Bir azman "Boz Qurd" gəldi keçdi bu dünyadan- Nihal Hüseyn Atsızın ölməz ruhuna....

12-01-2020, 15:25           
Bir azman "Boz Qurd" gəldi keçdi bu dünyadan- Nihal Hüseyn Atsızın ölməz ruhuna....
Hüseyn Nihal Atsız (12 yanvar 1905; Kadıköy – 11 dekabr 1975; İstanbul)— Türk yazıçısı, şair, tarixçi və ideoloqdur. Nejdət Sançarın böyük qardaşıdır. Yağmur Atsız və Buğra Atsızın atasıdır. Rza Nurun mənəvi oğludur. Özünü Türkçü və Turançı olaraq tanıtmışdır.
Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır.
Hüseyn Nihal Atsız, 12 yanvar, 1905-ci ildə, İstanbul, Kadıköydə anadan olmuşdur.
1926-cı ildə İstanbul Darülfününün Ədəbiyyat Fakültəsinin "Ədəbiyyat" ixtisasına və İstanbul Darülfününün digər hissəsi olan Yüksək Müəllim Məktəbinə daxil olan Atsız, bir həftə sonra hərbi xidmətə çağırılmış, 28 oktyabr 1926-cı ildən, 28 avqust 1927-ci ilə qədər İstanbul, Taşkışlada V Piyada alayında əsgər olaraq hərbi xidmət etmişdir.

Əhməd Naci adlı dostu ilə birlikdə hazırladığı "Anadoluda Türklərə aid yer adları" adlı məqalənin Türkiyyat Məcmuəsinin ikinci cildində nəşr edilməsi ilə müəllimi Mehmed Fuad Köprülünün diqqətini cəlb edən Atsız, 1930-cu ildə Ədirnəli Nəzminin divanı ilə bağlı məzuniyyət müdafiəsini işləmişdir. Həmin ildə də Ədəbiyyat fakültəsindən məzun olmuşdur.

Qrup yoldaşları arasında Tahsin Banquoğlu, Ziya Karamuk, Orxan Şaiq Gökyay, Pertev Naili Boratav, Nihad Sami Banarlı kimi şəxslər omuşdur.
19 sentyabr, 1931-ci ildə, Rəşid Qalib, Maarif Vəkili oldu. Qısa müddət sonra da Fuad Köprülünün dekanlıqdan getməsi səbəbiylə, dekanlığa Əli Müzəffər bəy təyin edilmişdir. Rəşid Qalib, Atsız Məcmuənin XVII sayındakı "Darülfünün qara, daha doğru bir deyişlə, üz qızardan siyahısı" adlı məqaləsinə görə Ədəbiyyat fakültəsi dekanına təzyiq göstərərək, 13 mart, 1933-cü ildə Atsızın universitet asistanlığına son verilmişdir. Universitetdən çıxarılmasından bir necə gün sonra Atsız, Ədəbiyyat fakültəsinin dekanını Tokatlayan Otelindəki bir çay məclisində tutaraq, yüzlərlə insanın gözləri qarşısında sillələmişdir.
II Dünya Müharibəsi davam edərkən Türkiyədə kommunist fəaliyyətlərinin artdığını düşünən Atsız, Orhun jurnalının 1944-cu il, mart ayındakı XV sayında, daha əvvəl 5 avqust, 1942-ci ildə, milli məclisdə "Bizim üçün Türkçülük bir qan məsələsi olduğu qədər də bir vicdan və kültür məsələsidir" deyən dövrün Baş Naziri Şükrü Saracoğluna xitabən bir açıq məktub yayımladı.
1944-cü ilin, 19 mayında prezident İsmət İnönü Atsızı ittiham edən məşhur nitqini söylədi. Bundan sonra Atsız və 34 dostu 1 nömrəli məhkəmədə mühakimə olunmağa başlamışdır. Aralarında Alparslan Türkeş kimi zabit, universitet professorları, müəllim, həkim və universitet tələbələrinin olduğu müttəhimlər, sonradan hücrələrdə işğəncə gördüklərini iddiaa etmişlərdir. 7 sentyabr, 1944-cü il günü məhkəmə başlamış, "İrqçilik-Turançılıq iddiası" adı verilən və həftədə 3 gün olmaqla 65 iclasda davam edən məhkəmə, 29 mart 1945-ci ildə sonlanmış və Atsız 6 il, 5 ay həbsə məhkum edilmişdir.

