Türklərin nicatı - Quran batini mənalarındadır

17-12-2019, 17:09           
Türklərin nicatı - Quran batini mənalarındadır
Bildiyimiz kimi Quran kitabının zahiri mənasından başqa bir də batini mənaları da vardır. Zahiri mənaya görə İslamın 1400 yaşı var və o ərəblərdən başlayır. Batini mənada isə bu dinin adı İsna Aşəriyədir və bu ad Azərin 12 imamının dini deməkdir. İsna Aşəriyə dininin 5500 yaşı var və o Azərbaycandan başlayır. Azərin 12 imamı Tövratda Yaqubun 12 oğlu adlanır ki, Yaqub rəmzi batinilərdə sufizmin Bəqa səviyyəsinə yüksəlmiş Bəg deməkdir. Tövrat kitabının adı "Torax" (Torah) kimi yazılır ki, bu rəmz batinilərdə – kamilliyin tərikə yolunu gedən türk deməkdir. Torax (TRX) həm də İbrahim peyğəmbərin atası Azərin digər adıdır. Başqa sözlə, Tövrat kitabı ilə İsna Aşəriyə dini eyni mənalıdir və Azəri türk bəglərinin kamillik yoludur.
Bütün bunlar o deməkdir ki, Quranın batini mənaları sufizmin kamillik yoludur və bu yola açılan yeganə qapı isə Batini-Qurandır. Bu qapıdan keçmədən heç kim Quranı anlaya bilməz. Bu gün bütün dünya türkləri kamilləşmə yolunu tutub, Azəri türk bəglərinin 5500 illik İsna Aşəriyə dininə qayıtmalıdır. Türklərin nicatı yalnız Quranın batini mənalarındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru