Bütün dinlər bir kosmik hadisəyə sitayişdir
10-03-2020, 16:45
Bu məqalə qədim müdriklərin xüsusi məntiqi ilə yazılmışdır ki, Quranda bu rəmzlər elmi Süleyman peyğəmbərin “Quş dili” adlanır. Bu məqaləni tam anlamaq üçün insanların, qədim müriklərin fəlsəfələrindən, ezoterizmdən xəbərləri olmalıdır. Mənbələrdən və ya sufi-batini yazılardan xəbəri olmayan insanın bu məqaləni oxuması mənasız vaxt itirmək deməkdir.
Firudin Gilar Bəg
Bildiyimiz kimi, bu gün insanların əksəriyyəti beş əsas dinə sitayiş edirlər ki, bu dinlər də məna etibarilə müxtəlif sayılırlar. Bu müxtəlifliyə baxmayaraq, elm-texnikanın inkişafı və informasiya mübadiləsinin artması nəticəsində bütün dinlərə inam azalmaqdadır. Buna səbəb isə müasir dövrdə baş verən haqsızlıqlar və dinlərin müqəddəs kitablarındakı anlaşılmazlıqlardır. Bu anlaşılmazlıqlar müqəddəs yazıların birbaşa, yəni hərfi mənasının əsas götürülməsi ilə bağlıdır. Başqa sözlə, müqəddəs kitabların birbaşa mənası heç bir məna ifadə etməyən tərbiyəvi nağıldır. Lakin bu gün artıq hamıya məlumdur ki, bütün müqəddəs yazıların gizli, yəni batini mənaları da var ki, bunları yalnız müdriklər bilmişlər. Bu məntiqdə isə artıq bütün dinlər vahiddir və bir kosmik hadisə ilə bağlıdır. Biz bu məqalədə musəvilik, isəvilik (xristianlıq), buddizm, hinduizm və islam adlanan əsas dinlərin batini mənalarının əsas mahiyyətini açacağıq və bu günə qədər sirr olan ən qədim fəlsəfəyə izah verəcəyik.
Qədim yunan filosofu Əflatunun (Platon) yazdığına görə, bütün yazılar yalnız bir hadisəyə həsr olunmuşdur. Lakin zaman keçdikcə bu hadisə yaddaşlardan silinmiş və onun haqqında ayrıca danışırlar. Bütün bunların kökündə isə nə olduğu haqda heç kim danışmır. Bu o deməkdir ki, qədim müdriklərə görə bütün mənbələrdə yazılanlar hansısa sirli bir hadisə ilə bağlıdır. Batini-Quran kitabında və məqalələrimizdə biz elmi sübut etmişik ki, bu hadisə - qədim Misir fironu Amonun Gel şəhərində (Geliopol) yaratdığı Atum Allahı ilə bağlıdır. Başqa sözlə, bütün dinlərin batini mənaları da bu Allaha sitayişdir.
Qədim Misir mətnlərinə görə pir (firon) Amon, ekstatik durumda ilkin materiyaya daxil olaraq, ondan bütün suallara ən kamil cavabları alır. Sufilər bu durumu tərikə yolunun Bəqa səviyyəsi adlandırırlar. Pir Amon qam-şamanlığın bu vəziyyətində, maqiya və qurban ruhları vasitəsi ilə ilkin materiyadan, göydə kosmik insan və onun obrazı ilə isə yerdə 120000 nəhəng varlıqlar yaradır. Onlar da öz növbəsində qədim Assuriya, yəni indiki Azərbaycan ərazisində Babil qülləsini tikirlər. Babil qülləsi, gözəgörünməz ilkin materiya ilə fiziki dünyanın vəhdətidir ki, yerdə tikilən bu qüllənin var olması ilə eyni zamanda göydə ruhlar dünyası, yəni Qeyb aləmi yaranmışdır. Deməli, bütün dinlərin kökündə duran kosmik hadisə, ilk İlahi varlıqlar olan Assurların (Azərilər) - Azərbaycan göylərində kosmik insan və onun daxilində yaradılmış ruhlar dünyasıdır. Bu dünya on iki hissədən ibarət təsəvvür olunur ki, onun göydə əbədi qalması üçün, bu on iki rəmzi maqiya ilə, göydəki planetlərə, bürclərə, zamana və s. “bağlanmışdır”. Ən qədim mənbələrdə bu yaradılış - Asar/Assur/Osiris/Aşşur və onun on iki Allahı (planet, ada və s.) kimi qeyd olunur. Yəhudi mənbələrində Asar/Osirislə bağlı bu on iki Allah - İsrailin on iki oğlu kimi rəmzləndirilir ki, buradakı İsrail rəmzi – Asar-Eli, yəni Osirisin göydəki ölüm şahlığı anlamındadır. İsrailin əvvəlki adı Yaqub (Y-QB) olmuşdur ki, bu da sufi-batinilərdə Bəqa (BQ) səviyyəsində yaradılmış Qeb/Qeyb (QB) aləmi deməkdir. Qədim Şumerdə bu kosmik insan – Luqal (LQ-L), yəni İlahi-El adlanırdı və İslamda bu göydəki El – Allah, yəni El-İlahi adlandı.
Yazılanlardan belə çıxır ki, bütün qədim mənbələrdə söhbət - firon/pir Amonun Azərbaycan göylərində yaratdığı Allahdan gedir. Yəhudilərın musəvilik, yəhudilik (iudaizm) adlanan dinləri də məhz İsrailin, yəni Asar/Osiris Allahının bu on iki Oğluna sitayişdir. Qəbul olunmuşdur ki, musəvilik - din, yəhudilik isə irq mənasındadır. Lakin batinilərdə bu müxtəliflik daha dərin mənadadır.
Musəvilik adlanan yəhudi dini öz adını Tövratın müəllifi sayılan Musa peyğəmbərdən götürür. Tövratda Musa peyğəmbər, göydən İlahi od gətirərək, ondan Vəhy Çadırı yaradan müqəddəs kimi göstərilir. Burada o – göydə çadır rəmzində ruhlar dünyası yaratmış, əvvəldə gələn Ra-Amon Allahının obrazı kimi təqdim edilir. Musa peyğəmbərin səbətdə çaya atılması və xilası isə onun axırda gələcək Xilaskar obrazına da aid edilməsi deməkdir. Tövratda, Allahın yeddi günə “Dünya” yaratması, Yaqubun Allahla güləşməsi, Nuhun gəmi düzəltməsi və s. rəmzlər onu deməyə əsas verir ki, bu kitab əvvəldə (Alfa) və axırda (Omeqa) gələcək Allaha aiddir. Tövrat rəmzi də batinilərdə “tarix”, “türk”, “tərikə” və s. rəmzlərlə eyni mənalıdır ki, bu da Tövrat kitabının, tərikə yolu gedən türkün ekstatik durumda göydə Allah yaratması və axirətdə bu yaradılışın təkrarlanmasına həsr olunmuş kitab olması deməkdir. Musa peyğəmbərin Madiam, yəni Midiya elinə köçməsi, Raquillə qohumluğu onu deməyə əsas verir ki, onun göydə yaratdığı Vəhy Çadırı məhz Midiya eli ilə bağlıdır. Qısa desək, Tövrat kitabı və musəvilik - əvvəldə gəlmiş və axırda gələcək Allahın getdiyi yolun tarixidir.
Yəhudilik dedikdə Yəhudanın dini nəzərdə tutulur ki, bu obraz Yaqubun (İsrail) birinci arvadı Liyadan olan oğlu anlamındadır. Bildiyimiz kimi, İsrailin on iki oğlu olur ki, onun on oğlu Liyadan, iki oğlu isə Lavanın (Alban) qızı Raxildən (Raquil/Ra-Gel rəmzi) olur. Yəhudi rəmzi sufi-batinilikdə Kuti rəmzi ilə eyni mənalıdır və bu rəmz - hakimiyyəti göydən endirilmiş 120000 Asar/Assur, yəni Osiris Allahlarının rəmzidir. Onlar Babil qülləsini tikdikdən sonra, onun göylərində yaradılmış Qeyb aləminə köçmüş və əzraillərə (İsrail rəmzi) çevrilmişlər. Başqa sözlə, yəhudi dedikdə Tövratda “ulduzlar” rəmzində qeyd olunan ilk yaradlmışlar və onların varisləri olan yerdəki padişahlar və peyğəmbərlər nəsli nəzərdə tutulur.
