"Qurd saldırmağa qərar veribsə nə sürünün çoxluğuna nə cobanın varlığına fikir verməz!" - Bir Abdulla Çatlı var idi .......VİDEO/FOTO
4-11-2018, 10:03
Abdullah Çatlı 1956-cı ildə Nevşəhərdə anadan olub. Hələ məktəb illərində türk millətçiliyinə olan simpatiyası onu türkçü cəmiyyətlərə üzv olmağa vadar etdi. 1978-ci ilin 25 mayında Türkçü Gənclik Dərnəyinin sədr müavini seçilir. 11 iyul 1978-ci ildə Hacəttəpə Universitetinin professoru Bədrəddin Comərdin öldürülməsinin əsas şübhəlisi hesab olunur və həmin ilin 23 avqustunda Sakaryada saxlanılır. 9 oktyabr 1978-ci ildə İstanbulun Baxçalıevlər adlanan hissəsində 7 gəncin qətlinin əsas sifarişçisi olduğuna görə barəsində həbs qərarı verilir, lakin onu həbs etmək hadisədən 4 il 4 ay keçdikdən sonra mümkün olur.
Çatlı 12 sentyabr dövlət çevrilişinin baş tutacağı ərəfədə Türkiyə ərazisini tərk edir. 1982-ci ildə İsveçrədə saxta pasportla tutulur, lakin bir qədər sonra sərbəst buraxılır. 1983-cü ildə Parisdə MİT-lə (Milli Təhlükəsizlik Təşkilatı) əlaqəyə keçir və ASALA-ya qarşı təşkil olunan 5 əməliyyatda iştirak edir. ASALA-nı şökdürən və Afinada evinin qarşısında ASALA-nın lideri Akopyanın başına güllə vuran Abdullah Çatlı olduğu deyilir. Qeyd edək ki, Çatlının bu əməliyyatlarda iştirakı rəsmi sənədlərdə də yer alıb.
Abdullah Çatlı 22 oktyabr 1984-cü ildə Parisdə saxta pasportla tutulduqdan sonra 7 il həbs cəzasına məhkum olunur. 16 sentyabr 1985-ci ildə Papa sui-qəsdi iddiasında şahid qismində iştirak edən Abdullah Çatlı Oral Çəlikin sui-qəsdlə əlaqəsinin olmadığını, Əli Ağcanın isə Bolqar agenti ola biləcəyini iddia etdi. Çatlı qısa bir müddət sonra Fransa tərəfindən 7 il cəza aldığı İsveçrəyə qaytarıldı. O, 21 mart 1990-cı ildə Bostadel həbsxanasından qaçır.
“Qumarxanalar kralı”nın öldürülməsi
Çatlının adı keçən hadisələrdən biri də Ömer Lütfü Topalın öldürülməsidir. Topal “qumarxanalar kralı” kimi nüfuz qazanmışdı. O, təkcə qumarxanalardan illik bir milyard dollardan artıq pul qazanırmış. Lütfü Topal 1996-cı ildə maşını ilə evinə gedərkən İstanbulun Yeniköy adlanan hissəsində silahlı hücum nəticəsində həyatını itirir. Qətlin üstü indiyədək açılmasa da, olayın Abdullah Çatlı tərəfindən planlaşdırdığı şübhəsi var.
Kürd iş adamının qaçırılması
Ömer Lütfü Topal adlı kürd iş adamının qaçırılaraq pul tələb olunması uzun müddət Türkiyə gündəmini zəbt edən olaya çevrilib. “Yapraq Holdinq”in rəhbəri olan Lütfü Topal PKK ilə əlaqəsi olan iş adamı idi. Qaçırıldıqdan sonra onun buraxılması müqabilində külli miqdarda pul tələb olunur. Abdullah Çatlının bu işdə barmağının olması səsləndirilən iddialar arasındadır.
Behcet Centürk cinayəti
Atası kürd, anası erməni olan Behet Centürk PKK-ya yardımları ilə yadda qalan iş adamı idi. Onun ASALA terror təşkilatı ilə olan sıx əlaqələri də heç vaxt diqqətdən yayınmayıb. Xarici ölkələrdən Türkiyəyə qaçaqmalçılıq yolu ilə silah və narkotik gətirən Behcet Centürk 1994-cü ilin 14 yanvarında Abdullah Çatlının adamları tərəfində öldürülür.
