Camaatın intiminə girməyin...

4-08-2021, 19:45           
Camaatın intiminə girməyin...
Bu Eldəniz sabiq deputatın məsələsində mənim işim o, haqq etdiyi cəzanı aldığı anda bitdi. Etirazım onun əməlinə, göstərdiyi və ölkədəki cəzasızlığa idi. Indi, baxıram, yazırlar, sabiq deputat filankəslə filan ölkəyə gedib, neynəyib, neynəməyib.
Bu artıq adamın intiminə girməkdi. Ailəsi, övladı varsa onları pərən-pərən salmaqdı. Bu pis nümunədir. Eyni ilə Eldəniz bəyin özünün göstərdiyi kimi. Belə şeyləri ictimai nümayişlə edirsinizsə bu ikiqat eybəcərlikdi. Bunu Xədicə Ismayıl, Qənimət Zahid, Sevinc Osmanqızı, Azər Əhmədov və digərləri ilə bağlı da demişəm, yazmışam. Siyasət və mübarizə intimə girməməlidir. Belə davranış siyasi ədəbsizlikdi. Və əgər ki, buna özünə media, jurnalist deyən biri və ya biriləri əl qoyursa, prosesi işıqalandırırsa, yazırsa, ya da onlara bunu biriləri yazdırırsa, kimsə inciməsin, yazdırandır peşəkar. Çünki məhz yazdıran məqsədinə çatır. Məqsəd, ölkədə vətəndaşı, ictimai rəyi kütbeyin eləmək, siyasi proseslərdən yayındırmaq, şou, şəxsi həyat, intim marağında olan biri kimi yetişdirməkdir. Vətəndaş ictimai təbliğat nəyi göstərir, təbliğ edirsə, onun ardıyca gedir və o cür yetişir.
Bu arada, kimsə insanlıqla, vətəndaş olmağı qarışdırmasın. Yaxşı insan, yetişdirilməyəndə, yaxşı vətəndaş olmur. Bunu anlamayan media və ya onun siması jurnalist deyil, hələ peşəkar, heç deyildir. O müxtəlif sahənin peşəkarları üçün əldə alət, vasitədir. Və istənilən an, sıradan çıxarıla bilir.
Biz bu gündən sonra şou sevən yox, ağıllı, tələbkar, savadlı vətəndaş yetişdirməsək, bölgədə, regionda və dünyada var ola bilməyəcəyik. Prespektivimiz bütün səylərə rəğmən, sıfır olacaq. Çünki ağılla yönəldilən bütün işin arxasında mütləq səni anlayqn vətəndaş durmalıdır. Qarabağı brlə uddu Azərbaycan dövləti və Prezidenti. Qarabağı geri almaq üçün yaxşı yetişdirilmiş vətəndaşlarla.
Odur ki, indi zəhmət çəkin, durdurun prosesi. Bu intim məsələlər çox pis ənənələrin hələ sonlandırılmadığının təsdiqidir. Ya da çəkilin, medi içinin başına bu prosesi durdura bilənlər gəlsin.
Regionda güc olmağa iddia edən, dövlətin mediasını yönəltmək uşaq oyuncağı, uşaq işi deyil, hələ eksperimentlər üçün labaratoriya heç deyil...
Jalə Metəllimova
04.08. 2021.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.