Yeni rektor kim olacaq? - İDDİA

25-11-2017, 12:16           
Yeni rektor kim olacaq? - İDDİA
Faktinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov reputasiyasına xələl gətirə biləcək , elmi ictimaiyyət üçün şübhələrə yol açan bir məsələdən - mətbuatda onun elmi fəaliyyətinə dair məsələlərdən yazılması səbəbindən ciddi narahat olmağa başlayıb. Belədə bir sual ortaya çıxır: Ə.Muradov konkret hansı səbəbdən narahat ola bilər?

Hər şeydən əvvəl mətbuatda gedən yazılara diqqət yetirək.Yazılanlara görə, Ə.Muradov 5 mart 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ,ADİU-ya rektor təyin olunub. O, bu tarixə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub.

Hazırda mətbuatda, sosial şəbəkələrdə, instaqram səhifələrində müzakirə olunan digər məsələ həm də Ədalət Muradovun elmlər doktoru olmazdan əvvəl ,yəni 21.11.2014-cü ildə professor adını necə almasıdır? Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən şübhələrə yol açır. Burada elmi ictimaiyyəti düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, sonra isə doktor adını necə alıb? Təbii, bu, müzakirələrə yol açdığı kimi ,Ədalət Muradovu da narahat etməyə bilməz.

KİV-lərin yazdığına görə, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb.

Hazırda ADİU ilə bağlı prokurorluğun apardığı yoxlamalara bu həssas məsələ də əlavə edilib araşdırılarsa, rektorla bağlı bir zamanlar maliyyə pozuntusuna yol verildiyi aşkarlanar.Ə.Muradovun bunu gizlətməsi isə aydın məsələdir ki, yuxarı dairələrdə yaxşı qarşılanmaz. Digər tərəfdən bu amilin özü rektorun yenidən həmin vəzifəyə təsdiqinə maneə yarada bilər. Belə ki, “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 9 nömrəli sərəncamı ləğv edilib. Bu qərar ölkə Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamı ilə təsdiqlənib.Bu vəziyyət onu ehtiva edir ki, ADİU-ya təkrar rektor təyinatı gözləniləndir.Yuxarıda sadalanan məsələlər diqqətə götürülərsə, o, rektor təyin olunmaya da bilər.

Bu isə hazırda ADİU-da çalışan sabiq Maliyyə naziri Əvəz Ələkbərovun həmin ali məktəbə rektor təyin olunacağı ilə bağlı ehtimalları gücləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.