Atsız, bu qərarı apelyasıyaya verdikdən sonra, məhkəmə onun cəzasını pozmuş, beləcə Atsız bir il yarım həbsdə olduqdan sonra, 23 oktyabr, 1945-ci ildə azad buraxılmışdır.
Aprel, 1947-ci ildən, 1949-cu ilə qədər özünə iş verilməyən Atsız, keçinmək üçün kitablarının böyük bir hissəsini satmağa məcbur qalmışdır. Bir müddət Türkiyə Yayınevində işləyən Atsız, Türk-Rus savaşlarının icmalı olan "Türkiyə heç vaxt boyun əyməyəcəkdir" adlı kitabını da Sururi Ermete adlı şəxsin adı ilə nəşr etdirməyə məcbur edilmişdir.

Atsızın qrup yoldaşı, prof. Dr. Tahsin Banquoğlu Milli Təhsil naziri olandan sonra, Atsızı Süleymaniyyə kitabxanasna mütəxəsis kimi iş vermişdir.

Atsız və dostları kürdlər əleyhinə yazdıqlarına görə çağırıldıqları məhkəməyə gedərkən
Atsız və dostları kürdlər əleyhinə yazdıqlarına görə çağırıldıqları məhkəməyə gedərkən
Bir müddət burada işləyəndən sonra, 1950-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəlməsindən sonra 21 sentyabr, 1950-ci ildə Heydərpaşa Liseyinə əbəiyyat müəllimi kimi işə qəbul edilmişdir.

4 may, 1952-ci ildə, Ankara Atatürk liseyində vermiş olduğu "Türkiyənin Qurtuluşu" mövzulu bir konfrans səbəbilə, Cumhuriyyət qəzeti Atsızın əleyhinə xəbərlər verməyə başlamışdır. Haqqında nazirlik tərəfindən araşdırma başladılan Atsızın nitqinin elmi olduğu təsbit edilmişdir. Lakin Atsız 13 may, 1952-ci ildə, Heydərpaşa liseyindəki ədəbiyyat müəllimliyi işindən alınaraq, əvvəlki kitabxana işinə geri qaytarılmışdır. 1969-cu ulə qədər burada çalışmışdır.

1950-1952-ci illərdə yayımlanan həftəlik Orkun jurnalının baş redaktorluğunu etdi. 1962-ci ildə qurulan Türkçülər Dərnəyinin başqanı oldu. 1964-cü ildən vəfatına qədər Ötükən jurnalını çap etdirdi.

Dövrün prezidenti Cevdet Sunay, Qaziantepə gedərkən bir işçinin ona, "hökumət nümayəndələri ərəblərə torpaq verirlər, ama biz türklərə yox" deməsinə cavab olaraq, " türk torpaqlarında yaşayan hər kəs türkdür." demiş, Atsız buna cavab olaraq, Ötükən jurnalının 1967-ci ildə, yayımlanan 40-cı sayından etibarən, "Danışıqlar I", "Danışıqlar II", "Danışıqlar III", "Müstəqil kürd dövləti propoqandası", "Şərq mitinqlərində pərdə arxası", "Satılmışlar-Moskvanın əlaltıları" adlarıyla nəşr etdirdiyi məqalələrində Marksislərn şərq bölgələrində gizli təşkilatlanmalarda olduqlarını iddiaa etmiş, ərəblə türkü bir tutuduğuna görə hökuməti tənqid etmişdir. Bu məqalələr haqqında araşdırma başladılmışsa da, cinayət tərkibi tapılmamışdır.

