10 İYUN 2020-ci İL : SƏFƏVİLƏR SÜLALƏSİ -- 725 İL
11-06-2020, 00:02
SƏFƏVİLƏR Hakimiyyətinin BİRİNCİ Şeyxi, SƏFƏVİLƏR Sülaləsinin banisi , MÜRŞİD(mənası Azəri dilində "Müəllim"deməkdir) , PİR(mənası Azəri dilində "Rəhbər"deməkdir) , ŞAH İSMAYIL XƏTAİnin ULU babası ŞEYX SƏFİƏDDİN əl-İshaq əl-Musavı əl-Ərdəbilli 13 iyun 1252-ci ildə Azərbaycanın ƏRDƏBİL şəhərinin KƏLXURAN kəndində anadan olub.
Bəli məhz gələcəkdə qurulacaq SƏFƏVİLƏR İmperiyasının elmi, dini, mənəvi bünövrəsi 10 İYUN 1295-ci ildə Şeyx Səfiəddin İSHAQ tərəfindən qoyulmuşdur. Ana dili - Azəri dili ilə bərabər, Gilan, Pers, Ərəb və Monqol dillərini də tam bilən Şeyx Səfi 25 il məhşur Gilan şeyxi və gələcək qaynatası olacaq Hacı əd-Din Zahidin MÜRİDi(Azəri dilində "Tələbə" mənasını verir) olub və 1294-cü ildə qayınatasının vəfatından sonra onun yerində SƏFƏVİYYƏ TƏRİQƏTinin PİRi(Azəri dilində "Rəhbər" mənasını verir) olur.
TARİXİ ARAYIŞ :
"" "" "" "" "" "" "" "" "
..... Hacı əd-Din Zahid(Şeyx Zahid Gilani) Azərbaycan Atabəyləri(Azəri dilində "ATABAKAN- E AZƏRBAYJAN") və ya tarixə ELDƏNİZLƏR İmperiyası kimi düşmüş, müasir Azərbaycanın LƏNKƏRAN Şəhərinin o zamanlar Siyavurd adlanan, hazırda isə Siyavar kəndində 1218-ci ildə anadan olub. Qeyd edim ki, Siyavar kəndində, 1972-ci ildə Yaponiyada "ponkan" və "kiyomi" adlı mandarin sortlarıın hibridi olan "Hallabonq" meyvəsi bağları var. Xatırladım ki, bu meyvə dünyada cəmi 5 ölkədə yetişdirilir ki, bunların biridə məhz Azərbaycanımızda, doğma Lənkəranımızdadır. Əziz oxucularım özünüz ardıcıllığa fikir verin. Əgər AZƏRİlərin ELDƏNİZLƏR imperiyamızı məlum sərhədlərinə baxsaq görərik ki,ayrı-ayrı illərdə Naxçıvan, Həmədan və Təbriz kimi şəhərlərimizin paytaxtı olduqları, 1136-cı ildən 1225-ci ilə kimi, 90 il mövcud olan, əsası Şəmsəddin Eldəniz tərəfindən qoyulmuş bu imperiyamız ƏRZURUM şəhərimizdən müasir ƏFQƏNİSTAN sərhədlərinə qədər uzanan ərazilərimizi əhatə edirdi. Yeri gəlmişkən Azəri Millətimizdən olan Şəmsəddin Eldəniz baxmayaraq ki, tarixi mənbəələrdə doğum yeri bilinmir yazılır amma müasir İranın ərazisində yerləşən CƏNUBİ Naxçıvanın müasir İran Culfa şəhərində doğulub. 23 noyabr 1175-ci ildə Naxçıvanda vəfat edib və Həmədanda dəfin edilmişdir. Ölümündən sonra isə Hakimiyyətə oğlu Məhəmməd Cahan Pəhləvan gəlmişdir. Azərbaycanın 1175-1186-cı illərdə 11 il, ll Böyük Atabəyi olan Məhəmməd Cahan Pəhləvan 1137-ci ildə Ərdəbildə DOĞULUB. Anası Möminə Xatun(1175-ci ildə vəfat edib) olub. Möminə Xatunun ilk həyat yoldaşı Səlcuq sultanı II Toğrul olub. İkinci həyat yoldaşı Şəmsəddin Eldənizlə evliliklərindən isə iki oğlu ; 1.Məhəmməd Cahan Pəhləvan və 2.Qızıl Arslan.....Möminə Xatunın vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvanın göstərişi ilə məhşur Azərbaycan memarı Naxçıvan-Mağara Memarlıq məktəbinin yaradıcısı Əcəmi Naxçıvaninin rəhbərliyi ilə "Möminə Xatun" Türbəsi tikilmişdir........ Məhəmməd Cahan Pəhləvan 1186-cı ilin aprel ayında Həmədanda Təbərək qalasında vəfat edib, Naxçıvanda yerləşən Atabəylər Memarlıq kompleksində dəfin edilib.
