Tibb bacısı Kafkanın can verdiyi anı yazır: “Sol gözünü açdı...
14-04-2020, 06:48
”
Kulis.az görkəmi tərcüməçi Vilayət Hacıyevin təcüməsində tibb bacısı Annanın "Kafkanin son günləri" xatirəsini təqdim edir.
Bir tibb bacısının Villi Haas tərəfindən qələmə alınmış xatirəsi
Bir qadın mənə məktub yazıb. Klosternoyburq yaxınlığındakı Kirlinqin Dr. Hofman sanatoriyasında Kafkaya 1924-cü il iyunun üçünə - öldüyü günə qədər qulluq etmiş tibb bacısı Anna... İstəmir ki, adını tam yazım. Kafkanı əvvəlcədən tanımasa da, özünün sadə, məhəbbət dolu qəlbi sayəsində bu adamın necə böyük, nadir şəxsiyyət olduğunu duyub. Yəqin, elə bu təmiz qəlbinin sayəsində də Kafka öləndən sonra onun əsərlərini oxumuş, heç bir ədəbi şərhin köməyi olmadan bir çox məsələlərin mahiyyətini bütün dərinliyi ilə düzgün başa düşmüşdü. “Frans Kafkaya yazıçı kimi qiymət verə bilmərəm, - bu təvazökar qadın yazır, - ancaq bir insan kimi yeganə xəstəm olub ki, həm özünü, həm də sakit ölümü ilə bizi necə sarsıtdığını, çarpayısı önündə necə ağlaşdığımızı hələ də unuda bilmirəm”.
Kafka ciyər, qırtlaq, axırda da əlacsız bağırsaq vərəmi xəstəsi idi. Ətrafı gənc aktrisa Dora Diamantdan, gənc həkim dostu Dr. Klopştokdan ibarət idi. Çox əzablar çəkmiş Kafka Dora Diamantın şəxsində, nəhayət, mənəvi rahatlığını tapmışdı. Gecə-gündüz çarpayısı önündən çəkilməyən Dr. Klopştok da onun üçün çox şey demək idi. Kafkanın çox maraqlandığı dini-fəlsəfi mövzuda onların maraqlı müzakirələrini, mübahisələrini yaxşı xatırlayırıq.
Kafka hələ də günün çox hissəsini yazmaqla keçirirdi. Ancaq tədricən yeməkdən kəsildi, axırda heç nə yeyə bilmədi. Tibb bacısı çox qəribə bir müşahidə aparmışdı: “Kafka ölümündən yeddi il öncə “Aclıq ustası” novellasında kiminsə yeməkdən necə iyrəndiyini təsvir edir, sonralar qırtlaq vərəmi kəskinləşdikcə yazdıqları öz başına gəlir”.
Onun hələ xəstə olmadığı vaxtlarda da ət xörəyindən iyrəndiyini hamı bilirdi və bunun da çox dərin, ritual səbəbləri vardı. Ancaq bu “rituallıq” onun yəhudi dini ilə deyil, şəxsi inancı ilə bağlı idi və Bernard Şounun maarifçi vegetarianlıq nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdu. Kafka kiminsə nədənsə ləzzət aldığını görəndə sevinirdi. Ona gətirilən şərabları tibb bacısı Anna içirdi və Kafka onun şərabı necə ləzzətlə içdiyini görəndə məmnuniyyətlə gülümsəyir, “elə bil özüm içirəm” deyirdi.
“Onun ruhu çox vaxt yazdıqları ilə məşğul olurdu”, - bu qoca, yetmiş üç yaşlı qadın belə yazmışdı. Bəlkə də, elə buna görə idi ki, həmin qadının da qeyd etdiyi kimi, vərəm xəstələrinin ölümdən qabaq intensiv şəkildə güclənən həyat həvəsi, eyforiyaya düşməsi Kafkada hiss olunmadı. Ölüm ayağında olan Kafka bacardığı qədər iynələrə qarşı çıxır və müalicə həkimi Dr. Orenştayna deyirdi: “Çəmənlikdəki zanbaqlara da iynə lazım deyil!”
Kafka ölümü üçün artıq bəzi “hazırlıq işləri” də görmüşdü. Onun Dr. Klopştokla razılığa gəlməsi hamıya məlumdur: bütün ümidlər kəsiləndə Klopştok iynə ilə ölümü sürətləndirməli idi. Ola bilsin, zəif anlarında Doraya da onunla bir yerdə ölməyə - intihar etməyə razılıq vermişdi. Ancaq bunların heç biri yerinə yetirilmədi. Çox güman ki, üçüncü bir gizli razılaşma da olmuşdu: vəfalı Klopştok bir bəhanə ilə Doranı harasa göndərsin ki, o, Kafkanın necə can verdiyini görməsin. Klopştok elə də elədi, qıza bir məktub verib poçta göndərdi.
Ancaq son dəqiqələrində Kafka Doranı istədi. Tibb bacısı yazırdı: “Tez xidmətçi qızı onun arxasınca göndərdim, çünki poçt yaxında idi...” Dora əlində gül dəstəsi təngnəfəs içəri girdi. Yəqin, onu təzəcə almışdı. Kafka, demək olar, huşsuz idi. Dora gülləri onun burnuna yaxın tutdu: “Frans, gör nə gözəl güllərdir, bir iylə...” - deyə pıçıldadı. “Bəlkə də, artıq bu dünyada olmayan Kafka qəflətən dikəldi, gülləri iylədi... İnanılmaz idi!.. Ancaq bundan da inanılmazı o idi ki, onun sol gözü açıldı, sanki canlı idi... Kafkanın qəşəng, parlaq gözləri vardı, təbəssümü çox şey deyirdi, özü danışa bilməyəndə gözləri, əlləri dilə gəlirdi...”
"Xəzər" jurnalı, 2017/4