Mənbələrdə yəhudi-kutilər Şimali İsrail xalqı hesab olunur ki, onlar “əsir düşdükdən” sonra, yerdə onların varisləri yəhudi adlanmağa başladı. Batinilərdə əsir düşmüş yəhudilər dedikdə, Babil qülləsini tikib qurtardıqdan sonra göydəki cənnətə mühacirət etmiş Assur/Asarlar, yəni Osiris Allahları nəzərdə tutulur. Onlar göydəki cənnətdə, axirətdə yerə enəcəklərini gözlədikləri üçün, o dünyadakı həyat “əsirlik” kimi rəmzləndirilmişdir. İvritdə yəhudilərin əsirliyi – “Qalut Bavel” adlanır və bu rəmz - Xaldeyada tikilmiş Babil qülləsi deməkdir. Tövratda Qalut rəmzi izmaililərin Qilead/Qalaad eli kimi keçir və buranın digər adı da Pireya, yəni pirlər, fironlar eli anlamındadır. İzmaililərin Qilead eli bizlərə Qulat/Gelat ismaili şiələrinin eli (Gelati-Şiə) kimi məlumdur. Quranda Qilead/Qalut/Xaldeya rəmzi Xüld kimi keçir və cənnətin adı mənasında qeyd edilir.
Digər tərəfdən, Qalut/Xüld rəmzləri Azərbaycan tarixində Xilat/Xelat kimi məlumdur və Azərbaycan Atabəglər Ailəsinə aid edilir. Yazılanlara görə, II Nəsir əd-din Məhəmməd Sökmən, Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “on iki şəhər”ə yiyələndikdən sonra özünü Şah-Ərmən adlandırmışdı. On iki şəhər dedikdə, qədim Assuriya mənbələrində “on iki planet” adlandırılan, göydə yaradılmış “dünya”, yəni cənnət nəzərdə tutulur. Bu Xüld cənnətini Xelatda yaratdıqdan sonra Sökmən (Sak-Amon) özünü Şah-Ərmən, yəni Ra-Amon Allah adlandırmışdı.
Yazdıqlarımzdan belə çıxır ki, yəhudilik - ilk İlahi varlıqlar olan Asar/Kuti müqəddəslərinin Xelatda yaratdıqları cənnətlə bağlı dindir. Yahudi-Kutilər Babil qülləsini tikdikdən sonra buradakı cənnətdə axirətə qədər “əsir” qalmışlar. Əgər musəvilik batini mənada əvvəldə gələn Ra-Amon Allahı və axırətdə gələcək Məsih ilə bağlı din mənasını verirsə, yəhudilik – Şərqdən gəlib Babil qülləsini tikmiş, oradakı cənnətdə axirətə qədər qalan və axirətdə yerə enəcək Asar/Osiris/Azər Allahları və onların yerdəki varisləri olan padişahlar və peyğəmbərlər nəslinin dini mənasındadır. Musəviliklə yəhudiliyi birləşdirib ümumi İsrail oğullarının dini kimi qəbul etsək, onda bu dinin batini mənası - pir Amonun yaratdığı, əvvəldə gəlmiş və axırda gələcək Allahlara və onların göydəki cənnətinə sitayişdir.
Tövrata görə, İsrail oğulları – amoreylərin (mar-midiyalı) İazər torpağındakı Gilead şəhərində yaşamışlar və bu el kitabda izmaililərə aid edilir. Gilead, yəni Gelat ismaililəri bizlərə Gelati-Şiə adlanan ifrat ismaililəri xatırladır ki, bunlar da İsna Aşəriyə, yəni Azərin on iki imamının dininə sitayiş edirlər. Belə çıxır ki, İazər torpağındakı Gileadda yaşayan İsrailin on iki oğlunun dini elə Azərbaycanın Gelat/Xilat elində İsna Aşəriyə dininə, yəni Azərin on iki imamına sitayiş edən batini şiələrin dinidir.
