Batin fəlsəfəsi: İlahi od “daşıyan” Azəri ərənləri

28-06-2020, 08:56           
Batin fəlsəfəsi:
Bu məqalə, digər məqalələrimiz kimi sufi-batin məntiqi ilə yazılmışdır. Riyazi təfəkkürü, qədim mənbələrdən xəbəri olmayan və dərindən düşünmək qabiliyyətindən uzaq insanlar Batin fəlsəfəsini fantaziya, təxəyyül adlandırırlar ki, bu da onların cahilliyinə sübutdur. Biz isə tam məsuliyyətlə bildiririk ki, yazdıqlarımız - Əflatun, Filon, Sührəvərdi, Qəzalı və s. dahilərin fəlsəfələrinin davamıdır və tam həqiqətdir.



Azərbaycan tarixi dünyanın ən sirli tarixi kimi qəbul olunmalıdır. Çünki, qədim mənbələrdəki informasiya bolluğuna baxmayaraq, tariximiz hələ də naməlum olaraq qalır. Lakin bu məchulluq yalnız yazıların zahiri mənasına görədir. Yazıların batini mənalarında sirr deyilən bir şey yoxdur. Batinilər üçün bütün tarix təkcə yazılarda yox, rəsmlərdə, heykəllərdə, qabartmalarda, miniatürlərdə və s. sənət əsərlərində də rəmzləndirilmişdir ki, bu baxımdan Azərbaycan tarixini digər xalqların “tarixi” ilə səhv salmaq mümkün deyil.

Mənbələrdə Azərbaycan adı Azərbayqan kimi də yazılır və Həməviyə görə “Azər” pəhləvicə “od”, “Bayqan” isə “qorumaq” deməkdir. Başqa sözlə, Azərbaycan – “İlahi Odun qorunduğu yer” anlamındadır. Azərbaycanın digər Atropat adı da qədim fars dilində “odun hökmranı” və ya “İlahi Odun qoruduğu” mənasındadır (Məqalə “Azəri, Azərbaycan nə deməkdir? Sirlər xəzinəsi”, sayt: http://gilarbek.blogspot.com/2012/08/azri-azrbaycan-n-demkdir-sirlr-xzinsi.html?m=1). Bunlar o deməkdir ki, ölkəmiz və xalqımız sirli İlahi odla bağlıdır və biz bu məqalədə İlahi oda tam izah verməyə çalışacağıq.

Sufi-batinilərdə və qədim fəlsəfədə İlahi od - ilkin materiyanın, dirilik suyunun rəmzidir ki, bu da hər şeyə həyat vermiş substansiyadır. Dünyanın bütün flora və faunası bu substansiyanın hesabına yaranmışdır və onunla vəhdətə nail olan bütün dünyaya sahib ola bilir. Bu substansiya ilə birləşməyin yeganə yolu isə, sufizmin tərikə silsiləsini qalxaraq “Bəqa”, yəni bəglik (İlahla vəhdət) fazasında ilkin materiyaya qovuşmaqdır. Bu pillədə sufi, İlahla vəhdətə nail olur və ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi, o cümlədən canlı varlıq yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Sufilər bunu “Vəhdət əl Vücud”, “İttihad əl-ləhud bin nəsut” adlandırırlar. Məhz bu səviyyədə Azəri pirlərinin cəddi firon/pir Amon İlahi oddan, yəni ilkin materiyadan göydə kosmik insan formasında Allah yaratmış, Ruhu da ərşə yüksələrək, bu Adəmin bədənini canlandırmışdır.