...... Şeyx Səfi Ərdəbillinin Şeyx Zahid Gilaninin qızı olan Bibi Fatimə ilə evliliyindən olan oğlu Şeyx Sədrəddin Ərdəbilli atasından sonra Səfəviyyə Təriqətinin ll şeyxi olub. Şeyx Sədrəddinin tam adı -- Şeyx Sədrəddin Musa ibn Şeyx SƏFİƏDDİN İSHAQ olub. O da atası Seyx Səfi kimi Ərdəbilin Kəlxoran kəndində 1305-ci ildə anadan olub. Şeyxlik etdiyi illər 1334-1391-ci illərdə 57 il olmuşdur. 1391-ci ildə, 86 yaşında, Ərdəbildə vəfat edib və orada dəfin edilib.
SƏFƏVİLƏR Təriqətinin, 1391-1424-cü illərdə, 33 il, lll Şeyxi Şeyx Sədrəddinin oğlu Şeyx Əli(tam adı -- Şeyx Xacə Ələddin Əli olub) 1368-ci ildə Ərdəbildə anadan olub, 1429-cu ildə, 61 yaşında Qüdsdə vəfat edib, Təbrizdə isə dəfin edilib. Həyat yoldaşı, Azərbaycan torpaqlarımızda 1336-1432 illərdə mövcud olmuş CƏLAİRİLƏR SULTANLIĞInın, 1374/82-ci illərdə, 8 il Sultanı olmuş Cəlaləddin Hüseynin nəvəsi Cəlacan olub. Bu ailəliyindən iki oğlu -- Şeyx İbrahim və Şeyx Cəfər doğulub lar.
SƏFƏVİLƏR Təriqətinin, 1424-1447-ci illərdə, 23 il, IV Şeyxi, Şeyx Əlinin böyük oğlu Şeyx İbrahimdir. Şeyh Ibrahim 1401-ci ildə Ərdəbildə doğulub, 1447-ci ildə, 46 yaşında, Ərdəbildə vəfat edib və orada dəfin olunub.
Şeyx İbrahimin ölümündən sonra, kiçik qardaşı Şeyx Cəfər və oğlu Şeyx Cüneyid arasında Şeyx başçısı olmaq uğrunda çox ciddi mübarizələr olub. Xatırladım ki, Şeyx Cəfər necə deyərlər SƏFƏVİLƏR Təriqətinin, 1448-1460-cı illərdə, 12 il müddətinə, de-fakto Şeyx rəhbəri olsada, de-yure, Şeyx İbrahimin oğlu Şeyx Cüneyid olub. Belə ki, hər zaman olduğu kimi Azərbaycanda "kreslo davası" edənlər olub və var. Bu hətda dini rəhbərlik "kreslo davası" kimidə özünü məhz SƏFƏVİLƏR Təriqətinin V Şeyxi nin hakimiyyəti illərində ƏMİ və QARDAŞ OĞLU arasındakı "kreslo davası"ndada xalqımıza böyük bəlalara başa gəlmişdir......
Nə isə keçək əsas mövzumuza :
SƏFƏVİLƏR təriqətlərin, 1460-1488-ci illərdə, 28 il, VI Şeyxi hakimi olan, ŞEYX Cüneydin, Uzun Həsənin bacısı Xədicə Bəyimdən doğulan oğlu Şeyx Heydərdir. Maraqlıdır ki, Şeyx Heydər Diyarbəkirdə, dayısı Uzun Həsənin iqəmədgahında, doğulduğu andan, (xatırladım ki, atası o doğulmamış ölmüşdür) ŞEYX elan edilmiş və 28 yaşında, 9 iyul 1488-ci ildə ölümünə qədər ŞEYX hakimi olmuşdur.
Şeyx Heydər 1471-ci ildə, 11 yaşında olarkən, dayısı qızı Aləmşah Bəyimə evlənmişdi. Aləmşahbəyim də 1460-cı ildə anadan olub və evlənərkən hər ikisinin 11 yaşları olub. Bu evlilikdən 3 oğulları olub. Azərbaycan SƏFƏVİLƏR İNPERİYASININ yaradıcısı Şeyx İSMAYIL bunların üçüncü oğullarıdır. Birinci oğulları Şeyx Sultan Əli, ikinci oğulları isə Şeyx İbrahimdir...
