Prezidenti Avropadan söydürən beş keçmiş nazir kimlərdir? - Sensasion adlar

6-04-2018, 00:56           
Prezidenti Avropadan söydürən beş keçmiş nazir kimlərdir? - Sensasion adlar
Avropadan Azərbaycana qarşı başlanmış söyüş kampaniyasının maliyyəçiləri bir-bir deşifrə olunur

Saytın verdiyi məlumata görə, bu iyrənc və xain projedə keçmiş nazirlər yer alıbmış.

Sabiq MTN şefi Eldar Mahmudov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, vergilər naziri olmuş Fazil Məmmədov, eks müdafiə naziri Səfər Əbiyev, Baş nazirin müavini olmuş Abbas Abbasovun bu projedə yer aldığı haqda iddialar mətbuat səhifələrində yer alıb.

Həmçinin, keçmiş deputat Rza İbadov, Hüseyn Abdullayev, eks spiker Rəsul Quliyev də anti-Azərbaycan şəbəkələrə dəstək verirlər.

Əlbəttə ki, onlar hakimiyyətin mübhəmlərinə Eldar Mahmudov qədər bələd deyillər. Eldar Mahmudov 11 ilə yaxın hakimiyyətin içində olaraq elə bir struktura rəhbərlik edib ki, istəməsəydi belə, əlinin altına qalaq-qalaq informasiya toplanacaqdı.

Onu da Abbas Abbasov, Ziya Məmmədov kimi vurub hakimiyyət “gəmisi”nin göyərtəsindən kənar qoyublar.

Mümkündür ki, Eldar Mahmudov da hazırda xaricdən səslənən, dilə gətirilən informasiyaların narazı mühacir kəsiminə axınını təmin edib.

Onun özü kimi hakimiyyətdən narazı məmurlar Abbasov və Məmmədovla maraqlarının indiki mərhələ üçün birləşdirməsi də istisna deyil.

Azərbaycan hakimiyyəti xaricdən yönələn hücumların kimlər tərəfindən aparılması istiqamətində araşdırmalara başlayıb.

Belə bir vaxtda hücumlara yön verənlərdən biri kimi baş nazirin sabiq birinci müavini, hazırda xaricdə yaşayan Abbas Abbasovun adı hallanmağa başlayıb.

Onun adı rəsmi şəxslərin dilindən də neqativ planda hallanıb, müxtəlif tədbirlərdə hücumların Abbas Abbasov tərəfindən yönləndirilməsinə eyham vurulub.

Abbas Abbasovun adı ötən prezident seçkisi öncəsi hakimiyyətə qarşı planlarda mərkəzi fiqurlardan biri kimi hallanır.

Məsələn, prezidentin köməkçisi Əli Həsənov bu günlərdə bildirmişdi ki, 2013-cü il prezident seçkiləri öncəsi Azərbaycana qarşı təzyiqlər olub. O, xüsusi olaraq vurğulayıb ki, həmin qüvvələr yenidən aktivləşib.

FİA.Az xəbər verir ki, Azərbaycan dünya miqyaslı transmilli layihələr həyata keçirir. Bakıda keçirilən görüşlərə dünyanın nüfuzlu liderləri qatılır. Lakin Azərbaycanın apardığı siyasət bəzi dairələr tərəfindən qısqanclıqla qarşılanır.

Belə ki əxlaqi dəyərlərin nə olduğunu bilməyənlər Azərbaycan dövlətinə, xalqına qarşı əsassız fikirlər səsləndirir.

Sirr deyil ki, bütün ölkələrdə seçkilər ərəfəsində siyasi ehtirasların qızışması, fəallığın artması ilə yanaşı, xarici məkrli qüvvələrin planları da dövriyyəyə buraxılır.

Biz Azərbaycanda keçirilən prezident və parlament seçkilərində, referendumlarda bunun dəfələrlə şahidi olmuşuq.

Əvvəlki seçkilərdə “kütləvi iğtişaşlar”, “boykot”, “rəngli inqilab”, “milyarderlər ittifaqı” kimi bədnam planları iflasa uğrayan, ümidləri boşa çıxan anti-Azərbaycan dairələri indi də dövlətə, dövlətçiliyə, hakimiyyətə, milli elitaya, ümumiyyətlə, cəmiyyətimizə qarşı sosial şəbəkələrdə yalan, böhtan, şantaj, təhqir, söyüş, zorakılığa çağırış maşınını işə salıblar.

Ən iyrənc cəhət isə budur ki, bu maşının vintcikləri öz xalqına, vətəninə, dövlətinə dönük çıxan, xarici xidmət orqanlarının ələ aldığı bir neçə azərbaycanlıdır. Onlar xarici xidmət orqanlarına işlədiklərini gizlətməyə çalışırlar.

Ancaq əsassız fikirləri, qeyri-əxlaqi ifadələri, heç bir fakta söykənməyən mülahizələri təkrarlamaqdan yorulmayan bu avantüristlərin siyasi trayektoriyasını təhlil edəndə, izlər birbaşa anti-Azərbaycan dairələrə gedib çıxır.

Əlbəttə, çox çəkməyəcək ki, onların hansı dairələrin əlində alət olduqları, kimlərə işlədikləri üzə çıxacaq.

Azərbaycanda bərqərar olan möhkəm ictimai-siyasi sabitliyi pozmağa çalışan bu dairələr əmin-amanlığımızın dayağı olan xalq-iqtidar birliyini sarsıtmağı hədəfə alıblar.

Onların apardıqları informasiya təxribatının digər bir hədəfi dövlətimizi parçalamaq, cəmiyyətimizdə qarşıdurma yaratmaqdır.

Zaman-zaman şahid oluruq ki, Azərbaycanın müstəqil siyasət yeritməsi, yalnız milli-maraqlardan çıxış etməsi bəzi qüvvələrin ürəyincə deyil. Ona görə də ölkə rəhbərliyinə müti, onların sözü ilə oturub-duran şəxsin gəlməsini istəyirlər.

Ancaq unudurlar ki, müasir müstəqil Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir. Bu əllərin sahibini dünya artıq qətiyyətli, iradəli, cəsarətli, praqmatik dövlət xadimi kimi tanıyır, ona inanır və hörmət edir. fia.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.