NADİR ŞAH AVŞAR VƏ CUHUTLAR - Mehriban Vəzir yazır

29-01-2020, 15:35           
NADİR ŞAH AVŞAR VƏ CUHUTLAR - Mehriban Vəzir yazır
Teref.az olaraq araşdırmaçı Mehriban Vəzirin "Qutsal Torpaqlarda..." kitabıından bir hissəni təqdim edirik:
Azərbaycan, Türküstan, İran, Hindistan Nadir şah Avşarın imperiyasına (1736-1747) daxil idi.
1740-cı ildə artıq Buxara xanlığı və Xivə xanlığı da bizim Nadir şah Avşarın tabeliyinə keçdi. Buxarada əsasən Türk tayfaları, azsayda taciklər və yahudilər yaşayırdı.
Buxara yahudiləri 10-cu yüzildə Xəzər xaqanlığından köç etmişdi.
Başlanğıcda Nadir şah da yahudilərə şübhə ilə yanaşırdı və bu, boşuna deyildi, yaşanmış acı təcrübələr bəzi şübhələri əsaslandırırdı.
Nadir şahın yahudilərə münasibətini bilən yaltaq məmurlar şahı məmnun etmək üçün Həmədan yahudilərini tarmar (poqrom) etdilər.
Lakin çox keçmir, hansısa bir möcüzə ilə Nadir şah yahudilərin hamisinə çevrilir.
1743-də Nadir şah paytaxtı Məşhədə köçürür. Qəzvindən Məşhədə xeyli cuhut ailəsi gətirir və hökumətinin maliyyə işlərini onlara tapşırır. O vaxta kimi Məşhəddə yahudi yox idi. Bu şəhərdə İmam Rzanın türbəsi olduğundan şəhərə yahudilərin girməsi yasaq idi.
Nadir şahın himayəsindən istifadə edən yahudilər az müddətdə Məşhədi dünyanın ən mühüm ticarət mərkəzlərindən birinə çevirirlər. Dünyanın dördbir yanından karvanlar Məşhədə axır.
Nadir şaha qədər müsəlman güzərgahlarında yahudilərin görünməsi yasaq idi. Nadir şahın zamanında cuhutlar bütün İslam şəhərlərində yaşamaq və ticarət haqqı alır, hətta Buxara və Səmərqəndin qutsal səmtlərində görünürlər.
Nadir şah Avşar hakim olduğu nəhəng ərazidə, eləcə də İranda cuhutların təqib olunmasının qarşısını alır, onları kəndarına ayaq basmaqları belə yasaq olan şiə Məşhəd şəhərinə yerləşdirir, onlara sarayda və şəhərlərdə yüksək maliyyə vəzifələri verir. Zəngin İran yahudilərinə Səmərqənddə məskən salmağa və müsəlman güzərgahlarında sinaqoqlarını tikməyə izin verir. O sinaqoqların bəziləri bu gün də fəaliyyətdədir.
Lakin yahudilərin bu intibahı uzun sürmür, 1747-ci ildə Nadir Şahı öldürdülər. Yahudi təqibi bu qətldən həmən sonra Məşhəddə başladı.
Ən böyük basqılar, zorla müsəlman etmələr Nadir şahdan sonra yarımüstəqil olan Buxara əmirliyində baş verdi. Buxarada yahudi ata minə bilməz, rəngli ipək geyə bilməz, çalma qoya bilməz, şal qurşaq bağlaya bilməzdi. Yalnız eşşəyə minə bilər, boz əba geyər, başına keçə papaq qoyar, kəmər yerinə belinə kəndir bağlayar, silah gəzdirməzdi. Arxasıyaca müsəlman gələrsə çəkilib yol verməli, təzim etməliydi. Əks hərəkət böyük cəza idi.
Lakin yahudilərin ən ağır dönəmlərində belə hələ Roma imperiyası zamanından Böyük İpək Yolunda şəbəkələşmiş yahudu tacirlər toxunulmaz idi. Türkcə, ərəbcə, farsca, rumca, firəngcə, əndəlüzcə, slavyanca danışan yəhudi tacirlər suda, quruda, hər yerdə vardı... yahudi şəbəkələri Avropanın böyük bir ərazisini, Şimali Afrikanı, Yaxın Şərqi, Xəzər ətrafını, Mərkəzi Asiyanı, Hindistanı və Çini əhatə edirdi. Yahudilər dünyanı dolaşır, vəzndə yüngül, qiymətdə ağır əşya - ədviyyat, ətir, qızıl-zinət, ipək, yağ, ladan, silah, xəz, eləcə də... kölə satırdılar.
Hədsiz zəngin olan yahudi tacirlər saraylarda ağırlanırdı...
Bütün təqiblər izroel adlanan yoxsul təbəqəyə aid idi...

"Qutsal Torpaqlarda..." kitabı (nəşrə hazırlanır)
Buxara Yahudiləri bölməsi
Mehriban Vəzir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.