Dahi sərkərdəmiz,AĞQOYUNLULAR Dövlətimizin IX hökmdarı UZUN HƏSƏN(doğulub-1423, vəfat edib ,55 yaşında, 6 yanvar 1478 ildə) və Dəspinə xatun(doğulub-1438,vəfat edib-1507) qızları, ŞAH İSMAYIL XƏTAİnin Anası, Aləmşah Bəyim 1522-ci ildə 62 yaşında Ərdəbildə vəfat edib və Ərdəbildə "Şeyx Səfi" kompleksində dəfin edilib....
Əziz azərbaycanlılarım Keçmişimiz, Əcdadlarımız, Olanlarımız, Tariximiz o qədər maraqlıdır ki, sanki bir mövzunu danışmaq digər mövzunu danışmağa vadar edir... Nə isə yenidən qayıdaq mövzumuza :
SƏFƏVİLƏR Təriqətinin,VII Şeyxi, 07 iuyi 1488-ci idən 1494-cü ilə, 6 il, Şeyx hakimi, Şeyx Heydərin böyük oğlu, SƏFƏVİLƏR sulaləsində ilk dəfə özünə "PADŞAH" titulunu götürmüş, Şeyx Sultan Əli olub. Belə bir maraqlı faktı xatırladım sizlərə ; Baysunqura qarşı mübarizədə sultan Rüstəmə Sultan Əli əvəzolunmaz kömək etməsinə baxmayaraq, Sultan Rüstəm xayıncasına Sultan Əlini 1494-cü ildə Ərdəbildə öldürtdü və orada dəfin edilib.
Və nəhayət SƏFƏVİLƏR TƏRİQƏTinin sonuncu VIII Şeyz hakimi olmuş DAHİ ŞAHIMIZ ---
ƏBDÜL-MÜZƏFFƏR İSMAİL İBN HEYDƏR ƏS-SƏFƏVİ adı ilə məhşur SƏFƏVİLƏR İMPERİYAmızın QURUCUSU, SƏRKƏRDƏmiz, ŞAHımız, ŞAH İSMAYIL Xətayi. Bu şəxsiyyət ilk hakimiyyəti illərindən SƏFƏVİLƏR TƏRİQƏTİNİN Şeyxi və DÖVLƏT HAKİMİYYƏTi başçısını BİRLƏŞDİRDİ.
SƏFƏVİLƏR İNPERİYASININ, 1501-ci ildən 23 May 1524-cü ilə kimi, 23 il, ilk şahı ŞAH İSMAYIL SƏFƏVİ, 17 iyul 1487-ci ildə AĞQOYUNLULAR Dövlətimizdə, ƏRDƏBİL şəhərimizdə anadan olub, 23 may 1524-cü ildə Sərabda vəfat edib və Ərdəbildə "Şeyx Səfi" kompleksində dəfin edilib....Səfəvilər İmperiyası(QIZıl başlar dövləti) 1501-ci ildən 1736-cı ilə kimi 235 il müddətdə, bizim erada Azərbaycanın Ən böyük əraziyə malik dövlətimiz olub. Xatırladım ki, Azərbaycan torpaqlarını özündə birləşdirən ən böyük dövlətimiz isə Çinin SYA və TSYA tarixi MƏNBƏƏLƏRİNDƏ paytaxtı ƏRDƏBİL şəhərimiz olan AZƏRİAN MƏMLƏKƏTi olmuşdur..
P. S... "ƏRDƏBİL" qədim AZƏRİ Dilində ""ARTA""("Müqəddəs") və ""VİL""("şəhər") sözlərinin birləşməsi ""ARTAVİL"" --- "MÜQƏDDƏS ŞƏHƏR" mənasını verir.....
Bəli SƏFƏVİLƏR TƏRİQƏTININ Şeyx hakimlərinin l -dəb VIII- ə olan hər birini sizlərə xatırlatdım. Hər birimizin borcu bu tarixi REYALlıqları bugünkü və gələcək nəsillərimizə MÜTLƏQ tanıdıb-öyrətməliyik ki, tarixi Şərayit yetişəndə, zaman gələndə ULU BABA TORPAQLARIMIZA SAHİB ÇIXMAĞA həm tarixi əsaslarımız və həm də YENİ NƏSİL İNSAN KAPİTALlarımız olsun. Əks halda həm MİLLƏTİMİZ və həmdə XALQIMIZ məhvə məhkumdur!!!""
İbrahim Həsənov- (İBO)
Kanal24.az