Ən qədim mənbələrdə İlahi od - Asar, yəni Osiris Allahına aid edilirdi ki, Asar ölkəsi də mənbələrdə Assur, Aşşur və Azər kimi yazılırdı (Məqalə “Assuriya – qədim Azərbaycan ölkəsidir”, sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html?m=1). Müqəddəs kitabımız olan Quranda Azər - büt düzəldib onları İlahlara çevirən varlıq kimi nəzərə çatdırılır. Azərin oğlu İbrahim peyğəmbər bu kitaba görə, İlahi oddan ev tikmiş və oranı ölkəyə çevirmişdir. İlahi oddan yaradılmış bu evin tikilişi isə Quranda Musa peyğəmbərə aid edilir. Tövrat, Musa peyğəmbərin göydən gətirdiyi İlahi oddan yaratdığı cənnəti - Allahın Sakin (Skinya) olduğu “Vəhy çadırı” adlandırır. Tövrata görə, qurbangahda möcüzəvi surətdə yanmağa başlamış bu müqəddəs od, bura mütəmadi tökülən qurbanların qanı hesabına həmişə yanır və tüstüsü göylərə qalxır. Bu isə o deməkdir ki, İlahi od - qurbangahda, qurban ruhları vasitəsi ilə yerə gətirilmiş və məhz ondan cənnət (çadırı) yaradılmışdır. İslam dahilərindən olan Mühiddin ibn Ərəbi də “od” rəmzini cənnətə aid edir ki, burada yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər olurlar. Qurana görə, Allah da bu İlahi oddan yaranmış Nurdur. Quranda, qədim Misirin Ra günəş diski - içində Nur olan şüşə Ulduz kimi rəmzləndirilmişdir (Quran, 24:35). Belə çıxır ki, İlahi odla bağlı olan qədim Misir Allahı Ra-Amon, elə islamın Rəhman adlandırdığı Allahdır. Rəhman Allahın ərşə yüksələrək oranı tutması da, firon Amonun - Ra-Amon (Rəhman) Allahına çevrilməsi mənasındadır (Məqalə “Ra-Amon Allahın Azər dağı”, sayt: http://www.gilarbeg.com/?sehife=oxu〈=1&content=1259).

İranşünas alim M. Boys İlahi odu - Farbağın odu sayır və Farbaq rəmzini “Farnanın yiyəsi” və ya “Farnanın hesabına uğur qazanan” kimi mənalandırır. Far/Farna rəmzi - efir, yəni ilkin materiya deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir. Lakin bu rəmz həm də firon, yəni pir kimi də oxunur. Başqa sözlə, Farnbaq, Farbaq elə fironbəg, pirbəg deməkdir.

İlahi odla bağlı Ammian Marsellin bildirir ki, maqlar özlərində heç vaxt sönməyən və göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirirdi. İranşünas alim R. Fray bildirir ki, Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı. Bişapurda olan sütundakı yazıda, Şapur odu – “odlar şahı” adlandırılır və tədqiqatçılar güman edir ki, o - əsgərlərin “Quşnasp odu” ilə eyniləşdirilir; sonuncu isə sonralar “odların müzəffər şahı” adını alır (Məqalə “Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?”, sayt: http://gilarbek.blogspot.com/2013/07/israil-sahlgn-allah-kim-vsiyyt-etmisdir.html?m=1).

Bütün bunlar o deməkdir ki, Farnbaq dedikdə - qədim Misir fironu, yəni piri olan Amon (Əman) nəzərdə tutulmalıdır. Məhz o Bəqa səviyyəsinə yüksələrək, İlahi odla, yəni ilkin materiya ilə vəhdətə nail olmuş və Ra-Amon/Rəhman Allaha çevrilmişdir. Ra-Amon şahın odu da - Onun şahlığının əvvəlində, yəni Rəhmanın ərşə yüksəldiyi zaman yandırılmışdı.

İlahi odun saxlanıldığı daşınan mehrab Tövratda Əhd sandığı adlandırılır və bu sandıq yəhudilərin, yəni Xəzər/Azəri türk bəglərinin ən müqəddəs abidəsi hesab olunur. İnama görə, qarşısına Əhd sandığı qoyulmuş ordu məğlubedilməz olur və bu sandıq həmişə xoşbəxtlik, yenilməzlik gətirir. Buna görə də, indiki yəhudilər və ümumiyyətlə bu haqda məlumatı olanlar, həmişə onun axtarışında olmuşlar.

