Həsən şah Bayandurlunun Borçalıə səfəri - Məşhur tarixçi gürcülərin mifini darmadağın etdi....
24-08-2019, 15:48
RUHUN ŞAD OLSUN, BABA.. Borçalıya 5 dəfə gəlmiş Həsən Padşah Bayandurlunun (təəssüf ki hələ də "Uzun Həsən" deyirik) sonuncu gəlişi belə olmuşdur : Təbrizdən şimal – qərbə doğru hərəkətə başlayan 26 minlik ordu bir həftədən sonra Borçalıya çatdı. Həsən Padşah 5 minlik atlı ordunu avanqard kimi qabağa buraxıb, qoşun gedəcəyi yolları təmizləməyi əmr etdi. İki günlük yürüş nəticəsində Tiflis döyüşsüz Azərbaycan ordusu tərəfindən tutuldu. Daha sonra Qori şəhəri döyüşsüz ələ keçirildi. VI Baqrat qaçdı, gürcülər isə meşəliklərdə gizləndilər. Qaxet şahzadəsi I Georgi və II Konstantin bahalı hədiyyələrlə Muxranda ordugah quran Həsən Padşah Bayandurlunun yanına elçilər göndərərək öz itaətini bildirdilər. Tiflis və Borçalı istisna olmaqla qalan bölgələrdə hakimlik etmələri üçün Həsən Padşah Bayandurlu İmeret hakimi VI Baqrat və Ahıska atabəyi Kvarkvaredən 16 min qızıl pul xərac ödəmələrini tələb etdi. Gürcü hakimləri onun bu təklifini qəbul etdilər. Bu səfərdə qəfil xəstələnən Azərbaycan sultanı 1477-ci ilin sonlarında Sufi Xəlil bəy Bəktaşı yenidən Tiflis və Borçalıya canişin təyin edərək 5 min əsirlə Təbrizə qayıtdı və çox keçmədən vəfat etdi. Kərəm Məmmədli