Ramin Quluzadənin müavini nazirə necə kələk gəldi? ŞOK DETALLAR

28-11-2017, 21:24           
Ramin Quluzadənin müavini nazirə necə kələk gəldi? ŞOK DETALLAR
Son günlər ölkə mətbuatında müzakirə mövzüsuna çevrilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən qalmaqallı məsələlər səngimək bilmir.

Bu barədə dosye.org-a məlumat verən mənbə vurğulayır ki, hazırkı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, bu il oktyabır ayının 1-dən vəzifəsindən azad olunan "Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov güya öz ərzəsi ilə işdən azad olunub. Amma məlumat heç də doğru deyil. Nəzərinizə çatdıraq ki, Ü. Mansurov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sədri Elmar Məmmədovun müavini olub. Onun işdən 70-ci maddə ilə işdən azad olunduğu bildirilir. Yəni, bu maddə ilə işdən azad olunan şəxs heç bir halda əmri təşkilatda vəzifə tuta bilməz.

Buna baxmayaraq və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadənin birinci müavini, “yeyibiçən oğlan” kimi ad qazanan Əli Abdullayev nazirə “nömürə” gələrək Ülvi Mansurovu “Azərpoçt” MMC-nin baş direktro təyin etdirdi. Əslində, nazirin etibarından sui-istifadə edən Ə. Abdullayev sonradan lazımı formada cəzalandırıldı. Dosye.org-a məlumat verən mənbə iddia edir ki, qəflət yuxusundan ayılan R. Quluzadə məsələdən halı olandan dərhal sonra Ü. Mansurovu işdən azad edir.

Ə. Abdullayevin məcaraları bununla bitmir. Nazirliyin daxilindən sızan məlumatlara görə, nazir müavini Ə.Abdullayev vəzifəyə “transfer” olunandan sonra bütün yaxınlarına və qohumlarına vəzifə etibar etməyə başlayıb. Bir sözlə, yaxın qohumları, tanışları və uzaqdan fitlə salam alanları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyində olan bütün idarə və təşkilatlara öz kadırı kimi yerləşdirdi. Yeznəsi Hacı Emara təcili Bakıtelefon rabitəsi idarəsinin təhcizat şöbəsinin rəis vəzifəsi “hədiyyə” edildi.

Hacı Elmarda öz növbəsində Bakı şəhərin bütün rayonlarında fəaliyyət göstərən Telekommunikasiya Qovşağıdan yığılan milyonları toplayaraq ölkə xaricində kef məclisi qurmaqla məşğuldur. Vətənə qayıdan zaman Ukrayna Respublikasının Odessa şəhərindən gələn Hacı Elmar ordan əliboş qayıtmır. Toplanılan vəsaitin qalıq hissəsinə 1000 km kabel alaraq işini bitmiş hesab edir. Bununlada Ə. Abdullayevin təyin etdiyi kadr şəxsi hesabını artırmaqla yanaşı dövlətədə kələk gəlməyi bacarır.

Aztelekomda isə Zeynəddin adlı şəxs də öz ənənəsinə uyğun olaraq milyonlar mənimsəyir. Əgər Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə qeyd etdiklərimizi qəbul edirsə deməli baş verən hadisələrə birbaşa özü rəhbərlik edir. Yox, əgər qəbul etmirsə deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. İstər Ə. Abdullayev, istərsədə kadırları bununlada Vidadi Zeynalovun atasına rəhmət söylədir. Növbəti yazılarımızda gaha şok doğuracaq məlumarlarla tanış olacaqsınız. Bizi izləməyi unutmayın..
teref.az olaraq məqalədə ittiham olunan şəxs və qurumların çövqeyini işıqlandırmağa hazırıq
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.