Azərbaycanda dövlət çevrilişinə cəhd
Abdullah Çatlının adının hallandırıldığı digər bir olay isə Azərbaycanda dövlət çevrilişinə cəhd hadisəsidir. Onun Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək üçün çevriliş planlaşdırdığı deyilir.
O Əbülfəz Elçibəylə Mehmet Özbay adı altında 2 dəfə görüşüb.
Polad Ələmdar bənzətmələri
Abdullah Çatlının qızı Gökçən Çatlı müsahibələrinin birində “Kurtlar vadisi” serialını izlədiyini və atasının Polad Ələmdarla bir-birlərinə çox bənzədiyini bildirmişdi. Abdullah Çatlının qardaşı Zəki Çatlı bir köşə yazarına “Kurtlar vadisi” serialı başlamazdan əvvəl serialın məsləhətçisi Soner Yalçının onunla görüşdüyünü və Abdullah Çatlı haqında məlumatlar aldığını bildirib. Zəki Çatlı köşə yazarına bildirir ki, Soner Yalçınla söhbət zamanı qardaşının xatirələrini, onun işlətdiyi ifadələrdən danışıb. “Daha sonra “Kurtlar vadisi” serialında həmin ifadələrin səsləndirildiyini gördüm”, - Zəki Çatlı əlavə edib.
Zəki Çatlı Şeyx Şamilə aid olduğu deyilən və qardaşı tərəfindən tez-tez səslənən “sonunu düşünən qəhrəman ola bilməz” deyimini Soner Yalçına anlatdığını və həmin deyimin serialda səsləndiyini də diqqətə çatdırdı. Zəki Çatlı bir gün qardaşı Abdullah Çatlının ona zəng edərək “sabah burada vaqon qəzası olsa və ölmüş birinin üzərindən kimliyim çıxsa, inanmayın, amma rolunuzu yaxşı oynayın” dediyini Soner Yalçına danışır. Zəki Çatlı serialın lap əvvəllərində Ali Candan rolunda oynayan şəxsin yol qəzasında ölməsi, daha sonra onun estetik əməliyyatla üzünün dəyişdirilməsi və Polad Ələmdara çevrilməsi səhnəsinin Abdullah Çatlıya xitabən təşkil olunduğundan bəhs edir.
Bəzi köşə yazarları Polad Ələmdarın mafiya lideri olması və dövlət üçün çalışdığını nəzərə alaraq onun Abdullah Çatlını prototipi olduğunu bildirib. “Kurtlar vadisi” serialının ssenaristləri bu iddiaları nə təkzib edib, nə də qəbul ediblər.
Müəmmalı qəza və izdihamlı dəfn
1993-cü ildə saxta pasportla Türkiyəyə gələn Abdullah Çatlı polis tərəfindən saxlanılır. Lakin elə həmin il sərbəst buraxılır. Çatlı Türkiyə məhkəmələrində heç bir cinayətlə təqsirləndirilmir və onun barəsində hər hansı bir hökm çıxarılmır.
Abdullah Çatlı 3 noyabr 1999-cu ildə Balıkəsirin Susurluk adlanan hissəsində yol qəzasına düşür. Tarixə “Susurluk qızası” kimi düşən qəza nəticəsində Çatlı həyata gözlərini yumur. Qəza baş verən zaman maşında Abdullah Çatlı ilə yanaşı onun sevgilisi Qonca Us, avtomobili idarə edən İstanbulun sabiq polis rəisinin köməkçisi Hüseyn Kocadağ da həyatını itir. Qəzadan yalnız dövrün DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Bucaq sağ çıxa bilir.
Nəvşəhərdə baş tutan cənazə mərasimində 4500 nəfər iştirak edir. Türk bayrağına sarılmış tabutu doğulduğu şəhərdə torpağa tapşırılır.
Ölümü haqqında müxtəlif versiyalar səslənir. Ən çox üzərində durulan versiya avtomobilin əyləc sisteminin xarab olmasıdır. Qəza zamanı Abdullah Çatlının boynunun qırılaraq öldüyü iddia olunur. Onun həyatından bəhs edən “Babam Çatlı”, “Reisim Çatlı”, “Bir Vatan İki Reis”, “Çatlı Reis” kimi əsərlər bu gün türk milliyyətçilərinin stolüstü kitabına çevrilib.
O Türk millətinin bir əfsanə oğlu idi gəldi və iz buraxaraq getdi!
Tanrı ruhunu şad etsin!
Teref.az