Gelat/Xilat ismaililərin İsmailiyə fəlsəfi dünya görünüşündə “on iki” rəmzi göydəki dünya ilə bağlıdır və o dünya – on iki ay və ya on iki bürcə uyğun olaraq, on iki “ada”dan (əl-cəzair) ibarətdir və hərəsinin öz ali xətibi var. Onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət əl-cəzirə” adlandırırlar və s. Burada “ada” dedikdə batinilər - ilkin sulardakı, yəni göy sularındakı ada, ilkin materiyadakı ruhlar dünyası mənasında, Qurandakı cənnəti nəzərdə tuturlar. Belə çıxır ki, Gelat ismaili şiələrinin İsna Aşəriyə adlanan on iki imam dini – Gilead/Gelatda yaşayan İsrail oğullarının ismailiyə fəlsəfəsidir. Biz “Qurandakı İsrail oğulları – Azəri bəgləridir” adlı məqalədə bu haqda məlumatlar vermişik.
Bu gün İslam adlanan din, əslində qədim İsna Aşəriyə adlanan dinin - savadsız, avam insanlar üçün sadələşdirilmiş rəmzlərlə ifadəsidir. Mənbələrə görə, Anadoluya köç edən türkmənlər arasında Xorasan ərənləri, dədə, baba və s. müqəddəs insanlar vardı ki, onlar İslamı əski inamlarla qarışdırıb, sadə xalq üçün müasir İslam dinini yaratmışdılar. Başqa sözlə, 1400 il yaşı olan bu günkü İslam, 5500 yaşlı İsna Aşəriyə dininin - adi insanlar üçün sadələşdirilmiş variantıdır. Onlar Quranın birbaşa mənalarını adi insanlara aid edərək Allahın obrazlarını insaniləşdirmişlər. İslam rəmzinin özünün batini mənası “İssi-Aləm”, yəni ruhlar aləmi deməkdir ki, bu da II Nəsir əd-din Məhəmməd Sökmənin Xelatda yaratdığı Xüld cənnəti anlamındadır. Tövratda İslam rəmzi Səlim şəhəri kimi keçir ki, buranın da tanrısı El Allahıdır və məhz bu El Allahını müdriklər insaniləşdirərək imam Əli obrazına çevirmişlər və s.
Bütün bunlar o deməkdir ki, İslam dini – İsrail/Azər oğullarının musəvilik, yəhudilik və İsna Aşəriyə dinlərinin birbaşa mənalarının avam insanlar üçün sadələşdirilmiş variantıdır. Bu dinlərin batini mənaları isə ismaili bəglərinin əcdadı pir Amonun Gelad/Xelat elində yaratdığı kosmik Atum Allahına aiddir.
Digər tərəfdən, İslam rəmzini batinilər İsa-Aləmi kimi də oxuyurlar ki, bu da ruhlar aləmi deməkdir. Ruh mənasını verən İsa rəmzi qədim mənbələrdə Şu kimi də yazılırdı və qədim Misir Allahı hesab olunurdu. Yəhudilər bu Şu Allahını - Yeşua, müsəlmanlar isə Şiə adlandırdılar və bu da İslam rəmzinin eyni zamanda Şiə-Aləmi mənasını verməsi deməkdir. Yeşua rəmzinin İsa peyğəmbər mənasında olması isə o deməkdir ki, xristianlıq və şiəlik eyni dinin müxtəlif variantlarıdır. Sufilər dahisi Mühiddin ibn Ərəbi də şiəliklə xristologiyanın üst-üstə düşdüyünü xüsusi nəzərə çatdırır. İsanın Qaliley, yəni Gel elindən (Gelat) olması və nasar/nazaretli hesab edilməsi onu deməyə əsas verir ki, İsa - Gelat nizarisi (ismaili) olmuşdur. İsanın, cənnətə düşməyin tək yolunun məhz onun vasitəsi ilə mümkünlüyünü iddia etməsi isə o deməkdir ki, Gelat göylərindəki cənnət məhz İsanın, daha doğrusu pir Amonun ruhunda yaradılmışdır. İsa peyğəmbərlə bağlı kitabın “Yeni Əhd” adlanması, bu obrazın axirətdə gələcək Allahın obrazı olması deməkdir. Başqa sözlə, əgər İsrail oğullarının musəvilik, yəhudilik və şiəlik dinləri əvvəldə və axırda gələcək Allaha aid edilirsə, isəvilik məhz axirətdə gələcək Allaha aid dindir. İsəviliyin digər adı xristianlıqdır ki, bu da öz adını Xrist rəmzindən götürmüşdür. Xrist rəmzi ən qədim mənbələrdəki Xoris/Qoris, yəni qədim Misirin Qor/Xor rəmzindən yaranmışdır. Bu mənbələrə görə, dünyaya hakim kimi yaradılmış Asar/Osiris/Azər Allahı axirətə qədər ölür və axirətdə oğlu Qor onu yenidən dirildir. Mənbələrdə Qor/Xor/Xoris rəmzinə Bek, yəni Bəqa rəmzi də əlavə olunur ki, bu da Bek-Xorisin, sufizmin tərikə yolu ilə Bəqa səviyyəsinə yüksəlib, kamilləşməsi deməkdir. Deməli, isəvilik kimi, xristian rəmzi də axirətdə gələcək Məsihə aid rəmzdir.
