“Rza Zərrab işi”ndə adı keçən azərbaycanlı iş adamı haqda SENSASİON FAKTLAR

5-12-2017, 13:55           
“Rza Zərrab işi”ndə adı keçən azərbaycanlı iş adamı haqda SENSASİON FAKTLAR
“Sığorta Mamed”in oğlu Əhməd Məmmədov ABŞ-da “çirkli pulların” yuyulmasında ittiham edilir

“Azərtürkbank” ASC-nin filial direktorunu Rza Zərrabla konkret olaraq nə bağlayıb?

ABŞ-da mühakimə olunan azərbaycanlı milyarder Rza Zərrabın ötən həftə artıq müttəhim yox, şahid kimi dindiriləcəyi haqda məlumat vermişdik. Qeyd etmişdik ki, sözügedən məhkəmə işİ “Hakan Atilla işi” olaraq dəyişib.

Türkiyə mediası yazır ki, hakimlərin seçkisinin keçirildiyi iclasda müttəhim - keçmiş “Xalqbank”ın baş direktorunun müavini Məhmət Hakan Atilla və vəkilləri də iştirak edib. Rza Zərrab iclasda iştirak etməyib. Hakim Riçard Berman 82 hakim namizədə xitabən çıxışında məhkəmə işi ilə bağlı məlumat verərkən bunları deyib: "Sizin hakimlik edəcəyiniz işdə təkcə Məhmət Hakan Atilla mühakimə olunacaqdır". Berman, hakim namizədlərinə xitabən çıxışında "Sizlər məhkəmədə təqdim olunan dəlillərə nəzər salaraq nəyin həqiqət olduğuna qərar verəcəksiniz, biz isə qanunlara baxacağıq. Bunu etməyəcək olan varsa, indidən desin" - deyə, çağırış edib.

Hakim Bermanın bu açıqlaması ABŞ bank sistemini aldatmaq, “qara pul” yumaq, İran embarqosunu yarmaqda ittiham olunan Rza Zərrabın prokurorluqla əməkdaşlıq etdiyi və razılığa gəldiyi iddialarını ortaya atıb.

Qeyd edək ki, ABŞ-da az sonra başlayacaq “Hakan Atilla işi”adı verilən məhkəmə prosesindən öncə Muxalifet.az-ın redaksiyasına “Rza Zərrab işi” ilə bağlı sensasion sənədlər daxil olub. ABŞ-dakı mənbələr tərəfindən ötürülən sənədlərdə tamamilə yeni və sensasion faktlar öz əksini tapıb. Məlum olub ki, Rza Zərabla qanunsuz işlbirliyində ittiham olunan şəxslər arasında 3 nəfər azərbaycanlı biznesmenin də adı keçir.

ABŞ-dakı mənbələrdən göndərilən istintaq materiallarında azərbaycanlı biznesmenlərin adları da açıqlanır. Bunlar Vidadi Bədəlov (Sənəddə Vidali Badalov kimi göstərilir – müəl.), Əhməd Məmmədov (Ahmad Mammadov) və Şamil Məmmədov (Shalil Mammadov) adlı biznesmenlərdir. “Doğrudur, bu şəxslərin biznes fəaliyyəti Azərbaycan ictimaiyyətinə o qədər də tanış deyil. Lakin bir halda ki, həmin şəxslərin adı ABŞ-da araşdırılan “Rza Zərrab işi” ilə bağlı istintaq materiallarında keçir, deməli, bütün bunlar heç də təsadüf ola bilməz. Ehtimal olunur ki, bu şəxslər daha çox “çirkli pulların” yuyulması prosesinin aktiv oyunçularıdır. Sadəcə, görünür, bank hesablarında böyük vəsaitlər olduğundan istintaq materiallarında biznesmen kimi təqdim olunurlar” – deyə sayt yazırdı.

Qeyd edək ki, “Rza Zərrab işi”ndə adı keçən azərbaycanlı iş adamları ilə bağlı “Hürriyyət” sensasion faktlar əldə edib. Belə ki, məlum cinayət işində adı keçən Əhməd Məmmədovun “Azərtürkbank” ASC-nin filial direktoru olduğu bildirilir. Məlumat üçün bildirək ki, “çirkli pullar”ın yuyulmasında ittiham olunan Ə.Məmmədov Azərbaycanda “Sığorta Mamed” kimi tanınan “Azərsığorta” şirkətinin İdarə Heyətinin rəhbəri Məmməd Məmmədovun oğludur. Onu da bildirək ki, M.Məmmədov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Elmar Məmmədovun qardaşıdır.

Bəs, məmmədovlar ailəsini, konkret olaraq “Azərtürkbank” ASC-nin filial direktoru olan Əhməd Məmmədovu Rza Zərrabla nə bağlayıb? Ə.Məmmədov hansı qaranlıq əməllərinə görə ittiham olunur? O cümlədən, istintaq materiallarında adları qeyd olunan digər azərbaycanlı biznesmenlər kimlərdir?

Bu və digər faktları növbəti saylarımızda oxucularımıza təqdim edəcəyik. Bizi izləyin.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.