Ancaq bu yazılar səbəindən, Ankara küçələrində Atsız əleyhinə hazırlanmış bildirilər paylanmış və eyni gündə də Adalət partiyasının Diyabəkirdən olan deputatı, mitinqində Atsızı ağır şəkildə tənqid etmişdir.

Həsən Dincərin Ədliyyə naziri olduğu dönəmdə, nazirlik tədqiqat açmış və Atsız məhkəməyə verilmişdir. Məhkəmənin davam etdiyi 6 il içərisindı 12 mart (1971) çevrilişi olmuş və ardıyca hərbi idarə elan olunmuşdur.

Uzun iclaslardan sonra məhkəmə, Ötükən jurnalının sahibi Atsızı və yazı işləri üzrə səlahiyyətli müdiri Mustafa Kayabeki 15 aylıq həbsə məhkum etmişdir. Məhkəmə başqanının qərara qatılmadığı və 2-1-lik əksəriyyətlə verilən bu qərar, apelyasiya müraciəti olunca, qüvvədən salınmış, lakin Ədliyyə nazirliyi 2-1lik qərarda israr edincə, qərar qüvvəyə minmişdir. Atsız və Mustafa Kayabek "Tashih-i karar" istəyində olsalar da, bu istəkləri məhkəmə tərəfindən qəbul edilməmişdir.

Xronik enfarktus, yüksək təzyiq və ağır revmatizmadan əziyyət çəkdiyi üçün Heydərpaşa xəstəxanasına göndərilən Atsıza, xəstəxana tərəfindən "cəzaevində qala bilməz" qərarı verilsə də, Ədliyyə nazirliyi tərəfindən tədbiq olunmasına icazə verilməmişdir.

Bunun ardınca, Toptaşı həbsxanasına göndərilərək, 40-a qədər ən qatı cinayətkarlarla eyni otağa salınan Atsız, bir müddət sonra Sağmalçılar həbsxanasına göndərilmişdir.

Atsızın həbsə girəcəyinin dəqiqləşməsindən bir müddət sonra, universitet müəllimləri və tələbələrdən ibarət böyük bir qrup prezidentə məktub yazaraq, Atszın əhv olunmasını xahiş etmişdir. Atsız özü isə, heç bir cinayət törətmədiyini, etdikləri barədə yenə də eyni düşüncədə olduğunu, yenə olsa, bir daha da edəcəyini bildirərək, heç kimdən əhv xahişi etməyəcəyini bildirdi. Lakin buna baxmayaraq, prezident Fəxri Korutürk öz səlahiyyətindən istifadə edərək Atsızı əhv etdi. 22 yanvar, 1974-cü ildə, Bayrampaşa həbsxanasından Atsız azad edildi.
Ölümü

Atsız, 1975-ci ilin noyabr ayının ortalarında xəstə olduğundan şübhələnmiş, ancaq edilən müayinə və testlər nəticəsində bir xəstəlik tapılmamışdır. 10 dekabr, 1975-ci ildə, çərşənbə gününün axşamı, infarkt keçirmiş, çağırılan həkim bunu başa düşə bilməmiş, ertəsi gündə bir infarkt keçirərək, 11 dekabrda vəfat etmişdir. 13 dekabrda, Karacaahmet məzarlığında dəfn edilmişdir.

Osman Ağa Məscidində cənaze namazı qılınqıdan sonra İmamın "Mərhumu necə bilirdiz" sualına, Fəthi Gemuhluoğlu yüksək səslə: "Bir musalla daşı (məscidlərdə ölü yuyulması üçün olan daş) Atsız qədər əsl ər insanı az görmüşdür, xoca əfəndi" demişdir.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.