Sumqayıtlı sahibkar prezidentə müraciət etdi: "Artıq dərəcədə xahiş edirəm qanunlarımıza sayğısız münasibət bəsləyən şəxslər barədə tədbir görəsiniz." VİDEO
3-12-2017, 20:22
Bir surəti teref.az-nun elektron poçtuna daxil olan şikayət məktubunu sizə təqdim edirik. Şikayətçi yazır:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Azərbaycan Respublikasının 1-ci vitse Prezidenti
Mehriban xanım Əliyevaya
Sumqayıt şəhər sakini Muradov Murad Seidqulu oğlu tərəfindən
Ş İ K A Y Ə T
Hörmətli Cənab Prezident!
Hörmətli digər ünvan sahibləri!
Mən uzun illərdir ki, Sumqayıt şəhərində yaşayıram. Kasıb, fağır bir şəhər sakiniyəm. Başıma gələn qanunsuzluqlar məni şikayət etməyə, Sizlərə üz tutmağa vadar edibdir.
Belə ki, iş adamı Yadulla Cümşüdov və onun qardaşı - Sumqayıt səhiyyə şöbəsinin əməkdaşı Vidadi Cümşüdov bizim ailəyə qarşı etmiş olduqları qanunazidd hərəkətlər barədə dəfələrlə Sizlərə və aidiyyəti təşkilatlara şikayətlər etmişəm. Lakin bu şəxslər haqda heç kim qanuni ölçü götürmür.
Bildirirəm ki, Sumqayıt şəhərinin 21-ci mikrorayonunda yerləşən, mənə məxsus daşınmaz əmlakı qanunsuz zəbt etmiş Cümşüdov Yadulla Fətulla oğlu və onun yaxın qohumları Fətullayev Sadıq Yadulla oğlu, Yusifova Şəkər Əyyub qızı, Fətullayev Fətulla Yadulla oğlu, Fətullayev Natiq Yadulla oğlu və Fətullayeva Arzam Sadıq qızı kifayət qədər imkanlı şəxslər olmalarına (torpaq sahələri, evləri, bahalı avtomaşınları, biznes əlaqələri, yaxşı təminatları var) baxmayaraq mənim mülkiyyətimə göz tikiblər. Cümşüdov Yadulla Fətulla oğlu himayədarlarının köməkliyi ilə illərdir mənim əsəblərimlə oynayırlar, Azərbaycan Respublikası qanunlarını ayaq altına ataraq heç bir dövlət qurumunu saymırlar. Hər yerdə məcburi köçkün olmalarını qabardıb heç bir qanunu saymırlar, ölkə başçısının müvafiq sərəncamının olduğunu, “istədiyim yeri zəbt edə bilərəm” kimi məsuliyyətsiz hərəkətlər edirlər. Halbuki vəziyyətdən sui-istifadə etməklə illərdir özlərinə xeyli sayda daşınar və daşınmaz əmlaklar alıblar (sübutlar əlavə olunur).
Məlumat üçün qeyd edirəm ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə Y.Cümşüdov və onun yaxın qohumlarının mülkiyyətimdə olan əmlakdan çıxarılmaları qət edilmişdir. Lakin icra məmurları borcluların aqresiyası qarşısında aciz qalıblar. Hara şikayət edirəmsə baxan yoxdur. Qanunlarımıza hörmətsizlik edən Y.Cümşüdov barədə qanuni tədbir görülmür. Daha sonra şikayətçi teref.az-ya yazır ki, Y.Cümşüdov və ailə üzvlərinin Sumqayıt şəhərində geniş biznes şəbəkəsi vardır və çox imkanlı şəxslərdirlər (qaçqın statusundan isə sui-istifadə edirlər). Onların pul gücü ilə, həmdə şantaj, hədə-qorxu gəlməklə hərəkət etmələrinə və mülkiyyətimdə olan əmlakımı ələ keçirmələrinə yol verilməməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Bundan başqa qeyd edilməlidir ki, Y.Cümşüdov sap sağlam adam olmasına baxmayaraq əlil kimi özünə pensiya da düzəltdiribdir. Müvafiq komisiya bunu yoxlasa dediklərimin həqiqət olduğu və saxtakarlıq yolu ilə dövlət büdcəsindən oğurluq etdiyi üzə çıxacaqdır.
Yuxarıda qeyd etdiklərim qısa məlumatlarla Y.Cümşüdov haqda az da olsa Sizlərə məlumat verməyə çalışdım. Artıq dərəcədə xahiş edirəm qanunlarımıza sayğısız münasibət bəsləyən şəxslər barədə tədbir görəsiniz.
Hörmətlə: Murad Muradov
02.12.2017-ci il
Adları çəkilən şəxs və qurumların mövqeyini səhifəmizdə işıqlandırmağa hazırıq!
teref.az