ələsgərov özü iştirak edib.

Sonda onu da qeyd edək ki, verilən məlumatlarda qərargahın ərazisinin 15 sota yaxın olduğu və 1 sotunun 50 min manata satıldığı deyilir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.