Nurçu şəbəkənin deputatlığa iddialı kadrları kimlərdi?-SİYAHI

24-08-2015, 21:40           
Nurçu şəbəkənin deputatlığa iddialı kadrları kimlərdi?-SİYAHI
Bu il keçiriləcək parlament seçkilərində namizəd olacaq gənclər və onların qaranlıq işləri haqda özəl məlumatlar var. TİA.AZ-a mötəbər mənbədən verilən məlumatda onların kimliyi və himayəçiləri barədə iddialar var.

Şahin İsmayılov- Tələbə Gənclər Təşkilatının sədri. Şahin İsmayılovun kimin kadrı və ya kimin adamı olaraq ortada olması çoxlarına qaranlıq olmasa da bir çox insana qaranlıqdır. Belə ki, İsmayılov keçmiş PA şöbə müdiri Elnur Aslanovun gənclər sektorunda ən etibarlı kadrı olub və onun əli ilə yüz minlərlə maliyyə vəsaitin silib.

Elnur Aslanovun məlum məsələsindən sonra Elnur Aslanov Şahin İsmayılovu gənclər və idman naziri Azad Rəhimova əmanət etdi. Azad Rəhimov da əmanətə xəyanət etməyərək hələ də İsmayılova öz dəstəyin verməkdədir.

Şahin Seyidzadə - Gənclər Təşkilatları Milli Şurasının sədri. Hər kəs bilir ki Seyidzadə də Elnur Aslanovun sevimli kadrlarından olub. Hətta Fuad Muradov vurularaq onun yerinə Gənclər Təşkilatları Milli Şurasının sədrinə Seyidzadənin gətirilməsi təşəbbüsü də məhz E.Aslanovdan gəlib.

Nurəddin Mehdiyev - Gənclər Şurasının sədri. Bu adam gənc olaraq təqdim olunur cəmiyyətə amma 40 yaşı var bəlkə də daha çox. Yaş bir tərəfə Gənclər Fondunu talamaqla məşğul olan Nürəddin bəy keçmişinə hər zaman “sədaqətli” olub. Belə ki, Nürədddin Mehtiyev keçmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərovla sıx bağlı olmuş və hələdə bu isti münasibət qalmaqdadır.
Vaxtı ilə Elşad İsgəndərovun özəl şirkətinə rəhbərlik edərək dini ziyarətlərə adam göndərməklə məşğul olan Nürəddin Mehtiyev həmçinin PA şöbə müdiri Elnur Aslanovla yaxşı əlaqələrə malik idi. Axı nədə olmasa eyni komandada “fəaliyyət” göstərirdilər. Həm Nürəddin Mehtiyevi, həm də Şahin İsmayılovla Şahin Seyidzadənin dəstəkcisi bu gün Gənclər idman naziri Azad Rəhimovdur. Həm Elnur Aslanova olan sədaqətindən onun əmanətlərinə sahib çıxır,həm də bu gənc rəhbərlərin əli ilə dövlətdən gənclər təşkilatları üçün ayrılan maliyyəni istədiyi kimi idarə edir.

Mirhəsən Seyidov- “İrəli” Gənclər İctimai Birliyinin sədri. Mirhəsən isə tam fərqli bir komandanın üzvü olaraq fəaliyyət göstərir və Fuad Muradovun tapşırıq və tövsiyyələrindən kənara çıxmır. Nədə olmasa axı onun kadrıdır və onun təqdimatı ilə İRəliyə sədr gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.