Xaşxaşilər – Həsən Səbbah kimdir?

1-02-2020, 19:21           
Xaşxaşilər – Həsən Səbbah kimdir?
1055-ci ildə İranda Qum şəhərində dünyaya gəlmişdir. (Bəzi tarixçilərə görə bura Kufədən köç etmişdir.) Zamanın qabaqda gələn məktəblərində oxumaq şansı tapmışdır. Ailəsiylə birlikdə Rey şəhərinə getdiyində burada şiə inancının başçıları ilə təmas etmiş və Şiəliyi mənimsəmişdir. Dini işlərini inkişaf etdirmək üçün Fatimilerin hakim olduğu Qahirəyə getmişdir. İrana döndüyündə Səlcuqlu sarayında məşhur Böyük Səlcuqlu vəziri Nizamülmülkün əmrində işə başlamışdır.


Bəzi iddialara görə Nizamülmülk, Ömər Xəyyam və Həsən Sabbah birlikdə eyni dövrlərdə tələbə və yaxın dost olduqlarına bağlı olmuşlar. Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqe qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxli yoxdur. Belə ki, Sabbah saraya gələndən bir az sonra Nizamülmülklə toqquşmalı olur. Məlumata görə, vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var, bunları üzə çıxarsa, özünə yaxşı mövqe qazana bilər. O, saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu, Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya altı ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə iki həftə vaxta bu işi çözəcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu demək idi. Ona görə o, yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqda onu xəbərdar edir, sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan qeyzlənən Həsən əvvəl Misirə qaçır, sonra Ələmut qalasına çəkilir, gizli terrrorçu təşkilat yaradır və səlcuqilərə qarşı mübarizə aparır.

O, türklərlə mübarizə üçün çox orijinal metod seçir: elan edir ki, türklər Adəmdən əmələ gəlməyiblər.
Onlar cindən törəyiblər və onlara xidmət edənləri öldürməklə cənnətə düşmək olar. O, Nizamülmülkə də “borclu qalmır”. Ömrünün qoca çağlarında vəzir onun göndərdiyi terrorçunun əli ilə öldürülür. Bu barədə sonra.. Lakin bu əfsanənin doğruluğuna dair hər hansı bir məlumat yoxdur. Digər tərəfdən Nizamülmülk ilə Həsən Sabbah arasında təxminən 30 illik yaş fərqi vardır. Digər tərəfdən bunun doğru ola bilməsi üçün üçünün də Nişapurda oxumuş olması lazımdır. Halbuki Həsən Sabbah təhsilini doğulduğu şəhər olan Qumda və daha sonra Reydə almışdır. Bu mövzuda maraqlı bir rəvayət də, Həsən Sabbahın, Ömər Xəyyamla bir söhbəti əsnasında Ömərin ona, “bu insanlar cənnət üçün yaşayırlar, ancaq onlara bir cənnət verəbilsən onları idarə edərsən ” sözündən bir strategiya çıxardığı istiqamətindədir.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.