Laçının başçısını bitirən çıxış: “Heydər Əliyev hakimiyyəti ələ keçirib...” - Video

6-04-2018, 00:11           
Laçının başçısını bitirən çıxış: “Heydər Əliyev hakimiyyəti ələ keçirib...” - Video
Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli ictimaiyyət qarşısında çıxışında özünü rüsvay edib

Yutub sosial şəbəkəsinə yerləşdirilən çıxışda icra başçısı böyük siyasi xətaya yol verib.

RİH-nin sabiq şöbə müdiri Füzuli Tanirverdiyev həmin çıxışı sosial şəbəkələrdə paylaşıb.

İcra başçısı bildirib ki, 1992-1993-cü illərdə ölkədə qardaş qırğını baş verəcəkmiş və bu zaman Heydər Əliyev Elçibəy iqtidarını tamamilə ələ keçirib.

A.Nəzərli H.Əliyevi hakimiyyəti qəsb etmək ittiham etməsi biabırçı bir siyasi səhvdir. İcra başçısı məlumdur ki, əslində H.Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin təmin olunduğunu deməyə çalışıb.

Ancaq onun iki-cümləni düzüb-qoşub danışmağa savadı çatmayıb ki, fikrini düzgün şəkildə ifadə edə bilsin. Ən dəhşətlisi isə belə məmurların rayonlara rəhbər təyin olunmasıdır.

A.Nəzərli çıxışı zamanı dəfələrlə çaşaraq fikrini düzgün çatdıra bilmir və bütün bunlar lentə alınaraq sosial şəbəkələrdə yayılıb.

Rayon sakinləri qarşısında çıxış edən zaman adi danışıq qabiliyyəti belə olmayan məmurun vəzifədə saxlanması rəzalətdir. Sadəcə, onun yaxşı məmur olduğunu dövlət başçısına inandıran qüvvələr var.

A.Nəzərli H.Əliyevin hakimiyyətə qayıdışı, ölkənin müstəqilliyi və təhlükəsizliyi barədə xidmətləri haqda danışa bilmirsə, qabaqcadan 5-10 cümlə əzbərləmək savadı yoxdursa, Laçın kimi ziyalıları olan bir rayona hansı haqla rəhbərlik edir?

O, hələ də bilmir ki, H.Əliyev AXC hakimiyyətini ələ keçirməyib, xalqın və o dönəmki hakimiyyət nümayəndələrininçağırışı, təkidi ilə Azərbaycana gəlib, 1993-cü ildə demokratik seçkilər keçirilib və xalqın böyük səs çoxluğunu qazanaraq prezident seçilib.

Ardınca ölkədə separatçı qüvvələri, Gəncədə, Lənkəranda qiyamlar qaldıran Sürət Hüseynovları, Əlikram Hümbətovları yerində oturdub və ölkədə vətəndaş qarşıdurmasına, ölkənin parçalanmasına imkan verməyib, Ermənistanla atəşkəsə nail olub.

Təəssüf ki, XXI əsrdə, texnologiya dövründə A.Nəzərli kimi icra başçıları var. Ancaq onun səhvləri yalnız çıxışlarında deyil, fəaliyyətində də var.

teref.az yazır ki, fia.az-ın verdiyi məlumata görə, icra başçısı laçınlı köçkünlərlə görüşmür, şikayətlərini həll etmir. Əksinə, özünə ev-eşik tikmək istəyənlərə mane olur.

Onlardan birinin də video müraciətini sizə təqdim edəcəyik. Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məxburi köçkün bankdan kredit götürərək özünə ev tikdirmək istəyir.

Evi-eşiyi olmayan köçkünün başının üstünü kəsdirən icra nümayəndələri ona evini tikməyə imkan vermirlər.

O isə icra başçısına etdiyi müraciətdə ümid gözləyir. Ancaq məlum olur ki, vətəndaşa evini tikməyə elə A.Nəzərli maneə yaradırmış.

Şikayətçi çıxışında deyib ki, 7-8-ci sinifə qədər məktəb oxumuş birinin icra başçısı olması artıq onun hansı savada malik olduğunu göstərir. O, Quba hadisələrinin Laçında təkrarlanacağı təhlükəsini də diqqətə çatdırıb. Çünki icra başçısı camaatı incidir.

Dövlət başçısı yerlərdə təyin etdiyi adamlarına əhali ilə işləməyi tapşırıb. A.Nəzərli yeni təyinat alsa da, prezidentin təlimatlarına uyğun hərəkət etmir.

Daxil olan məlumata görə, icra başçısı Aqil Nəzərli, müavinləri - İlqar İlyasov və Tofiq Mirzəyev məcburi köçkünlərin müraciətlərinə biganə yanaşır.

Hazırda onların problemlərinə həssas yanaşmaq zamanıdır. Çünki vətəndaşları və xüsusi ilə qaçqın zümrəsini dövlətdən narazı salmaq olmaz.

Heyf ki, Laçın rayon rəhbərliyi vəzifədə olduğu müddətdə imkan düşdüyü qədər sərvət toplamağı qarşısında hədəf qoyub.

Əldə etdiyimiz məlumatlara görə, həmin çıxış A.Nəzərlinin “qələmini qırıb”. Onun seçkidən sonra vəzifəsindən çıxarılması an məsələsidir. Belə bir məmura rayon həvalə olunması iqtidarın adına xələl gətirir.

Ona görə də A.Nəzərlini bitirən çıxışdan sonra barəsində yuxarılarda müzakirə aparılıb. Qərara alınıb ki, danışığını bilməyənlərlə bağlı tədbirlər görülsün.

Qeyd edə ki, sabiq şöbə müdiri F.Tanirverdiyev də A.Nəzərli haqda dəhşətli ittihamlar səsləndirmişdi və hakimiyyətin diqqətini çəkmişdi. Sitat:

- Orta məktəb dövrünü şagird kimi oxumaqda deyil, gənc, yeniyetmə dövrlərində yanacaq daşıyan maşının arxasında benzin satmaqla,

- Laçın adı altında balaca bir köşkdə yumurta satmaqla işıqlı gələcəyini qurmuş,

- Hərbi xidmət dövrü Biləcəridən o tərəfə olmayan, ancaq general ali hərbi rütbəsinə yüksəlmiş,

- Test imtahanı keçmədən qazandığı pullar sayəsində fultralogiyanı oxuyub, “Təfəkkür” Univeristetinin hüquq fakultəsinin diplomunu əldə edib akademik elmi dərəcəsinə yüksəlmiş

- Tərcümeyi halını yazıb rəhmətlik Muradxan Cabbarova təqdim edə bilməyən,

- Qayınatası Vaqif Cabbarovun vətənə xəyanət etdiyi üçün DTX tərəfindən həbs edilmiş,

- Akif müəllimin Bakıda keçirdiyi iclasda hərbiyə getməyənlərlə xanımlar otursun, hərbi xidmət keçmişlər ayağa qalxsın deyəndə xanımların sırasında oturduğu stuldan qalxa bilməyən, bununla belə Laçın rayon icra başçısı postuna yüksəlməsinə baxmayaraq 74 min laçınlının deyil, yaxın qohum-əqrabasının, Nəzərlilərin və Abbaszadələrin başçısı olan Aqil Nəzərli tərəfindən uyduruq bir oyunla karyerasına son qoyulan ixtisasca hüquqşünas, ehtiyatda olan zabit Fizuli Tanirverdiyev olaraq dəyişməmiş fəxr ediləsi bir ünvanlı titulda qaldın”.
mənbə: FİA.az
teref.az oakraq adalrı çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az
[media=https://www.youtube.com/watch?v=YDu33KmnyfQ]
[media=https://www.youtube.com/watch?v=fLWaQZgsFS8]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.