Dünyanın ən böyük dinlərindən biri də buddizm dinidir. Bu din öz adını Sakyamuni Buddanın adından götürmüşdür və bu rəmz – sak elindən olan nurlanmış (aydınlanmış, oyanmış, kamilləşmiş) müdrik deməkdir. Budda adı “bodi” rəmzindən yaranmışdır və tam kamilliyə çatmış, ekstatik vəziyyətdə görən, dərk olunmayan şeyləri dərk edən anlamındadır. Lakin bu rəmz “ev” mənasını verən bit/beyt rəmzləri ilə də eynidir. Batinilərdə Sakyamuni rəmzi Sak-Amon mənasını verir ki, bizlərə bu ad - Xelatda “on iki şəhər”ə yiyələndikdən sonra özünü Şah-Ərmən adlandıran II Nəsir əd-din Məhəmməd Sökmən kimi tanışdır. Başqa sözlə, buddizmin yaradıcısı Sakyamuni elə Azərbaycan Atabəgi Sökməndir. Sakyamuninin nurlanmış, aydınlanmış, oyanmış, kamilləşmiş və s. müdrik adlanması da onun tərikə yolunun Bəqa səviyyəsində (hind. nirvana, mokşa) İlahla vəhdətə nail olması deməkdir.
Sakyamuni/Sökmən rəmzi - Sak-Amon anlamındadır və buradakı sak rəmzi qədim Misirdə cildini dəyişmiş ruh mənasını verirdi. Amon isə yazdığımız kimi qədim Misir fironunun (pir) adıdır. Pir Amon ölməmişdən əvvəl göydə, ilkin materiyadan Ra diski, şarı yaratmış, öləndən sonra isə ruhu ərşə qalxaraq bu Ra diski ilə birləşmişdir. Beləcə Sökmən/SakAmon – Ərmənə, yəni Ra-Amon Allahına çevrilmişdir. Bu isə o deməkdir ki, Sakyamuni Budda elə Ra-Amon, yəni Rəhman Allaha çevrilmiş Azərbaycan Atabəgi Sökməndir. Bu haqda biz, “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalədə geniş izah vermişik.
Yazdıqlarımızdan belə çıxır ki, buddizm - ekstatik durum olan qamlıq, şamanlıq məqamında göydə Allah yaratmış Azərbaycan Atabəginin kamilləşməyə aparan tərikə yoludur. Başqa sözlə, buddizmin mahiyyəti – sufizmin bəqa pilləsinə (nirvana) yüksəlmək və İlahla vəhdətə nail olmaq üçün gedilən yoldur. Lakin batin elmində İlahla vəhdət artıq yeni obrazı, ilkin materiya ilə birləşmiş ruhun obrazını əmələ gətirir ki, bu da Ra-Amonun obrazıdır. Qədim Misirdə firon/pir Amonun kamilləşmiş ruhu - Ba adlanırdı və Benu quşu kimi rəmzləndirilmişdi. Amonun Ba ruhunun, qamlıq məqamında yaradılmış Ra diski ilə birləşməsinin insaniləşdirilmiş obrazı isə mənbələrdə İbrahim (Ba-Ra-Qam/Braxmo) kimi rəmzləndirilmişdir.
