“Diqlas”ı idarə edən iki “Qəmlo”: qardaşını geridə qoyan “bacarıq sahibi” kimdir?

11-12-2017, 00:44           

Bakının Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzi ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, bir müddət bundan öncə ticarət mərkəzində arenda qiymətlərinin 800 manatdan 1200 manata qaldırılması arendatorlaırn ciddi narazılığına səbəb olub: “Diqlas” Ticarət Mərkəzində icarəyə verilən dükanların qiyməti 800 manat olsa da, son bir neçə ayda bu qiymətlər daha 400 manat artırılaraq 1200 manata çatdırılıb. Bu isə arendatorlar arasında ciddi narazılığa səbəb olub. Arendatorlar hesab edir ki, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyü, qiymət artımının davam etdiyi indiki dönəmdə icarə qiymətlərinin artırılması xırda sahibkarların müflis edilməsi deməkdir”.
Bizi məlumatlandıran mənbənin məlumatına görə, arendatorlarda narazılıq doğuran daha bir amil isə “Diqlas” Ticarət Mərkəzində böyük yetki sahibi olan Bəhruz Həsənov və onun qardaşı Babək Həsənovun xırda sahibkarları yerli-yersiz incitməsidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, “Diqlas” Ticarət Mərkəzində faktiki olaraq icraçı direktor vəzifəsini icra edən, arenda pullarınn yığılmasından tutmuş administratorların fəaliyyətinə qədər hər şeyə nəzarət edən Bəhruz Həsənovun xırda sahibkarlarla kobud münasibəti, onları yerli-yersiz incitməsi arendatorları uzun illərdir ki, narazı salmaqdadır: “Qaba münasibəti və sərtliyi hesabına arendatorlar arasında “qəmlo” ləqəbi ilə tanınan B.Həsənov, ticrət mərkəzi daxilində qorxu mühiti formalaşdırıb. İş o həddə çatıb ki, sahibkarlar öz hüquqları daxilində belə hansısa addımı atmaq üçün də B.Həsənovdan icazə almağı lazım bilir”.
Bilgili qaynağın sözlərinə görə, son aylar ticarət mərkəzində “ikinci qəmlo” peydə olub ki, bu da B.Həsənovun qardaşı Babək Həsənovdur: “Xeyli müddətdir ki, “Diqlas” Ticarət Mərkəzində B.Həsənovla yanaşı, daha bir bir “qoçu” peydə olub ki, bu da onun qardaşı Babək Həsənovdur. Əsas funksiyası “Diqlas”dakı administratorlar üzərində nəzarəti həyata keçirmək olan B.Həsənov xırda sahibarlara sözün həqiqi mənasında göz verib işıq vermir.
Əsassız iradları ilə xırda sahibkarları təngə gətirən Babək,son günlər öz qəzəbini arendatorların əmlakını təpikləməklə büruzə verməyə başlayıb. Belə ki, bir neçə həftə bundan öncə Babək Həsənovun “Diqlas” Ticarət Mərkəzində arendatorlardan birinə məxsus gülqabını təpikəməsi xırda sahibkarın sərt reaksiyasına səbəb olub və həmin şəxs öz narazılığını “Diqlas” rəhbərliyinin diqqətinə çatdırıb. Lakin yenə də Babək Həsənova “gözün üstə qaşın var” deyən olmayıb. Arendatorlar isə hesab edir ki, bir ticarət mərkəzi üçün iki “qəmlo” həddindən artıq çoxdur və rəhbərlik ən azı qardaşlardan birini ticarət mərkəzindən uzaqlaşdırmaqla yüzlərlə arendatoru ikiqat təzyiqdən xilas edə bilər”.
Məlumat üçün qeyd edək ki, Bəhruz Həsənovun adı bundan öncə də bəzi mətbuat orqanlarında xırda sahibkarları incidən şəxs kimi hallanıb, onunla bağlı müxtəlif ittihamlar səsləndirilib.
teref.az olaarq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.