Nəsimi DYP- sində şok rüşvət ittihamı
20-08-2015, 01:43
Bakı şəhəri sakini Məmmədov Aqşin Qorxmaz oğlu Nəsimi rayon Yol Polisi Şöbəsinin əməkdaşı polis mayoru Mehman Fətəliyevdən şikayətçi düşüb. O bu barədə azerinews.tv-yə müraciət ünvanlayıb. Şikayətçinin göndərdiyi müraciətdə deyilir:
"Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşı polis mayoru Mehman Fətəliyev vəzifə səlahyyətlərindən sui-istifadə edib məndən 400 manat rüşvət alıb. Şikayətimi mətbuatda yaymaqda məqsədim belə rüşvətxoru ifşa etməkdir. Belə ki, 17 avqust 2015-ci il tarixdə dostum Elşadın pristupu tutdu deyə onu özümə məxsus olan "Hyundai Veloster" markalı 99 CG 061 nömrə nişanlı avtomobilimlə xəstəxanaya aparan zaman maşınımı yol polisləri saxladı. Heç bir əsas olmasa da maşınımın cərimə meydançasına apardılar. Baxmayaraq ki, bütün sənədlərim qaydasında idi, heç bir yol hərəkəti qaydaları pozuntusuna yol verməmişdim. Nəsimi Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşı polis mayoru Mehman Fətəliyev mənim iradıma cavab olaraq bildirdi ki, səs-küy salmağının heç bir mənası yoxdur. Mən Xəzər Rayon Polis İdarəsindən Nəsimi RPİ-nə küllü sənin ağırlıqda pul verib keçmişəm.
Zorla qanunsuz olaraq avtomobilimi cərimə meydançasına apardılar. Səhəri günü avtomobilimi cərimə meydançasından buraxmaq üçün 500 manat pul istənildi, şəxsən polis mayoru Mehman Fətəliyevə 400 manat verib maşınımı cərimə meydançasından çıxardım. Ancaq heç bir protokol yazılmadı. Sənədlərimin surəti çıxarılıb götürüldü.Sonradan bildim ki, bunu da ona görə ediblər ki, əgər şikayət edərəmsə tez köhnə tarixə protokol yazıb saxta işlərinə don geyindirsinlər. Polis mayoru Mehman Fətəliyev belə saxtakarlıqla hər gün küllü miqdarda rüşvət alıb pul qazanır. Mənə qarşı edilən bu qanunsuzluğu, polis mayorun Mehman Fətəliyevin məndən 400 manat pul almasını görən iki nəfər şahidlər var. Artıq bu barədə aidiyyatı orqanlara şikayət etmişəm. Bilirəm ki, bundan sonra təhlükə ilə rastlaşa bilərəm, məni şərləyə bilərlər. Ancaq ona görə şikayət edirəm ki, belə çirkin üsullarla digərlərinin əsbləri ilə oynayıb cibini soymasınlar. Bu əməlin adı rüşvətxorluq və quldurluqdur."