Yəhudilər Əhd sandığını “Aron” rəmzi ilə qeyd edirlər ki, bu rəmz həm də Əhd sandığını qoruyan, Allahın qarşısında duran, Ona qulluq edən və Onun adı ilə xeyir-dua verən xüsusi nəslin adıdır. Tövratda Aron (Aaron) nəsil Levit adlanır və bu kitaba görə Allah özü bu nəsilin “Davamı”, onların bir “Hissəsi” hesab olunur. Yəhudilərin Aron nəslinin elə Albanların Aran şahları, şiələrin Ərən müqəddəsləri olmasını biz kitab və məqalələrimizdə elmi sübut etmişik (Məqalə “Расшифровка Торы с помощью “язык птиц”: От Адама до левитов-алевитов”, Sayt: https://firudin.blogspot.com/2020/06/blog-post.html?m=1). Belə çıxır ki, Aron/Aran/Ərən nəsli - içində İlahi od olan Aron sandığının şəxsləndirilmiş rəmzidir. Başqa sözlə, bu insanlar İlahi odla bağlı olan, ondan söz və fikirləri vasitəsi ilə istifadə edə bilən müqəddəslər nəslidir. Alban mənbələrində bu nəsil Sisakan nəsli adlanır ki, bu rəmz Tövratdakı Skiniya, İslamdakı Sakin rəmzidir. Skiniya - Musa peyğəmbərin İlahi oddan yaratdığı Vəhy çadırıdır və bu çadır - üzərinə çadra atmış insanın rəmzidir. İslamda bu çadra - peyğəmbərimizin üstünə atdığı Əba, Kisa çadrasıdır ki, onun altında olanlar Əhli-Beyt adlanır. Deməli, çadır altındakı Beyt elə İbrahim peyğəmbərin İlahi oddan yaratdığı Beytidir və Mühiddin ibn Ərəbiyə görə məhz burada - yüksək əbədi səviyyələri olan elçi və peyğəmbərlər öz ikinci həyatlarını yaşayırlar. Batinilərdə peyğəmbər-nəbilərin bu İlahi odlu Beyti – “Nəbi-Eli” (NB-L) anlamındadır ki, bu rəmz də elə Alban (L-BN) rəmzidir. Başqa sözlə, batinilərdə Albaniya - padişahlar və peyğəmbərlər nəslinin ruhlarının ölümsüzlüyü üçün İlahi oddan yaradılmış ruhlar dünyasıdır.

Qədim rəsmlərdə, miniatürlərdə İlahi odlu ev - cinlərin yaşadığı yer kimi, başı oddan olan Məhəmməd peyğəmbər və imam Əli isə bu evin qapısında təsvir edilir. 16-cı əsrə aid “Şahnamə”yə aid illyustrasiyada isə Süleyman şahın başı od içində göstərilir. Ən qədim mənbələrdə od içində Xalda Allahı da qeyd olunurdu. Xalda (Halda) - Azərbaycan Atabəglər ailəsinin Xelat malikanəsidir. Lakin Xalda/Xelat Allahı rəsmlərdə Aslanın üstündə də göstərilir ki, bu da Cəlair-Qacar şahlarına aid rəmzdir. Biz məqalələrimizdə göstərmişik ki, rəsmlərdəki Allah (Günəş) və Aslan rəmzləri Bəsmələ mənasında - əvvəldə gələn Ra-Amon/Rəhman və axırda gələcək və Aslan rəmzində olan Mehdi/Moşiax/Məsih deməkdir (Məqalə “Bəsmələnin rəmzlərlə ifadələri”, sayt: https://firudin.blogspot.com/2020/06/bsmlnin-rmzlrl-ifadlri.html). Bu isə o deməkdir ki, İlahi odun içində göstərilən Məhəmməd peyğəmbər və imam Əli - İlahi Farnbaq odunu daşıyan Azəri pir-bəgləridirlər. Başqa sözlə, Məhəmməd peyğəmbər - Əvvəldə gələn Ra-Amon Allahın obrazıdır. Bu Allahın şahlığının başlandığı dövrdə yandırılan və Əhd sandığında saxlanılan İlahi odu da məhz Azərbaycan ərazisində qorunur.

