PAT(I) olduq...

31-07-2021, 08:48           
PAT(I) olduq...
Patı...işsizlik...
Patı...cahillik...
Patı...bekarçılıq...
Patı...savadsızlıq...
Patı...əlacsızlıq...
Patı...xaraktersizlik...
Patı...məcburiyyət...
Patı...pozulan həyat...
Patı...ölməyin qısa yolu...
Patı...fiziki, mənəvi zəlillik...
Patı...acizlik...
Patı...gələcəyin sonu...
Patı...milli genefondun məhvidir!
Patı...övladları yetim qoyan...
Patı...valideynləri acizləşdirən...
Patı...əxlaqsızlıqdır!
Patı...acın da, gicin də, bicin də ortaq nöqtəsidir!
Patı...qazanc...
Patı...çirkli iş yeri...
Patı...siyasət...
Patı...biznes...
Patı...təsir vasitəsi...
Patı...düşmən aləti...
Patı...gəlir...
Patı...nəfsin ağası, PULdur!
Bir də patı, var olmaqla, olmamağın sərhəddidir artıq Azərbaycanda!
Patı...patı...bir də çoxdankı məsuliyyətsizliklərin nəticəsidir. Ürək eləyib demək də olmur bəzən. Hamı küsür, inciyir, xəbər yollayır, trol göndərir, söydürür, ağıl verir, xəbərdarlıq edir, hədələyir...
Indi şahmat lövhəsinə bənzəyir ölkə. Pat(ı)-şahmat dilində çıxılmazlıq, dalana dirənmək deməkdir axı. Yəni demək istədiyim o ki, bu patı ölkəyə gətirənlər utansın bir az da. Çünki insanlar yorğundur bu ölkədə hərkəsin əvəzin utanıb, problemlər yaşayıb, pat(ı) olmaqdan!
Jalə Mütəllimova
Teref.az
31.07.2021.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru