Batin alimindən sensasion iddia: Dünyanın ilk dini - Azərilərin İsna Aşəriyə dinidir

3-01-2020, 22:08           
Batin alimindən sensasion iddia: Dünyanın ilk dini - Azərilərin İsna Aşəriyə dinidir
Son zamanlar türklər arasında İslam dininə qarşı əsaslı olaraq etirazlar çoxalmışdır. İnsanlar İslam dinini ərəblərin dini kimi qəbul edərək, onu türklərin Tanrıçılıq dininə dəyişməyi təbliğ edirlər. Bu isə mənasız söhbətdir. Çünki Tanrı sözü Allahın xüsusi məna daşıyan bir adıdır və onun arxasında heç bir fəlsəfə yoxdur. Əslində isə yeni din axtarmaq əvəzinə, öz kökünə, əcdadlarının inamına qayıtmaq kifayətdir.

Bildiyimiz kimi Quranın zahiri mənasından başqa batini mənaları da vardır. Zahiri mənaya görə İslamın 1400 yaşı var və o ərəblərdən başlayır. Batini mənada isə bu dinin adı İsna Aşəriyədir və onun 5500 yaşı var. İsna Aşəriyə - İbrahim peyğəmbərin atası Azərin dinidir və Azərbaycandan başlayır. Batinilikdə İsna Aşəriyə - Azərin On iki imamının dini deməkdir və bu din qədim Assuriyada və Avropada Azərin On iki Allahının dini kimi məlum idi. Tövrata görə bu din Yaqubun On iki oğlundan başlanır ki, batinilərdə Tövrat (Torah) – türk bəglərinin tərikə yolu deməkdir. Qədim Misirdə bu yol – fironların ölümsüzlük qazanıb, cənnətdə Osiris Allahına, yəni Azərə, Xızıra çevrilmək üçün getdikləri Qor yoludur. Batinilərdə Quran da Qor yolu anlamındadır və bu kitab 9-cu əsrdə Bəktaşi ərənləri tərəfindən əvvəlcə türkcə yazılıb, sonra ərəb dilinə tərcümə olunmuşdur. Bu günkü İslam da Bəktaşi şiələrinin, İsna Aşəriyə dininin avam xalq üçün sadə dilə çevrilmiş variantıdır və bu haqda biz kitab və məqalələrimizdə yazmışıq (http://gilarbek.blogspot.com/2019/04/hqiqi-islam-albaniya-bktasilrindn.html).

Bəktaş rəmzi “atəş bəgi” deməkdir və burada atəş dedikdə, İlahi od, ilkin materiya nəzərdə tutulur ki, mənbələrdə bu atəş - Azər odu adlanır. Azər rəmzi qədim Misirdə Asar, Osiris kimi yazılır və mətnlərdə Osiris Allahı – Odlu göldən gəlmiş “Od oğlu Od” adlanırdı. Başqa sözlə, bəktaşilər – İlahi Asar/Azər odunu daşıyan fironlar, yəni pirlər nəslidirlər. Araşdırıcı R. Fray İlahi odla bağlı bildirir ki, Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu olmuşdur ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. İranşünas alim Meri Boys bu İlahi odu Farbağın odu sayır və Farbaq rəmzini “Farnanın yiyəsi” və ya “Farnanın hesabına uğur qazanan” kimi mənalandırır. Far/Farna rəmzi isə efir, yəni ilkin materiya (dirilik suyu) deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Lakin Farn rəmzi həm də firon rəmzidir. Baq (Baqa) rəmzi isə “bəg” mənasındadır və qədim Misir yazılarında bəglər – “Haq” adlanan Asar/Osiris Allahının yerdəki qulları hesab edilirdi. Qədim insanların təsəvvürlərinə görə fironları və digər müqəddəsləri hansısa substansiya, yəni İlahi nur əhatə edirdi. Qədim İranda da bu nur – “fər” adlanırdı ki, istedadlı insana “fərri (oğul)” deyilirdi. Belə çıxır ki, farna – fironların, şahların, bəglərin nəsildən nəsilə keçən, əbədi mövcud hesab edilən və İlahi bolluq rəmzi olan ilkin materiyadır – İlahi oddur. İranda bu gün də Əhli-Haqlar (Asar/Azər əhli) - atəşbəglər adlanır ki, bu da İlahi odu özü ilə daşıyanlar, onunla vəhdət təşkil edənlər mənasındadır. Sebeos bu müqəddəs od olan Qrat odunu (Qor Ata) Atrpatakan ölkəsində yerləşdirir və bildirir ki, şahlar - Atəş adlandırılan bu odu, həmişə “özü ilə gəzdirərdilər”.

Bütün bunlar o deməkdir ki, bəktaşilərin, yəni Azəri atəşbəglərinin İsna Aşəriyə dini, dünyanın ən qədim dinidir. Azər/Asar adı ən qədimdə Assur/Aşşur kimi də yazılırdı ki, Assuriyanın qədim Azəri eli olmasını biz məqalələrimizdə elmi sübut etmişik (http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html). Azər rəmzi Allaha aid edildiyi üçün sufilər onu Hü-Azər, yəni Azər Allahı adlandırırdılar və mənbələrdə bu rəmz Hızır/Xızır/Kozar/Kesar və s. kimi də qeyd olunurdu. İlahi odun hesabına ölümsüzlük qazanmış Xızıra aid deyimlərdə: “Xızır, Xızır xız gətir, var dərədən Od gətir” ifadəsi var ki, bu da Xızırın elə İlahi odla bağlılığı deməkdir.

Yazdıqlarımızdan belə çıxır ki, dünyanın ilk dini Azəri türk bəglərinin İsna Aşəriyə dinidir və Tövrata görə bu din Azərbaycan Atabəglər ailəsinin malikanəsi olan Xilatdan, Geladdan başlanır. Əhdi-Ətiqdə Allah, ismaililərin Gelad elini – “Mənim Geladım” adlandırır və bu müqəddəs el İslamda, ismaililərin Gelati-Şiələrinə aid edilir. Mənbələrə görə məhz Xilat/Geladda, II Nəsir əd-din Məhəmməd Sökmən “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırmışdı. On iki şəhər dedikdə, qədim Assuriya mənbələrində “On iki planet” adlandırılan, göydə yaradılmış “dünya” nəzərdə tutulur. Məhz bu Xüld cənnətini yaratdıqdan sonra Sökmən (Sak-Amon) özünü Şah-Ərmən, yəni Ra-Amon Allah adlandırmışdı. Bildiyimiz kimi sufi-batinilər Allahı – Şah adlandırırlar və Bismillah əvəzinə Bismişah deyirlər. Deməli, məhz Geladda Ra-Amon/Rəhman Allah ərşə yüksələrək göylərə sahib olmuşdur. Azər, yəni Asar/Assur/Aşşur adı da Ra-Amon/Rəhman Allahın digər adlarından biridir. Ra-Amon rəmzi, Ra diski-şarı ilə birləşmiş Amon deməkdir ki, Kitabi Dədə Qorqudda firon (pir) Amon – Bəkdüz Əmən, yəni Bəktaş Amon adlandırılır. Başqa sözlə, İsna Aşəriyə dini - Rəhman Allaha çevrilmiş Azəri türk bəginin dinidir.

Yazdıqlarımızdan belə çıxır ki, İsna Aşəriyə, yəni Azərin On iki imamının dini dedikdə, türk bəglərinin qədim Assuriya göylərində yaratdığı və On iki hissədən ibarət olan Xüld cənnətinə düşməyin yolu nəzərdə tutulur. Azərin bu göy cənnəti qədim Misirdə Osirisin ölüm şahlığı adlanırdı. Deməli, Azərilərin İsna Aşəriyə dini – pir-bəglərə ölümsüzlük verən dünyanın ən qədim və ən kamil dinidir.

Nəticə kimi onu bildirmək istəyirəm ki, bu gün türklər yeni din yaratmağa çalışmaq əvəzinə, öz əcdadlarının İsna Aşəriyə dinlərinə qayıtmalıdırlar. Bütün digər dinlərin kökündə duran bu din türklərə, əcdadlarının göydə yaratdıqları cənnətdə ölümsüzlük vəd edən yeganə dindir. Bu cənnətə düşmək istəyən müsəlman da, Allaha itaət etməli və Onun, cənnətə düşmək üçün qoyduğu qanunlara tabe olmalıdır ki, ruhları göydə ikinci həyat qazansın. Başqa yolla adi insanın cənnətə düşmə ehtimalı yoxdur. Bu dünyadakı bütün dinlər, insanın ölümündən sonra cənnətə düşməsi üçün yaradılmışdır və İsna Aşəriyə dinin tərkib hissələridirlər. İsna Aşəriyə dinində Məhəmməd peyğəmbər – Əvvəldə gələn Ra-Amon Allahının, İmam Əli isə Axırda gələcək Mehdinin obrazlarıdır və s.

Bütün bunlar haqqında daha geniş məlumatlar və mənbələr, müəllifi olduğumuz Batini-Quran kitabında və məqalələrimizdə verilmişdir.

Firudin Gilar Bəg
Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.