Mikayıəl Cabbarovun nəzərinə - Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzovun özbaşnalığı
11-07-2018, 23:56
teref.az-nun poçtuna daxil olan şikayət məıktubunu təqdim edirik. Şikayətçilər yazır:
Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzovun özbaşnalığı
Bildirmək istəyirik ki, biz, yəni 50 nəfərdən çox Qərbi Azərbaycandan qaçqın və Şuşa şəhərindən məcburi köçkün ailəsi olaraq qanuni sənədlər əsasında Nərimanov rayonu, Dərnəgül qəsəbəsində xırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluruq və oradan yaşayış üçün istifadə edirik. Oğlum Orxan əlbəyaxa döyüş üzrə Dünya Kubokunu qazanaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırmışdır. Lakin Vergilər Nazirliyinin əməkdaşı Mehdi Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dəfələrlə bizə hədə-qorxu gəlir, sahibkarlıq fəaliyyətimizə maneçilik edir, obyekti bağlayacağı və yaşayış yerlərini sökəcəyi ilə hədələyir. O vergi işçisi olaraq həm də bizə qarşı xuliqanlıq etdiyinə görə Nərimanov rayon Məhkəməsinin 31.10.2017-ci il tarixli 1(005)-283/2017 nömrəli hökmü ilə əvvəllər məhkum edilmiş qohumu Surxay Alıyevlə birgə heç bir vergi ödəmədən gecə saat 20.00-dan-07.00-dək qonşuluqda “Görüş” kafesini işlədərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksəs səslə “ədəbsiz”musiqi səsləndirir, antisanitar vəziyyət yaradır, hərəkət yolunu zəbt edərək heç bir sənəd olmadan şifer satışı obyekti tikib orada işləyən və yaşayan sakinlərin gediş-gəlişinə maneçilik etməklə narahatlığına səbəb olur. Vergi işçisi Mehdi Novruzov öz qanunsuz əməllərini ört-basdır etmək üçün obyektin kassa aparatını digər şəxslərin adına sənədləşdirir.
Həmçinin bizə məxsus obyektdən oğurluq etdiklərinə görə onların işçiləri barəsində Nərimanov rayon Polis İdarəsində cinayət işi qaldırılmışdır.
Eyni zamanda onlar İnzibati Xətalar Məcəlləsinin 398 (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma), 460-cı (vergiləri ödəməkdən yayınma) və Vergilər Məcəlləsinin 57, 58.10, 59-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətmişlər.
Bu barədə Vergilər Nazirliyinə dəfələrlə müraciət etsək də Katibliyin rəhbəri Nigar Alimova Vergilər Nazirini vəbizi aldadaraq “Görüş” kafesinin bağlı olduğu barədə məktublar göndərmişdir.
Halbuki həmin müddətdə Bakı şəhər Baş Polis İdarəsindən bizə göndərilmiş məktubda kafenin gecə saatlarında qanunsuz fəaliyyət göstərdiyi müəyyənləşdirilərək İXM-nin 211-ci(Sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulması) 521-ci (Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) və 510 (xırda xuliqanlıq) maddələri ilə inzibati protokollar tərtib edildiyi göstərilmişdir.
Bundan başqa Mehdi Novruzov deputat əmisi Siyavuş Novruzov və digər əmisi olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzovun adından istifadə edərək və onlara arxalanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynovun əli ilə vətəndaş Asya Əskərova barəsində heç bir əsas olmadan qanunsuz olaraq İXM-nin 253.2-ci (qanunsuz ağackəsmə) maddəsilə inzibati protokol tərtib etdirmişdir. Lakin Nərimanov rayon Məhkəməsinin 16.05.2018-ci il tarixli 3(005)-839/2018 nömrəli qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən qanunsuz tərtib edilmiş inzibati protokol ləğv edilmişdir.
Vergi Məcəlləsinin 61-ci və İXM-nin 594-1-ci maddəsinin tələblərinə əsasən qanunsuzluğa yol verən vergi orqanlarının vəzifəli şəxsləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti vəzifəli şəxlərə qanunsuz hərəkətlərinə son qoyması barədə dəfələrlə xəbərdarlıq etmişdir.
Buna baxmayaraq vergi işçisi Mehdi Novruzov öz vəzifəsinə və onu himayə edən məmurlara arxalanaraq qanunsuz hərəkətlərini davam etdirməkdə davam edir.
Xahiş edirik ki, müraciətimizi saytınızda işıqlandırasınız. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk.
Hörmətlə, Asya Əskərova, Lətifə Bəşirova və 50-dən çox qaçqın və məcburi köçkün ailəsi tərəfindən
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az