OLİMPİYA OYUNLARI:"BƏS BİZƏ NƏ OLDU?!".
11-08-2021, 00:05
Olimpiya oyunları bitdi. Medal qazanan 93 komanda arasında yığmanız 67-ci yeri tutdu. Bircə dənə də olsa, qızıl medal qazana bilmədik.
Müqayisə üçüm Gürcüstan millisi 2 qızıl medal qazandı. Hər ikisini də əzəldən Gürcüstan vətəndaşı olan gürcülər qazandılar. Bizim qazandığımız 3 gümüş və 4 bürünc medaldan 4-ü Azərbaycan vətəndaşlığı verdiyimiz əcnəbilərin payına düşdü.
Ümuniyyətlə yığma komandanın 44 üzvündən 19-u Azərbaycan vətəndaşlığını qəbul etmiş əcbilər idi. Ona görə də yığma komandamızı millililərimiz adlandırmağa dilim gəlmir. Söhbət onların milliyətindən getmir. Onların əksəriyyəti Azərbaycan vətəndaşlığını yalnız beynəlxalq yarışlarda iştirak etmək üçün alıblar...
Soruşmaq istəyirəm:"Bəs nə oldu?!".
Axı bizdə idmanın imkişafına bu illər ərzində milyardlar xərclənib. Yalnız Bakı Olimpiya stadionu bizə 600 mılyon dollara başa gəlib. Mən hələ Bakıda tikilmiş digər müasir idman qurğularını, demək olar kı, hər rayondakı yerli elitalar üçün eyş-işrət məkanına çevrilmiş olimpiya mərkəzlərini demirəm!!!
Son ilərdə dünya səviyyəli idmançıların iştirak etmədiyi İslam və Avropa oyunlarında göstərdiyimiz yüksək nəticələrlə gözə kül üfürürdük. Olimpiya oyunlarının acı nəticələri əsil dəyərimizi göstərdi...
Hə, bir də heç olmasa həmişə uğurla çıxış etdiyimiz güləş və boks kimi fərdi idman növlərində yerli idmançıların yeni nəslini yetişdirmək əvəzinə "ikinci sort" əcnəbilərə üstünlük verilməsinin səbəbinə aydınlıq gətirmək istəyirəm.
Səbəb çox sadədir: korrupsiya. Əcnəbilərin "qazancına" şərik çıxmaq daha asandır...
Rauf Mirqədirov
Teref.az