Buddizmlə bağlı fəlsəfələrdə, pir Amonun ruhunun Ra şarı (diski) ilə birləşməsi (Ra-Amon), yəni İlahla vəhdət – braxmo adlanır. Yaradıcı Allah kimi göstərilən braxmo, hind fəlsəfəsinin Ra-Amon Allahı deməkdir. Braxmo ilə vəhdətə nail olmaq isə artıq hinduizm adlanan digər dinin əsas mahiyyətidir. Bütün Allahlar – braxmonun tərkib hissəsidir, onun təzahürüdür. Hinduizm rəmzinin batini mənaları – “ilk varlıqların göydə, ilkin materiyadan yaratdıqları dünya” deməkdir. Sanskritdə bu rəmz “sanatana-dxarma” (dharma, dhamma) kimi keçir ki, bu da “əbədi din”, “əbədi yol” və ya “əbədi qanun” anlamındadır. Burada əbədi qanun dedikdə ilkin materiyanın qanunları nəzərdə tutulur ki, bu da ilkin materiyanın xaos, yəni təbii vəziyyətidir. Dxarma – saxlayan, dirək olan və eyni zamanda mənəvi qayda, dini borc, var olmanın universal qanunu kimi də mənalar verir ki, bu da göydəki cənnətin və ora düşmənin qanunları anlamındadır. İslamda bu məntiq – həqiqətlə, haqq-ədalətlə və halallıqla yaşamaq mənasındadır. Qədim Misirdə isə bu məntiq – Maatla yaşamaq mənasında, Maat Allahının (ilkin materiyadan yaradılmış Atum) qanunlarına itaət etmək deməkdir. Hind fəlsəfəsində Allahla vəhdətə, yəni nirvana və mokşaya yalnız bu qanunlara riayət etdikdə nail olmaq mümkün sayılır. Bu qanunlarla yaşamış insanlar isə artıq göydəki cənnətdə xoşbəxt həyat qazanırlar ki, hinduizmdə əsasən göydəki bu dünyanın həyatı təsvir edilir.
Bütün bunlar isə o deməkdir ki, hinduizm dini – Xelat göylərində yaradılmış ruhlar dünyasına düşmək istəyən möminin, yerdəki həyatının İlahi qanunlara uyğunluğunu müəyyən edən dindir. Bu tərikə yolu qədim Misirdə Qor pir-fironlarının getdiyi yol adlanırdı. Qor yolu ilə gedənlər qədim Misirdə Şəmsu Qor adlanırdı ki, onlar rəmzi olaraq “bədənlərində iki dünyanı birləşdirən” müqəddəslər sayılırdılar. Onlar bu dünyada mömin həyatı yaşadıqdan sonra ruhları göyə qalxaraq, Xilatdakı Xüld cənnətinə düşür və burada ruhun ikinci həyatı başlayır. Qədim mənbələrdə pirlərin bu Qor yolu ən xoşbəxt həyat sayılırdı.
Yazdıqlarımıza nəticə kimi onu əlavə etmək istərdik ki, bütün dinlərin mənaları - insanların, Azərbaycan Atabəgi Sökmənin Xilatda yaratdığı cənnətə düşə bilməsi üçün qanun-qaydalar toplusudur. Batini mənalarda bu dinlər, Ra-Amon (Rəhman) Allahın əvvəldə yaratdıqları və sonda bu yaradılışını tamamlayacağına inam və inancdır. Əgər yəhudilik və şiəlik Rəhman Allahın əvvəldəki yaradılışı və sondakı bu yaradılışı təkrarlanmasına inamdırsa, isəvilik - axırda gələcək Məsihin gedəcəyi yola inamdır. Əgər buddizm, Azərbaycan Atabəgi Sökmənin Xilatda cənnəti yaratmaq üçün getdiyi tərikə yolu ilə kamilləşməsinə inamdırsa, hinduizm - Allahın bu kamilləşmədən sonra cənnətdəki həyatına inamdır.
Bütün bunlar haqda daha geniş məlumatlar, təkzibolunmaz faktlar, mənbələr Batini-Quran kitabında və digər kitab və məqalələrimizdə verilmişdir.
Firudin Gilar Bəg