İsidor Xarakskiyə görə, əbədi od, “Arsakın ilk dəfə şah elan olunduğu” Asaak şəhərində saxlanılırdı. Əl Kufiyə görə isə, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminin 45 km yol məsafəsindədir (Məqalə “Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?”, sayt: http://gilarbek.blogspot.com/2013/07/israil-sahlgn-allah-kim-vsiyyt-etmisdir.html?m=1). Deməli, İlahi odun saxlandığı Əhd sandığı Ərdəbildən Talış dağları istiqamətində 45 km məsafədəki bir dağın altında, qədim Misirdə Sokaris, yəni Arsak adlanan mağarada qorunur. Eyni fikir yəhudi mənbələrində də təsdiqlənir. Kordova xilafətinin baş naziri olan yəhudi Xasday ibn Şafrutun Xəzər şahı İosif ilə məşhur “Xəzər yazışmalarına” görə Vəhy çadırı, Əhd sandığı və s. İlahi əşyalar məhz Ərdəbil şəhərinin yaxınlığında qorunur. Bu ərazi, bu gün Yardımlı adlanan rayonun ərazisidir. Bütün Yardımlı toponimləri Tövratda və s. abidələrdə qeyd olunan ən qədim toponimlərdir. Burada Aran/Haran/Kəran/Ğaran və s. bənzər rəmzlər çoxlu toponimlərdə qalmışdır. Buranın əhalisi isə pir-bəglər, seyid-şıxlar və s. Azəri müqəddəslərinin törəmələridirlər. Bu bölgədə çoxlu pirlər var ki, bu gün də insanlar ora nəzir gətirib, arzularının həyata keçməsi üçün ruhlardan kömək istəyirlər. Başqa sözlə, İlahi odun saxlandığı yer dedikdə biz indiki Yardımlı rayonu ərazisini, bu İlahi odu daşıyanlar dedikdə isə Azəri pir-bəglərini, ərənlərini nəzərdə tutmalıyıq.

Azər odu daşıyan müqəddəslərin indiki törəmələri, onların İlahi nurdan yaranmalarını, ölümsüzlər nəsli olmalarını deyimlərdə qeyd edirlər. Hələ keçən əsrin ortalarına kimi, Azəri pirləri - söz və fikirləri vasitəsi ilə təbiətə, canlılara fiziki təsir edə bilirdilər. Məhz buna görə, indi də xalqımız rəhmətə getmiş pirlərin qəbrinə nəzir aparıb, onların İlahi odundan kömək diləyirlər.

Dünyadakı bütün varlıqlar - İlahi odun, yəni ilkin materiyanın sürətinin zəifləmiş, yəni materiallaşmış formasıdır. Bu İlahi odun bir damlası ana bətninə düşərək uşağa can verir. İnsanda əsəb sistemini təşkil edən bu İlahi od, eyni zamanda bütün xəstəlikləri də sağaltmaq qüdrətinə sahibdir. Lakin bu od həm də pirin sözü və fikri ilə dağ partlatmağı, təbiətə aktiv təsir edərək iqlim dəyişməyə də qadirdir. Kitabi Dədə Qorqudda iqlim rəmzi Aran rəmzinə aid edilir ki, bu da təbiətin, iqlimin - Alban Ərənşahlarının göydə yaratdığı Vəhy cadırı ilə bağlı olmaları anlamındadır. Bu kitabda Vəhy çadırı - yer üzünə dikilmiş Ala çadır kimi qeyd olunur ki, bu çadırın içi də İlahi odun var olduğu cənnət mənasındadır.

Qədim mənbələrə görə axirətdə yer üzünə dikilmiş Ala (El) çadır işıqda parçalanacaq və göydəki dünyanın sonu olacaq. Bu zaman dünyada iqlim dəyişkənliyi başlayacaq və bu da ciddi kataklizmlərə gətirib çıxaracaq. Lakin sonda, göydə ikinci çadır, yəni yeni cənnət yaranacaq və dünyada “qızıl əsr” başlayacaq.

Firudin Gilar Bəg

Sadıq Gilarbəyli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.